Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3908/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(067)-2538/2019 saylı qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(067)-2538/2019 saylı qərardadı ilə (hakim A.B.Sadıqov) iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(067)-2538/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iddiaçı X3 tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi geri qaytarılmışdır. İddiaçı X3 şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(067)-2538/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(067)-2538/2019 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(067)-2538/2019 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı X1 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və apellyasiya şikayəti 22 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)-2538/2019 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(067)-2538/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iddiaçı X3 tərəfindən buraxılmış müddət bərpa edilməmişdir. İddiaçı X1 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi yenidən 19 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı X3 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 22 oktyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbi pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, müddətin bərpasından imtina barədə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi barədə müddətin bərpa edilməsi barədə ərizənin geri qaytarılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(067)-2538/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi üzrə məhkəmənin 04 oktyabr 2021-ci il tarixli, 2(067)- 2538/2019 saylı qərardadı mövcud olduğundan iddiaçının prosessual müddətin bərpasına dair hazırkı ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı X1 verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(067)-2538/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3908/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3908/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver