Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3746/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(074)- 799/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 13.12.2008-ci il təvəllüdlü X3 və 13.04.2012-ci il təvəllüdlü X1 üçün uşaqların yetkinlik yaşına çatmasına qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa 170 manat sabit pul məbləğdə Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(074)-799/2021 saylı qətnaməsi ilə, Şamaxı Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(074)- 846/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 13.12.2008ci il təvəllüdlü X4 və 13.04.2012-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(074)-799/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti 15 sentyabr 2021-ci il tarixdə Şamaxı Rayon Məhkəməsinə daxil olmuşdur. Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(074)-799/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müddət ötürüldüyündən Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(074)-799/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Hazırda cavabdeh Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(074)-799/2021 saylı qərardadından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi müddətini bərpa etməklə işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-799/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini 01.08.2021ci il tarixdə almamış, bu barədə qəbzdə olan imza ona məxsus olmamışdır. Bundan başqa dövlət rüsumu 10 manat məbləğində köçürülmüşdür, lakin qarşı tərəf aliment tələbinə dair dövlət rüsumu köçürməmişdir. Buna baxmayaraq əlavə 5 manat dövlət rüsumu da köçürmüşdür. Odur ki, Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(074)- 799/2021 saylı qərardadının ləğv edilməsi, apellyasiya şikayəti müddətinin bərpa etməklə işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edərək onun təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(074)- 799/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(074)- 799/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(074)-799/2021 saylı qətnaməsinin cavadbeh tərəfindən 01.08.2021-ci il tarixdə alınmasını, apellyasiya şikayətini 14.09.2021-ci il tarixdə məhkəməyə təqdim etməsini, qətnaməndən müəyyən edilmiş 1 ay müddəti keçməklə apellyasiya şikayəti verilməsini, eləcə də müddətin bərpasına dair ərizə ilə müraciət etməməsini, həmçinin müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsini müəyyən edərək apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi cavabdeh tərəfindən 01.08.2021-ci il tarixdə xəbərnaməyə (i.v.42) imza edilməklə alınmış, apellyasiya şikayətini isə 14.09.2021-ci il tarixdə məhkəməyə göndərmişdir. Cavabdeh qətnaməni 01.08.2021-ci il tarixdə aldığından qətnamədən apelyasiya şikayətinin verilməsi müddəti 01.09.2021-ci il tarixdə başa çatmış, cavabdeh qətnamədən apellyasiya şikayətini 14.09.2021-ci il tarixdə, qətnamənin almasından 1 ay 13 gün sonra məhkəməyə təqdim etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş 1 aylıq şikayət vermə müddətini ötürmüş, eləcə də prosessual müddətin bərpasına dair ərizə də təqdim etməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə istinadən apelyasiya şikayətini geri qaytarması işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(074)- 799/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(074)- 799/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3746/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3746/2021
16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver