Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3879/2021 22.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-3582/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh qarşı Qaradağ Rayon Məhkəməsinin 2(002)-808/2020 saylı, 11.03.2020-ci i tarixli qətnaməsi ilə təyin olunmuş 110 manat sabit aliment məbləğinin artırılıb, birgə nikahdan dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X3, 08 aprel 2017ci il təvəllüdlü X4 və 11 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 11 dekabr 2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 (bir yüz) manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli, 2(105)-3056/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-3582/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-3582/2021 saylı qətnaməsindən İddiaçı vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materialları ilə müəyyən olur ki, Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-3582/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-3582/2021 saylı qətnaməsindən İddiaçı vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verməmişdir. İşin apellyasiya instansiya məhkəməsinə göndərilməsi üçün əsaslar olmadığı halda Abşeron Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, , 2(012)-3582/2021 saylı məktubu ilə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-3582/2021 saylı qətnaməsindən İddiaçı vermiş olduğu apellyasiya şikayəti iş ilə birlikdə baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(012)-3582/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3879/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3879/2021
22.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver