Məhkəmə qərarları › İş №2(105)-380/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-380/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-380/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsi vəkil X5, cavabdehin nümayəndəsi vəkil X9, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 7764/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Abbasov və G.Tağızadə) İddiaçı apelyasiya şikayətinin təmin olunmaması, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) iddiaçi İddiaçı qızının kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X3 Şirkəti” MMC-dən işçisi olmuş X1 törətdiyi əmələ görə dəymiş zərərin əvəzi kimi 170.000 (yüz yetmiş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 170.030 (yüz yetmiş min otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə bağlanmış xx xxxx 2011ci il tarixli, 142 saylı icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən ticarət mərkəzinin 1-ci binanın 1-ci mərtəbəsində yerləşən 142 saylı mağazanın ümumi sahəsi 31 kv.m olan əmlakı pərakəndə ticarət fəaliyyəti üçün icarəyə götürmüşlər. İcarə sahəsinin yerləşdiyi ticarət mərkəzinin yanğın təhlükəsizliyinə və s. icarəyə verənin təyin etdiyi məsul şəxslər cavabdehlik daşımışdır. Cavabdeh MMC-nin direktoru X2 verdiyi xx xxxx 2010-cu il tarixli, 05 saylı əmrə əsasən ticarət mərkəzində yanğın təhlükəsizliyinə riayət edilməsi üçün cavabdehlik daşıyan şəxslərdən biri də X7 olmuşdur. Sonuncu ticarət mərkəzində cavabdehlik daşıdığı 3-cü mərtəbədə yerləşən ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, nəticədə baş vermiş hadisəyə görə bir çox sahibkara (icarəçilərə) ziyan dəymişdir. X7 barəsində Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin maddə ilə təqsirli bilinmişdir. X6 iş üzrə qəbul edilmiş yekun və qanuni qüvvəyə minmiş AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 1(102)-171/2017 saylı qərarı ilə 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən ona ticarət mərkəzində baş vermiş yanğına görə 170.000 (yüz yetmiş min) manat maddi zərərin dəyməsi müəyyən edilmişdir. Bu məbləğdə zərərin vurulması məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunmuşdur. X7 da öz şikayətlərində bir qayda olaraq ona təyin edilmiş cəzadan narazı qalmışdır, vurulan zərəri mübahisələndirməmiş, dolayısı ilə etiraf etmişdir. Bayramov İsməli cavabdeh MMC-nin işçisi olduğundan və yanğın baş verən zaman MMC-nin işçisi kimi əmək fəaliyyətini davam etdirdiyindən, yanğın təhlükəsizliyinə məsul şəxs kimi vəzifə başında olmasından dolayı hazırda ona vurulan zərərə görə cavabdeh MMC məsuliyyət daşıyır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində kobud səhvə yol vermişdir, nəticədə əsassız qətnamə çıxarılmışdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X12 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında göstərdi ki, o, cəzaçəkmə müəssisəsindən yeni çıxmışdır. “X3 Şirkəti”xxxxnəzarətçi-rüsumçu vəzifəsində işləmiş, həmin ticarət mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı qaydalara riayət edilmədiyindən bu hadisə baş vermişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırılması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1., 21.2., 21.3., 1096, 1096.2, 1097.1., 1099.1, 1099.2-ci maddələrinə istinad etmişdir. Bu nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamış, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, hazırki vəziyyətdə apellyasiya məhkəməsi tərəfindən cavabdehlə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş və məhkum olunmuş şəxsin “X3 Şirkəti” MMC-də işləməsinin qanuni qüvvədə olan hökmlə müəyyən edilməsinə diqqət yetirmədiklərini, apellyasiya şikayətinin dəlilləri aydınlaşdırılmamış və faktiki olaraq formal əsaslardan çıxış edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini və maddi hüquq normalarının tələbini pozmuş və bu pozuntu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarı). İşdən görünür ki, iddiaçı cavabdeh “X3 Şirkəti” MMC-dən işçisi olmuş X1 törətdiyi əmələ görə 170.000 (yüz yetmiş min) manat məbləğində ziyan dəydiyini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). İş materiallarında olan və qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin 1(060)-9/2015 saylı, xx xxxxx 2015-ci il tarixli hökmündən görünür ki, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X3 Şirkəti”xxxxyanğın baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Karvan Ticarət Mərkəzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş X7 baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun əməllərinin nəticəsində ehtiyatsızlıqdan “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzinə 3 432 625 manat ziyan dəyməklə yanaşı digər zərərçəkmiş şəxslərə müxtəlif məbləğdə ziyan dəymişdir. İşin halları ilə zərərin vurulmasına əsas olan hadisəni törətməkdə təqsirli hesab edilmiş X1 «X3 Şirkəti»xxxx«X3 Şirkəti» MMC-nin direktoru X8 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işlədiyi aşkardır. Bu fakt artıq qanuni qüvvədə olan istinad olunan hökmlə müəyyən olunmuşdur. Cinayət Prosessual Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Qanunvericiliyin mənasına görə iddia tələbi yalnız təqsirləndirilən şəxsə qarşı deyil, onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə də qarşı qaldırıla bilər, yəni təqsirləndirilən şəxsin əməlinə görə dəymiş ziyana görə onun işçisi olduğu hüquqi şəxs məsuliyyət daşıya bilər. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1., 1099.2-ci maddələri). Bu maddələrin məzmunundan göründüyü kimi hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalı, hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və məhkəmə baxışı zamanı onun izahatı alınmışdır. O, izahatında göstərmişdir ki, “X3 Şirkəti”xxxxnəzarətçi-rüsumçu vəzifəsində işləmiş, həmin ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı barəsində hökm çıxarılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4. maddəsi). Qeyd etmək lazımdır ki, İsməli Bayramov cavabdeh “X3 Şirkəti” MMC-nin işçisi olmuş və üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydalara riayət etməmiş, bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19:26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində yanğın hadisəsi baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “X3 Şirkəti” MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə xx xxxx 2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, “X3 Şirkəti” MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarında modelinə, texniki göstəricilərinə görə mövcud olan analoji malların qiymətlərinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X3 Şirkəti”xxxxyanğın baş verməsi nəticəsində təqdim olunan siyahılara əsasən faktiki ortada olmayan müxtəlif adlı məhv olmuş malların texniki göstəricilərinə uyğun olaraq, istintaq tərəfindən onların mövcudluğu qəbul edildikdə respublika daxili orta bazar pərakəndə satış qiymətləri, nəzəri hesablama yolu ilə şərti olaraq İddiaçı məxsus müxtəlif qiymətlərdə təzə əmlakın dəyəri cəmi 170.000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 maddələri). Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı zərərlə bağlı sübutlar təqdim etdiyi halda, bunun əksini təsdiq edən sübutları üzərinə vəzifə düşən cavabdeh isə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməli, cavabdeh “X3 Şirkəti” MMC-dən 170.000 (yüz yetmiş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 170.030 (yüz yetmiş min otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı dəymiş zərərin əvəzi olaraq cavabdeh “X3 Şirkəti” MMC-dən 170.000 (yüz yetmiş min) manat pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar