Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3707/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8009/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8009/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər MPM-nin 152.1.2-ci maddəsinə əsasən geri qaytarılmışdır (hakim Almaz Süleymanova). İddiaçı məhkəmənin qeyd edilən qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8009/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək göstərdi ki, iddia ərizəsi və sənədləri məhkəməyə poçt vasitəsi ilə göndərmiş, iddia ərizəsini 3 nüsxədə tərtib etmiş, onlardan iki nüsxəsinə imza atmışdır. Həmin sənədləri dəftərxana vasitəsi ilə təqdim edəcəyi halda onda qalan 3-cü nüsxəyə imza etməsinə zərurət olmamışdır. Lakin iddia ərizəsini poçt vasitəsi ilə göndərərkən imza olmayan nüsxə də göndərilmişdir. Məhkəmə iki nüsxədə olan imzaları görməzdən gələrək üçüncü nüsxədə imza olmaması əsası ilə ərizəni geri qaytarmışdır. Məhkəmə tərəfindən ona geri qaytarılan iddia ərizələrinin birində imza var, digərində isə yoxdur bu səbəbdən hesab edir ki, qərardad qanunsuz olduğundan ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8009/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin imzalanmaması əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması nəticəsinə gəlmiş, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 152ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, ərizə iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 152.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin tələbindən göründüyü kimi iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iddiaçının şikayətdə qeyd etdiyi dəlilə, iddia ərizəsinin 3 nüsxədə tərtib edilməsi, onun 2 nüsxəsinin imzalanması, 1 nüsxəsinin isə imzalamaması, məhkəmənin imzalanan 2 nüsxəyə deyil, imzalanmayan ərizəyə münasibət bildirməsinə qiymət veərək qeyd edir ki, şikayətində məhkəmə tərəfindən ona geri qaytarılan iddia ərizəsinin birinin imzalı, birinin isə imzasız olmasını qeyd etməklə öz dəlilini təkzib etmişdir. Belə ki, şikayətində iddia ərizəsinin iki nüsxəsini imzaladığını, birini imzalamadığını bildirdiyi halda, imzalanmamış bir nüsxənin iş materiallarında olması nəzərə alınarsa, ona geri qaytarılan 2 nüsxənin birinin imzalanmış, birinin imzalanmamış olması ağlabatan deyildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qərardadda iddiaçıya izah edlmişdir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8009/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8009/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3707/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3707/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver