Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3917/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.M.Seyidov) iddianın təmin olunması, Cavabdeh İddiaçı sağlamlığına vurulmuş xəsarətlərin müalicəsi ilə bağlı çəkilmiş xəricin əvəzi olaraq 3,946,65 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi zərərin 21500 manat məbləğində, bununla əlaqədar çəkdiyi xərclərin əvəzi olaraq 3,946,65 manat məbləğində pulu və ödənilən 30 manat məhkəmə rüsumunun əvəzinin, alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 07 avqust 2018-ci il tarixdə idarə etdiyi vaz 2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba-Xaçmaz yolunun 1-ci km-də Timiryazev qəsəbəsində, özünə məxsus vaz 2106 markalı avtomaşında avtoqəzaya düşmüşdür. Avtoqəza nəticəsində ağır bədən xəsarətləri almışdır. Quba Rayon Polis şöbəsində, Cavabdeh CM 263.1-1 ci maddəsiylə cinayət işi açılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ********* nömrəli qərar da qəbul olunmuşdur. Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)- 28/2019 saylı hökmü, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2019-cu il tarixli, 1(105)-164/19 saylı qərarı ilə Cavabdeh təqsirli hərəkətlər nəticəsində ümumilikdə 21500 manat zərər vurmuşdur. Hadisədən xeyli müddət keçməsinə baxmayaraq onun səhətilə əlaqədar o, Bakı şəhərində yerləşən X4 və prostat əməliyatı etdirmişdir. Hal-hazırda Hemodializ xəstəsidir. Hal-hazırda Quba Rayon Diaqnostika Mərkəzində həfdədə 3 dəfə 4 saat Hemodializ aparatına qoşulur. Avtoqəza nəticəsində 1 ci qrup əlil olmuşdur. Hadisədən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona dəyən zərərin əvəzini bu günə qədər ödəməmişdir. Dəfələrlə bu barədə Quba Rayon icra və probasiya şöbəsində olan icra sənədinə əsasən müraciət etsə də göstərdiyi səylər nəticəsiz qalmışdır. Halhazırda Quba Rayon Məhkəməsinin hökmü ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında 21500 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Bu qərarlardan sonra onun etdirdiyi böyrək prostat əməliyatı və aldığı müalicələrin dərman preparatların qəbzlərində 3,946,65 qəpik pul vəsayti xəcləmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsində baxılanda, zərərçəkmiş şəxs B.A.Tosayev ona qarşı mülki iddia ərizəsi ilə müraciət etmiş, barəsində çıxarılmış Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28/2019 nömrəli hökmündə ondan iddiaçıya vurduğu ziyana görə 17500 manat məbləğində pul və mənəvi ziyana görə 1000 manat məbləğində pul alınaraq ona verilməsi hökm edilmişdir. Lakin, iddiaçı bu ziyanla razılaşmadığı üçün həmin hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-164/19 nömrəli, 12 aprel 2019-cu il tarixli qərarı ilə mülki iddia hissəsi dəyişdirilmiş, ondan tutulmalı olan məbləği 1000 manatdan 4000 manatadək artırılmışdır. Beləliklə göründüyü kimi iddiaçı ondan ona vurduğu ziyana görə pul tələb etmiş, məhkəmənin qərarına əsasən ondan pul tutulması təmin edilmişdir. Artıq bir dəfə ondan ziyan tutulmuşdur. Şəxsdən çəkdiyi xərcləri tələb edən iddiaçı sadəcə olaraq çəkilmiş xərclər barədə sənədləri deyil, bu xərclərin məhz cavabdehin hərəkətləri nəticəsində vurulmuş ziyanın aradan qaldırılması üçün çəkildiyini sübut etməlidir. Məhkəmə iddianı təmin edərək, Azərbaycan Respublikası MPM-nin 82.4cü maddəsinə istinadən göstərmişdir. Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə gedişi zamanı müəyyən edildi ki, İddiaçı 19 noyabr 2021-ci il tarixdə ölmüş və bu barədə 23 noyabr 2021-ci ildə Quba rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-268 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 07 oktyabr 2021-ci il tarixli 2(027)-1898/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Adil oğlunun Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3917/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3917/2021
27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver