Məhkəmə qərarları › İş №2(105)-386/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-386/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-386/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı QSC-nin nümayəndəsi X6, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh3 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-65/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-65/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 189810.2 ABŞ dolları əsas, 102311.91 ABŞ dolları faiz, 250 ABŞ dolları məbləğində cərimə borcu qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində pul və 80 manat xidmət haqqı tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 15000 manat məbləğində müəyyən edilməsi, Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh3 mülkiyyətində olan Xaçmaz rayonu, XaçmazXudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 44000 manat məbləğində müəyyən edilməsi, Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh4 Şabetdin oğlunun mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, Xaçmaz şəhəri, Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 Şabetdin oğlunun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 205000 manat məbləğində müəyyən edilməsi, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 Şabetdin oğlundan müştərək qaydada alınaraq X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-65/2021 saylı qətnaməsinin ləğv etməklə, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X1, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 189810.2 ABŞ dolları əsas, 113611.94 ABŞ dolları faiz, 204795.25 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 508217.39 ABŞ dolları məbləğində borcun, və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının tutulması, tutmanın X3 mülkiyyətində olan Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 11.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 508217.39 ABŞ dolları borcun ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumu və 80 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, X1, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulması, Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz rayonu, Xaçmaz Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 11.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Qeyd edir ki, borcunu ödəməkdən imtina etmir, lakin qətnamə ilə razı deyil. O, 2015-ci ilin fevral ayına qədər kredit öhdəliklərini vaxtında, tam həcmdə icra etmişdir, 21.02.2015-ci ildən sonra manatın ABŞ dollarına nisbətən kəskin devalvasiyaya uğramasından sonra iqtisadi səbəblərdən ödənişləri apara bilməmişdir. Bundan başqa qeyd etmişdir ki, ipotekada olan əmlaklar düzgün qiymətləndirilməmişdir, qiymətlər çox aşağı müəyyən edilmişdir. Bundan başqa hesab edir ki, iporteka müqavilələri etibarsız sayılmalı idilər. Belə ki, həmin ipoteka müqavilədləri kredit xətti müqaviləsi bağlanarkən onun təminatı kimi bağlanmışdı. Lakin kredit xətti müqaviləsi özü özlüyündə tərəflərin gələcək fikirlərini, atmaq istədikləri addımları ifadə edir, bu müqavilə ilə birbaşa kredit ayrılmır və bu müqavilənin təminatı kimi ipoteka müqavilələri bağlanmaqla əmlaklar girov qoyula biliməzdi. Qeyd edilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-65/2021 saylı qətnaməsinin ləğv etməklə, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-65/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ekspertiza xərcinə dair hissədə ləğv edilməli, ekspert xərci tərəflərdən müştərək qaydada tutulmalı, qətnamə Cavabdeh3 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 011L**********20 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 15.08.2011-ci il tarixli 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 12.03.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 400000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarından görünür ki, tərəflərin imzaladıqları 13.05.2016-cı il tarixli 011R**********S saylı, 10.10.2016-cı il tarixli 011R**********SA saylı, 24.01.2017-ci il tarixli 011R**********SB saylı, 10.03.2017-ci il tarixli 011R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan zaminlik müqavilələrindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə Cavabdeh2, X9, Cavabdeh5, Cavabdeh1 kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etmələri barədə öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarından müəyyən olunur ki, X9 İddiaçı QSC ilə bağladığı 05.12.2012-ci il tarixli, 11M000000205 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri, Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 m2 ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 15.08.2011-ci il tarixli, 11M000000107 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 m2 ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 15.08.2011-ci il tarixli, 11M000000108 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh3 öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 10.03.2015-ci il tarixli, 011M**********601 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu, Nəriman Nərimanov küçəsində 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (istehsal sexi) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehlərə kredit borcunu ödəmələri barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, 15.08.2011-ci il tarixli, 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi X3 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, 15.08.2011-ci il tarixli, 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi Cavabdeh3 mülkiyyətində olan Xaçmaz şəhəri, R.Sadıqov küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, 15.08.2011-ci il tarixli, 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi Cavabdeh3 mülkiyyətində olan Xaçmaz-Xudat yolunun sol tərəfində 0,05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, 15.08.2011-ci il tarixli, 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri N.Nərimanov küçəsində 0,15687 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Elektron Xidmətlər Portalından çıxarışlardan müəyyən olunur ki, əmlakların ipoteka qoyulması barəsində müvafiq qeydiyyatlar aparılmış, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün pul ödənilmişdir. İş materiallarından müəyyən olunur ki, X4 notariat kontoruna ərizə təqdim edərək Xaçmaz şəhəri, R.Sadıqov küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin və Xaçmaz-Xudat yolunun sol tərəfində 0,05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarından müəyyən olunur ki, X11 notariat kontoruna ərizə təqdim edərək Xaçmaz şəhəri, Cavadxan küçəsi 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh3 27 fevral 2020-ci il tarixə (maliyyə arayışı tarixinə) banka olan borcu 345911,68 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən 27.02.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 243599,78 ABŞ dolları, faiz borcu üzrə 102311,91 ABŞ dolları müəyyən olunur. Bank tərəfindən 12 mart 2015-ci il tarixli, 011R********** saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borsalana kredit razılaşması üzrə cərimə borcu hesablanmadı. İş materiallarında olan "xxxx" MMC-nin 12 yanvar 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh3 məxsus olan Xaçmaz şəhəri, Xaçmaz-Xudat yolunun sol tərəfində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 12.01.2021-ci il tarixə olan bazar dəyəri 50000 manat, likvid dəyəri 44000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 14 yanvar 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (istehsal sexi) 14.01.2021-ci il tarixə olan bazar dəyəri 230000 manat, likvid dəyəri 205000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 12 yanvar 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, X7 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin 12.01.2021-ci il tarixə olan bazar dəyəri 60000 manat, likvid dəyəri 52000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 12 yanvar 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin 12.01.2021-ci il tarixə olan bazar dəyəri 17000 manat, likvid dəyəri 15000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddtlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanununun 39.3.3-cü maddəsinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər İpoteka haqqında qanunun 59.4-cü maddəsinə əsasən, ipoteka qoyan və onunla birlikdə yaşayan üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat cavabdehlərdən yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, kredit alan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarından görünür ki, bankın tələb etdiyi borc məbləği mübahisələndirilmiş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bundan başqa iş üzrə ipoteka predmeti olan əmlaklar qiyimətləndirilmişdir. Cavabdeh3 apellyasiya şikayətində ipoteka predmetinin qiymətinin düzgün müəyyən edilməməsini qeyd etsə buna dair dəlilini əsaslandıra bilməmişdir. Bundan başqa apelyant ipoteka müqavilələrinin etibarsız sayılmasını qeyd etsə də iş materiallarından görünür ki, həmin müqavilələr mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Apelyasiya şikayətindən görünür ki, apelyant iş ekspertiza rəylərindən narazıdır. Bundan başqa iş materiallarındlan görünür ki, məhkəmə iddianı qismən təmin etsə də ekspertiza xərcini yalnız cavabdehlərdən tutmulmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də ekspertiza xərcinə dair hissədə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcləri tərəflər arasında müştərək qaydada bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, ekspertiza xərcinin tutulmasına dair hissədə ləğv edilməli, ekspertiza xərci tərəflərdən müştərək qaydada tutulmalı, qətnamə cavabdeh X2 münasibətdə qalan hissədə dəyişdirilimədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-65/2021 saylı qətnaməsi qismən, ekspertiza xərcinin cavabdehlərdən tutulmasına dair hissədə ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul İddiaçı QSCdən, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 Şabetdin oğlundan müştərək qaydada tutulsun. Qətnamə Cavabdeh3 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar