Məhkəmə qərarları › İş №2(105)-3760/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3760/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3760/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-4048/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-4048/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Məlahət Abbasova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə vəsatətin təmin edilməməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş Abşeron Rayon Məhkəməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuş İddiaçı 14.10.2021-ci il tarixli ərizəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-4048/2021 saylı qərardadından verdiyi şikayətinin geri götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının ərizəsi qismən təmin edilməli, onun ərizəsi şikayətdən imtina kimi qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 397.3-cü maddəsinə görə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, İddiaçı Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)- 4048/2021 saylı qərardadından verdiyi şikayətinin geri götürülməsi barədə ərizəsinin dəlilini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddiaçının şikayətini geri götürməsi şikayətdən imtina kimi qəbul edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətini geri götürməsi barədə ərizəsi qismən təmin edilməli, onun şikayətin geri götürməsi şikayətdən imtina kimi qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A A L D İ: İddiaçı Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-4048/2021 saylı qərardadından verdiyi şikayətini geri götürməsi barədə ərizəsi qismən təmin edilsin, onun şikayətini geri götürməsi şikayətdən imtina kimi qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar