Məhkəmə qərarları › İş №2(105)-3851/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3851/2021

23.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3851/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin giriş qapısının açarlarının təhvil verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzildə təmir işlərinin aparılmasına və mənzildən istifadə edilməsinə maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(012)-5788/2021 saylı qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2018-ci il tarixli, AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin giriş qapısının açarlarının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya və X1 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı mənzilində onun tərəfindən təmir işlərinin aparılmasına və onun həmin mənzildən istifadə etməsinə maneələr yaradılmasının Cavabdeh1 MTK-ya və X1 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iddia tələbinə məhkəmədə baxılıb qurtaranadək Cavabdeh1 MTK-ya tərəfindən inşa edilmiş Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin üzrinə həbs qoyulması, həmin mənzilə dair hər hansı əqdin bağlanması, mənzilə dair sərəncam verilməsi və mənzildə təmir işlərinin aparılmasının cavabdehlər Cavabdeh1 MTKya və X1, həmçinin işdə iştirak etməyən digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(012)-5788/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin giriş qapısının açarlarının təhvil verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzildə təmir işlərinin aparılmasına və mənzildən istifadə edilməsinə maeələr yaradılmasının cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin edilmiş, hazırkı iddia tələbinə məhkəmədə baxılıb qurtaranadək Cavabdeh1 MTK-ya tərəfindən inşa edilmiş Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin üzrinə həbs qoyulması və həmin mənzildə təmir işlərinin aparılmasının cavabdehlər Cavabdeh1 MTK-ya və X1 qadağan edilməsi, ərizənin qalan hissələrdə rədd edilməsi qərara alınmışdır.(hakim E.Məmmədov) Həmin qərardaddan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(012)-5788/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehlərin şikayətləri onunla əsaslandırılmışdır ki, 14 noyabr 2018-ci il tarixli AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən satıcı "Viktoriya-313” MTK Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan yaşayış kompleksində tikilən mənzili alıcı İddiaçı satmağı , alıcı İddiaçı isə müqavilə üzrə müəyyənləşdirilən 36887.50 manat məbləğində pulun "xxxx" MTK- ya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq 14 noyabr 2018-ci il tarixdə AZ/B01/MR05/MN29/ mənzillə bağlı İddiaçı ilə bağlanmış AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqavilə başa çatmamış, yəni həmin sözügedən mənzil bu günə tikilib başa çatdırılmamış, mənzilin qapısı və aşarları yoxdur, ona həmin mənzil verilməmiş, yalnız mənzilin pulunun yəni 36887.50 manat məbləğin ödənilməsini barədə İddiaçı sonra isə mənzilin sonuncuya verlməsi barədə "xxxx" MTK öhdəlik götürmüşdür. Bundan sonra İddiaçı tanışları Əkbər, Müşfiiq, Asim və qeyriləri ilə cinayət əlaqəsinə girməklə MTK-nın 12 ədəd mənzillərini ələ keşirmək məqsədi ilə heş bir öləniş etmədən, aldatma yolu ilə və sədr müavini Vasif Atakişiyevin təcrübəsizliyindən istifadə edərək maliyyə arayışlarını ələ keçirmişlər. Bundan sonra həmin 12 ədəd mənzilən 4 ədədini alanlar vicdanlı alıcı olmaqla öhdəliklərini icra etsələr də, 8 mənzillə bağlı müqavilə bağlamış şəxslər, həmçinin İddiaçı həmin mənzil üçün ödəyəcəyi 36887.50 manat pulu ödəməkdən imtina etmiş və maliyə arayışın verildiyini əsas gətirməkə mənzili ələ keşirməyə cəhd etmişdir. İddiaçı dəfələrlə MTK-ya dəvət olunaraq mənzilin pulunu necə və kimə verdiyini, kassa mədaxil çeki tələb edildikdə müxtəlif bəhanələr gəlmiş, yalnız ələ keçirdiyi maliyyə arayışının olmasını əsas gətirməklə 36887.50 manat pulu ödəməkdən tam imtina etmiş və mənzili ələ keçirməyə cəhd etmişdir. Bütün bunları nəzərə alaraq İddiaçı ilə AZ/B01/MR05/MN29/TRP/141118 nömrəli müqavilə, həmin müqavilənin 2-3 bəndi əsas götürülərək, 29.02.2020-ci il tarixdə həmin sözu gedən müqavilə birtərəfli qaydada və maliyyə arayışı da ləğv olunmuş mənzil yenidən satışa cıxarılmışdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(012)- 5788/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən görünür ki, iddiaçının əsas tələbi, 14 noyabr 2018-ci il tarixli, AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin giriş qapısının açarlarının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya və X1 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı mənzilində onun tərəfindən təmir işlərinin aparılmasına və onun həmin mənzildən istifadə etməsinə maneələr yaradılmasının Cavabdeh1 MTK-ya və X1 qadağan edilməsidir. Başqa sözlə, mübahisə predmetini Cavabdeh1 MTK-ya tərəfindən inşa edilmiş Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzili təşkil edir. AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanunun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. MPM-in 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Qeyd edildiyi kimi məhkəmə qərarı ilə, hazırkı iddia tələbinə məhkəmədə baxılıb qurtaranadək Cavabdeh1 MTK-ya tərəfindən inşa edilmiş Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin üzrinə həbs qoyulmuş və həmin mənzildə təmir işlərinin aparılmasının cavabdehlər Cavabdeh1 MTK-ya və X1 qadağan edilmişdir. Beləliklə, məhkəmə qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qabaqlayıcı tədbir görmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə düzgün qərar qəbul etmişdir, bu səbəbdən də qərardadın ləğvi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddianın təmini tədbiri barədə ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(012)-5788/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar