Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-388/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-436/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxışa təyin edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-436/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 45.000 (qırx beş min) ABŞ dolları pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-436/2019 saylı qətnaməsinin ləğv edilməsi,iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh 45.000 (qırx beş min) ABŞ dolları pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq оnа qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki iddiaçıdan nağd qaydada pul almamışdır. Sadəcə 2006-cı ildən qazanc əldə etmək məqsədilə birlikdə tikinti materiallarının alqı-satqısı ilə məşğul olmuşlar, həmiçə işləri yaxşı olmuş, qarşılıqlı olaraq gəlir əldə etmişlər. Lakin 2014-cü ildı işləri uğursuz olmuşdur. Digər vəsaitlərlə bərabər İddiaçı çatası 35000 manat da batmışdır. Sonradan Vüqar həmin 35000 manatı tələb etməyə başlamış, o təsir və hədə qorxu altında müqaviləni imzalamışdır. Müqavilə əslində yalançl əqddir. 2015-ci ilin əvvəlində baş vermiş manatın devalivasiyası ilə əlaqədar Vüqara çatası 350xx xxxxx 45000 Abş dolları hesablanmışdır. 2015-ci ilin noyabr ayında müqavilə bağlanarkən 1 ABŞ dolları 1,05 manat olmuşdur. Başqa sözlə müqavilə bağlanan anda əslində məbləğ 45000 dolları deyil, 45000 manat olmuşdur. Odur ki, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-436/2019 saylı qətnaməsinin ləğv edilməsi,iddianın rədd edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-436/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri 21 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli, 3M-212 saylı müqavilədən görünür ki, Cavabdeh həmin müqavilə ilə İddiaçı 45.000 (qırx beş min) ABŞ dolları məbləğində pul borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu мüqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə görə borclu bu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2016-cı il tarixli müddətinədək 45.000 (qırx beş min) ABŞ dolları olmaqla bütöv şəkildə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi qeyd edilən edilən müqaviləyə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 3M-212 saylı müqavilədən görünür ki, 45000 ABŞ dollar məbləğində pulu Tofiq Ccabbarova borc kimi vermiş, cavabdeh borcu xx.xx.2016-cı ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdehin iddiaçıdan 45000 ABŞ dollar alması iş materiallarında olan müqavilə ilə sübuta yetirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X3 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış mövcud borcun etirafi haqqında müqavilə ilə sübuta yetirmişlər. Bundan başqa, iddiaçının istinad etdiyi borcun etirafı haqqında müqavilə hazırda qüvvədədir. Hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş, müqavilənin ləğvinə dair hər hansı məhkəmə qərarı qəbul edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf şikayətində aralarıdna olan pul məsələsinin 45000 ABŞ dollar deyil, 35000 manat olmasını bildirsə də, buna dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-436/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-436/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-388/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-388/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver