Məhkəmə qərarları › İş №2(105)-3694/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3694/2021

29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3694/2021 29.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X8, Cavabdeh: Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 3,9 hektar alma bağının meyvəsinin məhv olmasına görə dəymiş ziyan olaraq 53802 (əlli üç min səkkiz yüz iki) manat 6 (altı) qəpik məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın Cavabdeh1 alınaraq X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ehtibar oğluna qarşı ziyan tələbinə dair iddia ərizəsilə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən istifadə etdiyi 3,5 ha alma bağının məhsulunun məhv olmasına görə dəymiş ziyan olaraq 55000 (əlli beş min) manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək yalnız Cavabdeh1 istifadə etdiyi 3,9 ha alma bağının məhsulunun məhv olmasına görə dəymiş ziyan olaraq 55000 (əlli beş min) manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Zərdabi kəndində fərdi təsərrüfatla məşğul olur. Uzun illərdir 3,5 ha alma bağı sahəsi vardır. Cavabdeh bağ dərmanlarının satışı ilə məşğul olur. 2020-ci ilin mart ayında cavabdehlə razılaşmasına əsasən cavabdeh ona bağ dərmanları verməli idi. Həmin bağ dərmanlarını cavadbeh özü təklif etmiş, o isə cavabdehin dediyi həmin bağ dərmanlarını bağa atmalı idi. Aprel ayının 20-dən başlayaraq cavabdehin ona verdiyi, dediyi qaydada, dediyi miqdarda və ölçüdə dərmanları atmağa başlamışdır. Cavabdeh də ona satdığı dərman preparatlarının keyfiyyətinin yaxşı olduğuna zəmanət vermişdir. May ayının ortalarına qədər ağaclarda çiçəklənmə prosesi və meyvələrin əmələ gəlməsi normal getmişdir. Lakin bundan sonra yenidən dərman preparatından istifadə edəndə bağında alma məhsulunun üzərində “dəmgül” qara ləkələri yaranmağa başlamışdır. Mayın ayının sonunda bağa gedəndə məhsulun “dəmgül” qara ləkə göbələk mənşəli xəstəliyə tutulması səbəbindən məhv olduğunu görmüşdür. Cavabdehdən aprel ayının 20-dən may ayından sonuna kimi 3036 manat dəyərində dərman almışdır. Bildirmək istəyir ki, həmin dərman preparatlarının keyfiyyətsiz olması səbəbindən ona məxsus alma bağında 80-100 tona yaxın məhsul məhv olmuşdur. O, cavabdehdən vurduğu ziyanın ödənilməsini tələb etsə də, o cavabdeh imtina etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddia ərizəsində iddiaçının imzası yoxdur. Təkcə elə bu hal çox kobud prosessual pozuntudur. İddiaçı imzalamağı yadından çıxardığı ilkin iddia ərizəsində 3,5 hektar alma bağına vurulan zərəri tələb edib. Tarix qoymadığı ikinci ərizəsində isə 3,9 hektar torpaq sahəsində alma bağına vurulan zərəri ondan tələb edir. Rəy və arayışlarda isə alma bağının sahəsi ilə bağlı müxtəlif rəqəmlər mövcuddur. İşə baxan məhkəmə heç araşdımamışdır ki, İddiaçı 3,9 hektar torpaq sahəsində olan alma bağına vurulmuş zərərə görə ondan pul tələb etməsinə subyektiv hüququ vardır yoxsa yox. Həqiqətən də iddiaçı ilə qarşılıqlı razılığa əsasən əmək müqaviləsi əsasında satıcı-ekspeditor işlədiyi fiziki şəxs X1 götürdüyü dərmanları iddiaçıya satmışdır. İlqar meyvəni yığıb satdıqdan sonra ona 3500 manat pul verməli idi. Lakin may ayının sonu, iyun ayının əvvələrində İlqarın bağ sahəsindəki alma ağacları dəmgil xəstəliyinə tutulub və görünür məhsul götürə bilməyəcəyini anlayan iddiaçı aldığı dərmanların pulunu verməmək üçün yollar axtarır. Məhkəmənin iddiaçının alma bağlarının onun verdiyi dərmanların keyfiyyətsizliyi səbəbindən dəmgir xəstəliyinə tutulması barədə qənaətini tamamilə əsassız və qanunsuz hesab edir. Məhkəmə ekspertiza rəylərinə istinad etmiş, lakin həmin rəylərə dəqiq qiymət verməmişdir. Quba Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(027)-700/2021 saylı qətnaməsini ləğv edib, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1, nümayəndəsi və vəkili A.A.Sadıqlı apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı, nümayəndəsi və vəkili E.İ.Əlixanlı apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya satılan dərmanın keyfiyyətsiz olduğuna və bununla ona məxsus olan alma bağına zərər vurulmasının ekspert rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan huquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mudafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin mudafiəsi və yaxud təsdiqi uçun məhkəməyə muraciət etdiyi hallarda məhkəmədə iş başlanır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsini imzalamamışdır. Azərbaycan Respublikası MPM-nin 59.1.2-ci maddəsində göstərilir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalama hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər hakim tərəfindən geri qaytarılmalıdır. Lakin göründüyü kimi, prosessual qanunvericiliyin qeyd olunan imperativ normasının tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263- 264, 365 və 384.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin iş üzrə 18 avqust 2021-ci il tarixli 2(027)-700/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar