Məhkəmə qərarları › İş №2(105)-380/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-380/2025

22.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-380/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı fərdi yaşayış evinin boşaldılması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-44/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin boşaldılması, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən çıxarılmaları, mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı fərdi yaşayış evinin boşaldılması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin boşaldılması, Cavabdeh1 Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verərək oradan çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin boşaldılması, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeyd edilən yaşayış sahəsindən çıxarılmaları və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış 12 dekabr 2014-cü il tarixli BAKU1-25613-10714 saylı Kredit Müqaviləsinə (12 dekabr 2014-cü il tarixli BAKU1-25613-10714/1 və 12 dekabr 2014-cü il tarixli BAKU1- 25613-10714/2 saylı Razılaşmalar daxil olmaqla) əsasən illik 17 % faizlə, 30 ay müddətində qaytarılmaq şərtilə ümumilikdə 110000 ABŞ dolları kredit verilmiş və təminat kimi Cavabdeh4 məxsus daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeyd edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu Cavabdeh1 kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, "xxxx" MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsi 25 oktyabr 2018-ci il tarixli 2(005)-53/2018 nömrəli qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, cavabdehlərdən borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi 20 fevral 2019-cu il tarixli 2(103)- 2338/2019 nömrəli iş üzrə çıxartdığı qətnamə ilə tutulacaq dəbbə pulu 200 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin MİÜMK 2(102)- 5398/2019 nömrəli iş üzrə 01 avqust 2019-cu il tarixli qərarı ilə şikayəti təmin etməmiş, qətnaməni isə dəyişdirmədən saxlamışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və Abşeron Rayon İcra Şöbəsi tərəfindən icra edilmişdir. Abşeron Rayon İcra Şöbəsinin sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən keçirilmiş “Hərracın yekunlarına dair Protokolla Cavabdeh4 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli Fərdi yaşayış evi satılmadığına görə "xxxx" MMC tərəfindən əldə edilmiş və hazırda mülkiyyət hüququna dair Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh Musayev X1 rayon məhkəməsində iddia qaldıraraq “Hərracın nəticələrinin etibarsız hesab edilməsi” ni tələb etmiş, lakin məhkəmənin 27 may 2021-ci il tarixli 2(005)-1851/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Hal-hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi ƏMDK DƏDRXnin xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçı 28 mart 2022-ci il tarixli 884 №-li “Xəbərdarlıq və Təklifə əsasən cavabdehlərə mənzildən əvəzli istifadə müqabilində aylıq məbləği vergilər və digər ödənclər daxil olmadan 1500 manat ödəməklə “mənzil kirayə müqaviləsi” bağlamaq təklif etmiş, əks-halda fərdi yaşayış evini xx.xx.2022-ci il tarixinədək boşaltmağı tələb etmişdir. Lakin cavabdehlər bu günə kimi mənzili tərk etməmişlər və qeydiyatdan çıxmamışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Musayev X2 Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırki iddia predmeti olan mənzil bizim yeganə yaşayış yeridir və bu mənzildən başqa qalacaq yeri yoxdur. Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Məhkəmə işə ətraflı baxmamışdır. Belə ki, onunla "xxxx" MMC arasında bağlanmış müqaviləyə uyğun olaraq ödənişləri qrafikə uyğun etmişdir. Ancaq devalvasiya səbəbi ilə yaranmış iqtisadi vəziyyət ödənişlərin edilməsinin imkansız etmişdir. O hətta bir neçə dəfə bankla bununla bağlı müzakirə etmiş və yeni qrafiklə ödənişlərin edilə biləcəyini bildrmişdir. Ancaq iddiaçı bununla razılaşmamışdır. Hazırda yeni qrafiklə ödənişlər etməyə hazırdır. Çünki, ödənişlərin edilməməsi onun səhvi ucbatından deyil, onun iradəsi xaricində baş vermişdir. Hazırkı qətnamə icra olunacağı təqdirdə mənzildən çıxarılacaq və nəticədə başqa yaşayış yeri olmadığına görə küçədə qalmaq məcburiyyətində qalacaqlar. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbini pozmuşdur. Hesab edir ki, məhkəmə cavabdehin məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, qətnamədən də göründüyü kimi məhkəmə öz qənaətini formalaşdırarkən iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində istinad etdiyi hallara əsaslanmış, iş materiallarında olan sübutlara düzgün hüquqi qyimət verməmiş, bununla da ədalətli olmayan qətnamə qəbul etmişdir. Mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda, məhkəmə tərəflərdən birinə-iddiaçı tərəfə münasibətdə daha üstün qiymət verməklə, bərabərlik və qeyd olunan digər prinsiplərin pozuntusuna yolvermişdir. Həmçinin məhkəmə cavabdeh tərəfin məhkəmə prosesində iştirakını təmin etməməklə, göstərilən prinsiplərin pozuntusuna yol vermişdir. Məhkəmənin prosessual qanunvericilikdə sübutlar və onların qiymətləndirilməsi ilə bağlı mövqeyi əsaslı sayıla bilməz. Çünki işin baxılmasında faktiki olaraq yalnız iddiaçı iştirak etdiyi üçün yalnız onun sübutları əsasında qətnamə qəbul edilmişdir. Məhkəmə məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ilə bağlı prosessual qanunvericilikdə təsbit olunmuş vəzifəsini yerinə yetirməmiş, cavabdeh tərəfə məhkəmə prosesinin vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsini təmin etməmişdir. Bununla da cavabdeh tərəf iddiaya qarşı istinad etdiyi sübutlarını birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində formal olaraq istifadə hüquqlarının qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh4 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmununa əsasən o, qətnaməni özünə aid hissədə mübahisələndirmiş, digər cavabdehlər isə iddianın onlara aid təmin olunmuş hissəsindən qətnamədən apellyasiya şikayəti verməmişlər. Hazırki iş üzrə apellyasiya baxışının predmeti qətnamənin yalnız Cavabdeh4 aid hissəsidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi fərdi yaşayış evinin boşaldılması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılma barədədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi məhkəmə qərarına əsasən kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, məhkəmə qərarının icrası ilə bağlı mübahisəli mənzil hərraca çıxarılmış və hərracın nəticəsi olaraq həmin mənzil hazırda iddiaçının mülkiyyətinə keçmişdir. Mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 152.1., 157.2. maddələri). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzildə istifadə hüquqları qalmaqla həmin mənzili boşaldıb iddiaçıya təhvil verməməklə iddiaçının mülkiyyətçi olaraq öz əmlakı üzərində sərəncam, sahiblik və maneəsiz istifadə hüququnun məhdudlaşdırılmasını qaçılmaz edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2024cü il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar