Məhkəmə qərarları › İş №2(105)-3863/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3863/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3863/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(074)-120/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(074)-120/2021 saylı qərardadı ilə Maraqlı şəxs QSC-nin şikayəti təmin edilib, Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(074)-920/2020 saylı qərardadı ləğv edilərək Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 29 a saylı evin, 63 nömrəli mənzilinin üzərinə qoyulmuş həbs götürülmüşür. İddiaçı şikayət verib, Şamaxı Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(074)-120/2021 saylı qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(074)-120/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04 dekabr 2016-cı il tarixli borc müqaviləsində göstərilmiş 32000 manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun qərar qəbul edilənədək, Bakı şəhəri, Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 29A saylı binanın 63 nömrəli mənzilinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(074)-920/2021 saylı qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin olunub, Cavabdeh1 mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 29 a saylı evin 63 nömrəli mənzilinin üzərinə həbs qoyulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(074)-120/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Maraqlı şəxs QSC-nin nümayəndəsi X5 məhkəməyə şikayət ilə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(074)-920/2020 saylı qərardadının ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu Cavadxan (Gəncə xan) küçəsi 29 a saylı binanın 63 nömrəli mənzilinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 13 sentyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh1 mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 29 a saylı evin 63 nömrəli mənzilinin üzərinə qoyulmuş həbs onun qanuni və əsaslı iddia tələbinin gələcəkdə icrası üçün təminat idi və qəbul olunacaq qətnamənin icrasını asanlaşdıracaqdı. Şamaxı Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(074)-120/2021 saylı qərardadının ləğv edilməsi üçün heç bir əsas olmamışdır. İddia ərizəsi üzrə məhkəmənin yekun nəticəsi barədə hər hansı məhkəmə aktı qəbul edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qəraddadının ləğv edilib, Maraqlı şəxs QSC-nin nümayəndəsi X3 həbsin götürlməsi barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 29A saylı binanın 63 nömrəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Maraqlı şəxs QSC-nin nümayəndəsi X3 ərizəsini təmin etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2020ci il tarixli, 2(074)-920/2020 saylı qərardadı bilavasitə Maraqlı şəxs QSC-nin hüquq və mənafeyini pozduğundan, Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)- 120/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 və Maraqlı şəxs QSC arasında 14.08.2006-cı il tarixli, 02L000000104 saylı kredit xətti müqaviləsi bağlanmış, 22.07.2009cu il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti artırılaraq 120 ay, məbləği artırılaraq 300000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi çərçivəsində Cavabdeh2 AccessBank QSC ilə bağladığı 19.12.2013-cü il tarixli 05R000009031 saylı kredit razılaşması əsasında 36 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış 30.04.2014-cu il tarilxi 05KK000000124 sayiı kredit razılaşması üzrə Cavabdeh2 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə borclunun bank qarşısındakı öhdəliklərinin icrasının təminatı məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 29A saylı binanın 63 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borclular müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kredit borcunun qaytarılması, tutmanın ipoteka predmeti olan əmlaka yönədilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi, əmlakın satıldıqdan sonra boşaldılması tələinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(074)-98/2018 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlərdən ümumilikdə cəmi 92979.32 ABŞ Dolları borcun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 29A saylı binanın 63 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 82000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi, əmlakın satıldıqdan sonra boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra məhrələsində ipoteka predmeti hərraca çıxarılmış və hərracda satılmamış, sonda tələbkara təklif edilmiş, Maraqlı şəxs QSC həmin mənzili qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(105)-793/2019 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şamaxı Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(074)98/2018 saylı qətnaməsi borcun tutulmasına dair hissəsində dəyişdirilib, 19.12.2013-cü ii tarixli 05R000009031 saylı kredit razılaşması üzrə tutulmalı olan borcun məbləği 84496.79 ABŞ dolları müəyyən edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən şaxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(102)-345/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(105)- 793/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hərrac Təşkiltının ipoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 43/03 nömrəli protokoldan görünür ki, 20 may 2021-ci il tarixdə Hərrac təşkilatının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən"Daşınar və Daşınmaz Əmlakların Satışı X10" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru G.N.Mustafayeva, Hərracın keçirilməsinə sifariş verən- Şamaxı rayon İcra və Probasiya Şöbəsi, İpoteka saxlayan- "xxxx" QSC -nin etibarnamə əsasında nümayəndəsi X4 iştirakı ilə, İpoteka predmetinin və onun mülkiyyətçisi Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan(Gəncə xanı) küçəsində yerləşən 29A saylı evin 63 saylı mənzili İpoteka predmetinin(mənzil) “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olan 52 275,00 (əlli iki min iki yüz yetmiş beş man, 00 qəpik) manata qiymətləndirilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)793/2019 saylı, 17.02.2020-ci il tarixli icra vərəqəsinin, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 1507/3 saylı, 11.03.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" QSC -nin müvafiq məktubunun icrasına əsasən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 41.42.və 43 cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. "xxxx" QSC-nin etibarnamə əsasında nümayəndəsi X1 predmetinin ilkin hərrac qiyməti (mənzil) 82. 000,00(səksən iki min man 00 qəpik) manat, İpoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti (mənzil) 69700,00(altmış doqquz min yeddi yüz man 00 qəpik) manat İpoteka predmetinin (mənzil) “İpoteka Haqqında” Azərbaycan Republikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 52 275,00(əlli iki min iki yüz yetmiş beş man, 00 qəpik) manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsulliyyət daşır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20 may 2021-ci il tarixli müqavilədən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-793/2019 saylı, 17.02.2020-ci il tarixli icra vərəqəsinin, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 1507/3 saylı, 11.03.2021- ci il tarixli məktubunun və "xxxx" QSC-nin müvafiq məktubunun icrasına əsasən "Daşınar və Daşınmaz Əmlakların Satışı X10" MMC-nin direktoru G.N.Mustafayeva və "xxxx" QSC -nin etibarnamə əsasında nümayəndəsi X6 arasında göstərilən (mənzil) əmlak barədə alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən «Sifarişçi» (borc tələbinin tam ödənilməsinə) aşağıda qeyd olunan daşınmaz əmlakı «Alıcı»nın tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verməyi, «Alıcı» isə həmin daşınmaz əmlakı Cavabdeh1 qızma məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan(Gəncə xanı) küçəsində yerləşən 29A saylı evin 63 saylı mənzili qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüş, və mənzilinin əldə olunan qiyməti 52 275,00 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 29A saylı binanın 63 nömrəli mənzili Accessbank QSC-nin mülkiyyətində olduğundan, Şamaxı rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(074)-920/2020 saylı qərardadı bilavasitə Accessbank QSC-nin hüquq və mənafeyini pozduğundan, hazırki iş baxılmamış saxlandığından qərardad ləğv edilməli və Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 29 a saylı evin, 63 nömrəli mənzilinin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə kollegiyası işin hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Şamaxı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(074)-920/2020 saylı qərardadını ləğv edib, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 29 a saylı evin, 63 nömrəli mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, həbsin götürülməsi barədə ərizəinin rədd eidlməsi hallarını sübuta yetirə biməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan iddiaçı İddiaçı verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(074)-120/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar