Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-372/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-1324/2021-011 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdehndən 40.320 manat məbləğində mənzilə görə ödənilmiş pul və illik beş faizlə hesablanmış 1140 manat olmaqla, cəmi 41.460 (qırx bir min dörd yüz altmış) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 62.400 manat (40.320 manat + 22.080 manat) məbləğində zərərin, habelə 40.320 manat pul məbləğinin qaytarılmasını gecikdirdiyinə görə həmin məbləğdən gecikdirilmiş vaxt üçün (23.02.2019-cu il tarixdən məhkəmə qərarı icra olunan qünədək) illik 5 faizin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 08.09.2016-cı il tarixdə 146 saylı müqavilə bağlanaraq Cavabdeh varisi olduğu "xxxx" MMC ilə əvvəllər X5 arasında bağlanmış 10.07.2016-cı il tarixli, 113 saylı müqaviləyə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006- cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan 3 otaqdan ibarət 47 saylı mənzilinin iddiaçıya ayrılması razılaşdırılmışdır. Mənzilin ilkin payçısı N.M.Muradovun mənzilin pay hesabına ödədiyi məbləğ sonuncu ilə razılaşmaya və kooperativin razılığına əsasən N.M.Muradovun hüquqi varisi kimi iddiaçının adına rəsmiləşdirilmişdir. 08.09.2016-cı il tarixli müqavilədə əvvəlki müqavilə bağlanan anda mənzilin ümumi dəyəri 30.720 manat məbləğində müəyyən edildiyi, yəni hər 1 (bir) kv.m sahənin dəyəri 320 manat təşkil etdiyi göstərilmiş, lakin kooperativin ümumi yığıncağının qərarına əsasən hər 1 (bir) kv.m sahənin dəyəri 100 manat məbləğində artırıldığından 96 kv.m sahəli mənzil üçün iddiaçı əvvəlki məbləğin N.M.Muradov tərəfindən ödənilməyən hissəsi ilə bərabər əlavə 9.600 manatın ödənilməsini öhdəsinə götürmüşdür. Bu müqaviləyə müvafiq olaraq iddiaçı tərəfindən 08.09.2016-cı il tarixdən 23.02.2019-cu ıl tarixədək Cavabdehnə 19.103 manat ödənilmişdir (08.09.2016-cı il tarixdə 187 saylı qəbzlə 1.500 manat; 18.10.2016-cı il tarixdə 229 saylı qəbzlə 1.500 manat; 13.12.2016-cı il tarixdə 253 saylı qəbzlə 1.000 manat; 07.03.2017-ci il tarixdə 383 saylı qəbzlə 1.000 manat; 13.05.2017-ci il tarixdə 453 saylı qəbzlə 1.000 manat; 19.08.2017-ci il tarixdə 530 saylı qəbzlə 500 manat; 28.10.2017-ci il tarixdə 598 saylı qəbzlə 1.000 manat; 25.11.2017-ci il tarixdə 633 saylı qəbzlə 1.000 manat; 26.01.2018-ci il tarixdə 689 saylı qəbzlə 1.000 manat; 06.03.18-ci il tarixdə 737 saylı qəbzlə 1.000 manat; 22.04.2018-ci il tarixdə 770 saylı qəbzlə 1.000 manat; 02.06.2018-ci il tarixdə 807 saylı qəbzlə 600 manat; 21.07.2018-ci il tarixdə 841 saylı qəbzlə 1.000 manat; 01.09.2018-ci il tarixdə 873 saylı qəbzlə 1.000 manat; 30.10.2018-ci il tarixdə 618569 saylı qəbzlə 500 manat; 24.11.2018-ci il tarixdə 675413 saylı qəbzlə 1000 manat; 05.01.2019-cu il tarixdə 0028 saylı qəbzlə 1.000 manat; 26.12.2018-ci il tarixdə 0024 saylı qəbzlə 1.000 manat; 23.02.2019-cu il tarixdə PS00- 000018 saylı qəbzlə 1.503 manat). 05.01.18-ci il tarixdə iddiaçı ilə Cavabdeh rəhbərliyi arasında yeni müqavilə bağlanmış və 47 saylı mənzilin inşa edilən yaşayış binasının artıq 13-cü mərtəbəsində yerləşdiyi göstərilmişdir. 23.02.19-cu il tarixdə Cavabdeh tərəfindən iddiaçının adına verilmiş maliyyə arayışında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdehnə məxsus olduğu, həmin binanın 2-ci blokun 13-cü mərtəbəsindəki ümumi sahəsi 96 kv.m olan 3 otaqlı 47 saylı mənzilin 40.320 manat məbləğində dəyərinin iddiaçı tərəfindən tam ödənildiyi və iddiaçının Mənzil tikinti kooperativinə heç bir borcu olmadığı rəsmi təsdiq edilmişdir. Həmin arayışı aldıqdan sonra iddiaçı Cavabdeh sədri X3 müraciət edərək pay haqqını tam ödədiyi mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Lakin E.T.Səməndərov müxtəlif bəhanələr gətirərək bu məsələnin həllindən yayınmağa çalışmış, mənzili iddiaçıya təhvil verməmiş və nəhayət iddiaçıya məlum olmuşdur ki, həmin mənzili başqa şəxsə satmışdır. Belə ki, Cavabdeh sədri E.T.Səməndərovla Ə.H.Əliyev arasında bağlanmış 23.09.2020-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 47 saylı mənzili Ə.H.Əliyevə satılmış və sonuncunun adına verilmiş 23.09.2020-ci il tarixli maliyyə arayışına görə onun tərəfindən 62.400 manat həmin mənzilin dəyəri olaraq Cavabdehnə ödənilmişdir. Mənzil üçün ödədiyi pulu iddiaçıya qaytarmaqdan imtina edən və özünə bəraət qazandırmaq istəyən E.T.Səməndərov həmin ünvanda tikilən digər binadan iddiaçıya mənzil verəcəyini vəd etmiş, lakin sonra bundan da imtina etmişdir. E.T.Səməndərovun hərəkətləri belə nəticəyə gəlməyə əsas verir ki, o tikdiyi binadakı mənzili iddiaçıya vermək niyyətində olmamış, iddiaçının pullarını alaraq onlardan gəlir əldə etmək üçün istifadə etmişdir. Cavabdeh ilə bağlanmış 05.01.2018-ci il tarixli müqavilənin 2-ci və 4-cü maddələrində kooperativin mənzili təhvil vermək, payçının isə onu qəbul etmək öhdəlikləri nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən tam həcmdə yerinə yetirilmiş, bunu cavabdeh özü də təsdiq etmişdir. Lakin, «Progress2016» Mənzil tikinti kooperativi müqavilə ilə nəzərdə tutulmuş mənzili iddiaçıya təhvil verməkdən imtina edərək, üzərinə götürmüş öhdəliyin icrasından birtərəfli imtina etmiş və bununla da iddiaçıya zərər vurmuşdur. Cavabdehnə iddiaçı tərəfimdən ümumi sahəsi 96 kv.m olan mənzil üçün 40.320 manat ödənilmişdir. Cavabdehin mənzili iddiaçıya təhvil verməkdən imtinası nəticəsində iddiaçı özünə başqa mənzil almaq məcburiyyətindədir. Lakin cavabdehin özünün hazırda inşa etdiyi başqa binalardakı mənzillərin dəyəri hər 1 (bir) kv.m sahə üçün artıq 650 manatdan hesablanır və yuxarıda qeyd edilmiş müqaviləyə əsasən iddiaçı tərəfindən məhz bu qiymət əsas götürülərək müqavilələr bağlanır. Belə olan halda iddiaçı mülkiyyət və yaşayış sahəsinə pozulmuş konstitusion hüquqlarının bərpası məqsədi ilə qonşu binadan ümumi sahəsi 96 kv.m olan yeni mənzilin alınması üçün cavabdehə 22.080 manat əlavə olaraq, cəmi 62.400 manat ödəməlidir. Göründüyü kimi, Cavabdeh ilə bağlanmış müqavilənin cavabdeh tərəfindən pozulması iddiaçıya 62.400 manat (40.320 manat + 22.080 manat) məbləğində zərər vurmuş və bu zərər Cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də 23.02.2019-cu il tarixdən cavabdehin özündə saxladığı və iddiaçıya qaytarmaqdan imtina etdiyi 40.320 manat məbləğində vəsaitdən gecikdirilmiş vaxt üçün illik 5 faizin məhkəmə qərarı icra olunan günədək Cavabdehndən tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutları araşdırarkən həmin sübutları ətraflı araşdırmamış, maddi hüquq normalarının tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni məhkəmə araşdırması zamanı cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində iddiaçıya maddi ziyan vurulmasının öz təsdiqini tapması ilə əsaslanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilərək, qətnaməni iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın tam təmin edilməsini xahiş edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddianın təmin olunmayan hissəsində gəldiyi nəticəni mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, mübahisələndirilən hissədə iddia tələbi gecikdirməyə görə illik 5 faizin tutulması və 22.080 manat məbləğində maddi zərərin tutulması barədədir. Tərəflər arasında 08.09.2016-cı il tarixdə 146 saylı müqavilənin bağlanması və qarşılıqlı razılaşmaya əsasən ümumi sahəsi 96 kv.m. olan yaşayış sahəsinin müəyyən edilmiş hər bir kv.m. qiyməti 420 manat olmaqla, ümumi dəyəri 40.320 manat payçı tərəfindən cavabdeh "xxxx" MTK-ya tam ödənilməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin mənzilə görə ödənilmiş 40.320 manat pulun qaytarılmasını gecikdirməyə görə illik beş faiz cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddianın qismən təmin edərkən 23 fevral 2019-cu il tarixdən iddiaçıya məxsus 40.320 manat məbləğində pulun 9600 manatını cavabdeh MTK-ya ödənildiyini, qalan məbləğin isə cavabdehə mənzilin əvvəlki sahibi N.Muradov tərəfindən ödənildiyi qənaətinə gələrək iddiaçıya məxsus 40.320 manatın deyil, 9600 manatın cavabdehin qanunsuz istifadəsində qaldığını əsas gətirərək, həmin məbləğin beş faiz miqdarında - 1140 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunduğu kimi bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən 40.320 manat cavabdeh "xxxx" MTK-ya ödənilmişdir. Mülki Məcəllənin 445.7. maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7. maddəsinin tələbi baxımından gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində cavabdehdən tutulmalı və tutulmanın hesablanması isə iddiaçının tələb etdiyi qaydada deyil, 23.02.2019-cu ildən qətnamənin qəbul edildiyi 12.07.2021-ci il tarixədək olan dövrə hesablanmaqla, yəni 2 il 4 ay 19 gün üçün 4810,4 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin 22.080 manat maddi zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, tələb olunan məbləğ mənzilin 2019-cu ildən sonra hazırkı dəyəri arasında olan fərqi təşkil edən məbləğ olduğundan bu hissədə iddianı təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" MTK-dan gecikməyə görə illik beş faiz hesablanmaqla 4810 (dörd min səkkiz yüz on) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-372/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-372/2022
26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver