Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-377/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4368/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin 2(064)- 1063/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 24 mart 2016-cı il təvəllüdlü X2, 28 aprel 2017-ci il təvəllüdlü X3 və 01 yanvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması, Cavabdeh 45,2 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1063/2022 saylı qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-1063/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, uşaqların ananın yanında saxlanılması və alimentin tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Cavabdeh ona qarşı nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması tələbinə dair iddianın qismən təmin edilməsi, onunla Cavabdeh arasında bağlanmış 14 fevral 2016-cı il tarixində 347 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar - xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 ataları Cavabdeh alınaraq ona verilmələri, Cavabdeh azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, alimentin tutulmasının azyaşlı uşaqlarının atası Cavabdeh alınaraq ona verildiyi tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir və Şirvan Apelllyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-1063/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, 3 azyaşlı övladı ilə birlikdə məcburi köçkün kimi Abşeron rayon “Stansiya Sumqayıt” 1001 ailəlik məcburi köçkün qəsəbəsində məskunlaşmışdır. Cavabdeh 3 övladını saxlamaq üçün ona cəmi 390 manat məbləğində aliment pulu ödəyir. Həmin pul isə onun 3 övladının tələbatını ödəmir və o, maddi cəhətdən çətinlik çəkir, bu səbəbdən onun alimentin artırılmasına ehtiyacı vardır. O, alimentin artırılması ilə bağlı Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün ona xx.xx.2024-cü il tarixli arayış verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Bildirir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların saxlanması üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Bildirir ki, o, hazırda işləyir və hər ay aldığı maaş ancaq onun qaldığı evin kirayə haqqına çatır. Cavabdeh “Kamaz” markalı yük maşını vardır, həmin yük maşını cavabdehin adına olmasa da cavabdeh bu yük maşını vasitəsilə pul qazanır, həmçinin bildirir ki, cavabdehin əmək haqqı məbləği stabil deyildir. O, iddia ərizəsində övladlarının saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment tələb etsə də cavabdehin övladları üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment ödəməsi onu qane edir. Bundan başqa bildirir ki, o, dövlət tərəfindən Cavabdeh verilmiş evdə yaşamır. Əgər cavabdeh dövlət tərəfindən verilmiş evdən çıxarsa və ev üzərində öz payından imtina edərsə, o, aliment tələbindən imtina edəcəkdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu miqdarda alimentin təyin edilməsi ədalətsizdir. Birdən birə alimentin miqdarının bu qədər artırılması onun maddi vəziyyətini çətinləşdirəcək. Həmçinin qeyd etməlidir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi hallar özü təsdiq edir ki, iddia tələbi təmin edilməməli idi. Onun kirayə yaşamağa ehtiyac yoxdur. Məcburi köçkün kimi məskunlaşdığı ünvanda o, hal-hazırda yaşamır. İstənilən vaxt kirayədən çıxıb həmin mənzildə övladlarıyla birgə məskunlaşa bilər. Bununla da kirayə vermək məcburiyyətindən azad oluna bilər. Bu isə həm özünə, həm də ona maddi cəhətdən kömək edə bilər. İddiaçı qeyd edir ki, onun Kamaz markalı yük maşını var. Bununla əlaqədar qeyd edir ki, yük maşını onun deyil, sadəcə sürücü kimi işləyərək pul qazanır. Onun əmək haqqı məbləği stabil deyildir. Məhkəmə ümumiyyətlə alimentin miqdarını qaldırarkən nə əsasla bunu etməsi ilə bağlı hər hansı əsaslandırma aparmadan etmişdir. İddiaçının özünün işləməsini, onun isə rəsmi olaraq hər hansı rəsmi işdə işləməməsini nəzərə almamışdır. Həmçinin yuxarıda qeyd etdiyi hallara da düzgün qiymət vermədən qərar qəbul etmişdir. Bu qərar isə onun gələcəkdə ödəmədiyi təqdirdə maddi cəhətdən pis vəziyyətə düşməklə yanaşı, inzibati və cinayət məsuliyyəti daşımasına səbəb olacaqdır. Nəticədə nə uşaqlara, nə ona, nə də dövlətə hər hansi bir fayda olacaqdır. Ona görə məhkəmə qərar qəbul edərkən bu halları düzgün təhlil etməli idi. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin və tələblərini nəzərə almadan, heç bir əsaslandırma etmədən alimentin miqdarını qaldırmışdır. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. İlk növbədə qeyd edir ki, onun 3 övladı var və valideynlərdən yalnız iddiaçı işləyir, onun əmək haqqı stabildir. O isə yalnız iş olduqda fəaliyyət göstərib pul qazanır. Əgər yuxarıda qeyd edilən kimi 600 manat alimenti ödəyə bilməyəcəyi təqdirdə icra məmurları tərəfindən onun barəsində qanuna müvafiq olaraq tədbir görüləcək və bu da hər iki tərəfin mənafeyinə zidd olan haldır. Həmçinin kirayə haqqı ödəməkdən də azad oluna bilər. Bunun üçün məhkəmədə razılıq da verə bilər ki, onun tərəfdən heç bir təsir olmadan ona məxsus mənzildə məskunlaşa bilərlər. Bundan əlavə Məhkəmə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini göstərmişdir. Lakin həmin qanuna əsasən əmək qabiliyyətli əhali üçün 287 manat təşkil etdiyi də qeyd edilmişdir. Nəzərə alınsa ki, cavabdeh də işləyir və əmək haqqı alır məhkəmənin bu qərarı ədalətsizdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini uşaqların mənafeyini, normal inkişaf etməsini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hüquqi qiymət verilməsini zəruri hesab edir. Tərəflərin rəsmi nikahından xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olması və həmin uşaqların hazırda iddiaçının himayəsində olması, Füzuli Rayon Məhkəməsinin 2(064)-1063/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat məbləğində alimentin tutulması işin mübahisəsiz halıdır. Mövcud iddia tələbi isə həmin qətnamə ilə müəyyən olunmuş alimentin məbləğinin artırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil edir. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1. maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaşı artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat məbləğində müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan 3 ilə yaxın müddətin keçməsi nəzərə alınarsa, bu alimentin artırılmasını qaçılmaz edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1.-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-3.-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Həmin Qərarın “8.11-1-ci bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. "Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin yanvar ayının 1-dən minimum aylıq əmək haqqı 345 manat müəyyən edilmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, iddiaya baxarkən alimentin məbləği 155,25 manat məbləğində müəyyən edilməli və müəyyən olunmuş alimentin məbləği xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi verilən tarixdən) başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli (345x0.45=155,25) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan bir uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat miqdarında alimentin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat miqdarda tutulması təşkil edir (705-390=315 manat). Həmin artımın bir il ərzində məcmusu isə (315 X 12 ay = 3780 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən (ərizə verilən tarixdən) başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-377/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-377/2025
25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver