Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-386/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: X2, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(012)-3686/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsindən imtina edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(012)-3686/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 25.000 (iyirmi beş min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(012)- 3686/2015 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onun bu mülki iş üzrə məhkəmə baxışından bəri məlumatı olmamışdır, ona heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Məhkəmə baxışında bu səbəbdən iştirak etməmişdir. Məhkəmə qətnaməsinin surətini xx xxxxxxxx 2020-ci il tarixdə qeyri-rəsmi olaraq əldə etdiyindən bu qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti də həmin tarixdən hesablanmalıdır. Onun qətnamədən xəbəri olmamış, qətnamə icra olunması üçün icra şöbəsinə göndərildikdən sonra qətnamə barədə məlumatı olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, bu mülki işdən xəbəri olmamışdır. Ona heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. İşdə olan bildirişin götüyündə olan imza ona məxsus deyildir. Məhkəmə tərəfindən məhkəmə xəttşünaslıq ekspertizası keçirilsə, bəlli olar ki, həmin imza ona məxsus deyildir. Lakin birinci instansiya məhkəməsi bunu etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.N.Abasov şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı və nümayəndəsi E.M.Yusifov şikayəti qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(012)-3686/2015 saylı qətnaməsi Cavabdeh tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə xəbərnaməyə imza edilərək rəsmi şəkildə qəbul edilmişdir (.i.v.33). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4/1048 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 33-cü vərəqində xx xxxxxxxx 2015-ci il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamənin ön tərəfində «şəxsən» qrafasındakı «Murtuzayev» yazısı və həmin qrafadakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən qətnamə rəsmi qaydada alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas oldugundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(012)-3686/2015 saylı qərardadı ləğv edilsin. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilsin və müddət bərpa edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-386/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-386/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver