Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3794/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdehin vəkili: X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 42000 (qırx iki min) manat pul vəsaiti və 31 (otuz bir) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, 42000 (qırx iki min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin, onun tərəfindən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunu da cavabdehə aid edilməsini, Cavabdeh hərəkətlərində cinayətin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun uşaqlıq dostudur və 2020-ci ilin yanvar ayında onunla iş birliyi yaratmaq qərarına gəlmişdir. 2020-ci ilin mart ayında ümumi iş birliyini reallaşdırmaq üçün cavabdeh ondan 42000 manat pul almışdır. Həmin pulu o, bankdan kredit götürərək cavabdehə vermişdir. Sahibkarlıq fəaliyyətinin məqsədi qazanc əldə etmək olmuşdur. Lakin sonradan cavabdeh ona ölkədə baş vermiş pandemiyanı əsas gətirərək onun verdiyi 42000 manat pulu mənimsəmişdir. Cavabdeh onun etibarından suiistifadə edərək, onu aldatmış və pulunu mənimsəmişdir. Dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etsə də hər dəfə bir bəhanə gətirərək onun pulunu qaytarmamışdır. Sonradan o, cavabdehdən verdiyi pula görə onunla borc müqaviləsi bağlamışdır. Müqavilənin 2-ci bəndinə görə cavabdeh borcunu 04.11.2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilən vaxt tamam olsa da cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayınmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin xüsusi qərardad çıxarılması hissəsində azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin, onun tərəfindən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunu da cavabdehə aid edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prosessual hüquq normalarına əsaslanmamış, MPM-nin 88-ci maddəsinə zidd olmaqla, qanuni və əsaslı deyildir. Qeyd olunan məbləğlə bağlı 04 dekabr 2020-ci il tarixli notariusun icra qeydinə əsasən 42.000 manat pulun ondan tutulması ilə bağlı icra qeydi verilmişdir. Sumqayıt şəhəri üzrə icra İdarəsinin İcra məmuru Ə.Hacıyevin 11 dekabr 2020-ci il tarixli icraata başlanma haqqında qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Buna baxmayaraq iddiaçı yenidən ona qarşı eyni predmet və eyni əsaslarla məhkəməyə müraciət etmiş, həmin bu əsasa görə də Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(060)-2382/2021 saylı qərardadına əsasən iddiaçı Ş.N.Ağaməmmədovun ona qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin icraata xitam vermə haqqında qərardadının olmasına baxmayaraq iddiaçı yenidən ona qarşı eyni predmet və eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(060)-6561/2021 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh vəkili E.N.İsayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan, notarial qaydada bağlanmış 04.08.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 04.11.2020-ci il tarixinədək 42000 (qırx iki min) manat məbləğində pulu borc vermişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(060)-2382/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(060)- 2382/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İşdən görünür ki, hazırkı iddianın qaldırılmasına əsas tərəflər arasında 04 avqust 2020-ci il tarixdə imzalanmış və notariat kontorunda təstiq edilmiş kredit müqaviləsi olmuşdur. Həmin müqavilənin 7-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Həmin müqavilənin 9-cu bəndinə görə tərəflərin bu müqavilə üzrə mübahisələr onların razılıgıyla, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. İşdən görünür ki, tərəflər 04 noyabr 2020-ci il tarixədək qaytarmaq şərtilə 42.000 manat məbləğində borcun verilməsi barədə razılığa gəlmiş, lakin həmin müddət ərzində borc iddiaçıya qaytarılmamışdır. Bundan sonra isə müqavilənin şərtinə uyğun olaraq, onu təstiq etmiş notarius vasitəsilə 21 dekabr 2020-ci il tarixli icra qeydi verilmiş və 04 avqust 2020-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq Cavabdeh 42.000 manat pulun tutularaq İddiaçı ödənilməsi təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı müqavilənin 7 və 9-cu bəndlərinə əməl etmədən hazırkı tələblə birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı borc münasibəti üzrə icra qeydi aparıldığına və bu qeyd icra sənədi hesab olunduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda isə İddiaçı borcun qaytarılması barədə iddiasına məhkəmədə baxıla bilməz. Buna baxmayaraq Sumqayıt Şəhər Məhkəməsi səhvən ərizəni icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə 02 aprel 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra edilməliyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasənda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılmasını nəzərə alıb, icra qeydinin qaytarılmasını xahiş etmişdir. İşə əlavə olan 08 aprel 2021-ci il tarixli Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun Qərarına əsasən icra edilməyən icra sənədi Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin 14222 saylı 04 dekabr 2020-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. İş materiallarında olan 12 dekabr 2021-ci il tarixli 4258 saylı Sumqayıt şəhəri 4 saylı Notariat Oisinin notariusunun məktubundan görünür ki, 04 avqust 2020-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə dair borclu Cavabdeh öhdəliyi yerinə yetirməməsi ilə bağlı 04 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən çıxarılmış icra qeydinin icra məmuru tərəfindən icra edilmədən geri qaytarılıbqaytarılmaması barədə hər hansı məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 04 dekabr 2020-ci il tarixli İcra Qeydi mövcud olduğu halda, iddiaçı yenidən mülki qaydada borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verilir. Daha öncə qeyd olunduğu kimi tərəflər müqavilədə, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə qayda müəyyən etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh Müsavir oğlunun apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 15 sentyabr 2021-ci il tarixli 2(060)- 6561/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3794/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3794/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver