Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-389/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X6, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Surxan qızına qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldiməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi S.Məmmədov və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə əsas kredit borcu üzrə 9755,00 ABŞ dolları, faiz borcu üzrə 1290,36 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 11145,36 (on bir min yüz qırx beş,36) ABŞ dolları borc, ödənilmiş 30 manat dövlət rüsumu, xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 86000 (səksən altı min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim V.Y.Ruvinov) Qubadlı Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 02 sentyabr 2020-ci il tarixli 2(028)-222/2020 saylı tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin qət etdi hissəsinin birinci abzasında «Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 16 aprel 2014-cü il tarixli 20-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 9755,00 ABŞ dolları, faiz borcu üzrə 1290,36 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 11145,36 (on bir min yüz qırx beş 36) ABŞ dolları borc, ödənilmiş 30 manat dövlət rüsumu, xidmət haqqı kimi ödənilmiş 30 manat tutulsun» kimi oxunulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 15.04.2014-cü il tarixli 20/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 16.04.2014-cü il tarixli 20-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə əsas borc məbləği üzrə 9755,00 ABŞ dolları, faiz borcu üzrə 1290,36 ABŞ dolları, cərimə borcu üzrə 4703,23 ABŞ dolları, cəmi 15748,59 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 86000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16.04.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, Bank Cavabdeh1 illik 23 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili banka ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərini cavabdeh pozur və öz öhdəliklərini icra etməkdən boyun qaçırırdı. Bu səbəbdən 2017-ci ildə bank iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi qismən təmin edlilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ləğv edilərək Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinad olunmaqla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə müəyyən olunmuş müddət ərzində borclu "xxxx" KB ASC ilə yeni müqavilə bağlamamış və kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin banka kredit borcu üzrə 01.06.2017-ci il tarixli maliyə arayışına əsasən əsas məbləğ borcu üzrə 9755,00 ABŞ dolları, faiz borcu üzrə 1290,36 ABŞ dolları, cərimə borcu üzrə 4703,23 ABŞ dolları, cəmi 15748,59 ABŞ dolları borcu olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi S.Məmmədov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən iddiaçı iddia tələbini ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması hissəsində təmin edilməməsidir ki, bunun əsası kimi də Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsindn irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iddianı bu hissədə rədd edərkən, cavabdehlərin mənzildən çıxarılması ilə bağlı iddiaçı bankın subyektiv hüququ olmamasını bildirmişdir. Məhkəmənin gəldiyi bu mövqe ilə razı olmamışlar. Qubadlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(028)-222/2020 saylı qətnaməsinin qismən ləğv edilərək, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin nəticə hissəsində Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilin ilkin satış qiymətinin 86.000 manat müəyyən edilməsi ilə razı deyil. İş üzrə məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilməmişdir. İddiaçının ondan tələb etdiyi əsas və faiz borcu ilə razı deyil. Qubadlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(028)-222/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi M.M.Cabbarov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin olunmalı, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinin pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, Bank Cavabdeh1 illik 23 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsəd ilə cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzil banka ipotekaya qoyulmuşdur. Tərəflərin razılığı ilə ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzil 86000 manata qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzil 15.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə "xxxx" KB ASC-nın xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikasının DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 12 may 2020-ci il tarixli ərizədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilir. İşdən görünür ki, "xxxx" KB ASC ipoteka qoyana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, 15.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ödəniş aparılmazsa, "xxxx" KB ASC borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə əsas və faiz borcunun düzgün hesablanmaması barədə gətirdiyi dəlil ilə qismən razılaşır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-ci il tarixli 9/5670 saylı rəyindən görünür ki, 16 aprel 2014-cü il tarixli 20- 1/14SU saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 16 aprel 2016-cı il tarixinə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə olan faiz borcu 323,25 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən faiz borcu düzgün tutulmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən börclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predimetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri ipotekaya qoyula bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o, satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göründüyü kimi, tərəflər bağlanmış ipoteka müqaviləsində tərəflərin vəzifələri aydın göstərilmişdir və bu hissədə iddia tələbi əsaslı oldugundan təmin edilməli idi. Birinci instansiya məhkəməsinin bu barədə mövqeyi isə ondan ibarətdir ki, cavabdehlərin mənzildən çıxarılması ilə bağlı iddiaçı bankın subyektiv hüququnun olmamasını bildirmişdir. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi ilə razılaşmır və hesab edir ki. Qətnamə qəbul edilərkən maddi hüquq norması pozulmuşdur. Məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə ipoteka ilə yüklü olunmuş əmlakın düzgün qiymətləndirilməməsi barədə dəlilinə qiymət verərək, hesab edir ki, ipoteka ilə yüklü olunmuş mənzil düzgün qiymətləndirilmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, lakin S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 04 fevral 2021-ci il tarixli rəyindən görünür ki, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili qeyri-yaşayış kimi qeyd edərək likvid qiymətini 325.000 manat qiymətləndirmişdir, hal budur ki, ipoteka ilə yüklü edilmiş 2 otaqlı mənzil yaşayış mənzil kimi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası bu rəylə razılaşmayaraq, yenidən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini və ipoteka ilə yüklü edilmiş əmlakın yaşayış sahəsi kimi qiymətləndirilməsini məqsədəmüvafiq hesab etmişdir, lakin cavabdeh tərəfindən ekspertizanın keçirilməsi üçün Dövlət rüsumu ödəməkdən boyun qaçırmışdır, bununla da işin süründürməçiliyinə yol vermişdir. Odur ki, məhkəmə kollegiyası bu hissədə cavabdehin apellyasiya şikayətində göstərilən dəlil ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qismən qanuni və əsaslı olmadıgından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar oldugundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilsin, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 02 sentyabr 2020-ci il tarixli 2(028)- 222/2020 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 16 aprel 2014-cü il tarixli 20-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 9755,00 ABŞ dolları, faiz borcu üzrə 323,25 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 10.178,25 (on min yüz yetmiş səkkiz) ABŞ dolları 25 (iyirmi beş) sent borc, ödənilmiş 30 manat dövlət rüsumu, xidmət haqqı kimi ödənilmiş 30 manat tutulsun, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 86000 (səksən altı min) manat məbləğində müəyyən edilsin, ipoteka predmeti hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilsin, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə tutma yönəldisin və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Surxan qızı çıxarılsın, ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq SAP (XİİS) hesabı X4 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin və iş üzrə aparılmış məhkəmə əmttəşünaslıq ekspertizasının dəyəri 350 (üç yüz əlli) AZN manatı alınıb "xxxx" MMC-nin h/hesabı AZ06Aİİ******************** VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ013501**********1944 Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-389/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-389/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver