Məhkəmə qərarları › İş №2(105)-39/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-39/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-39/2023 19.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(027)-192/2019 nömrəli qətnaməsindən cavabdehlər X1 və Zamin1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və Zamin1 müştərək qaydada İddiaçı xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 217.237,59 manat cərimə borcu olmaqla, cəmi 217.627,24 manat məbləğində pul tutulması, tutma Zamin2 mülkiyyətində olan 29.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha torpaq sahəsinə, 44.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,527 ha torpaq sahəsinə, 35.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0216 ha torpaq sahəsinə və 31.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,7689 ha torpaq sahəsinə yönəldilsin, əmlaklar açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri hərracda satıldıqdan bir ay sonra Zamin2 həmin əmlaklardan çıxarılması, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh və Zamin1 qətnamədən apellyasiya şikayətləri vermişdir. Cavabdeh Zamin2 nümayəndəsi X2 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(027)-192/2019 nömrəli qətnaməsindən cavabdeh Zamin2 tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar mülki işin Quba Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(027)-192/2019 nömrəli qətnaməsindən cavabdeh Zamin2 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin icraata qəbul edilməsinə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya icraatından çıxarılaraq, Quba Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365, 384.0.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdehlər X1 və Zamin1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(027)- 192/2019 nömrəli qətnaməsindən cavabdeh Zamin2 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar