Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-393/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Zubail oğlu və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1301/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 Zübail oğlundan və Cavabdeh1 Zübail oğlundan ona məxsus 0,24 ha torpaq sahəsindən məhrum olmağı nəticəsində ona dəymiş 1000 (bir min) manat məbləğində maddi zərərin və 30 manat məhkəmə rüsumunun əvəzinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2018-ci ildə yaşadığı Quba rayonu, Ağbil kəndi ərazisindən Ağbil Bələdiyyəsinin qərarına əsasən, alqı-satqı müqaviləsi ilə 0,16 ha, Ağbil kənd sakini X3 alqı-satqı müqaviləsinə əsasən 0,08 ha torpaq sahəsi almışdır. Torpaq sahələri qonşu sərhədlərdə yerləşir və ümumlikdə 0,24 ha sahəni əhatə edir. Torpaq sahələrini aldığı vaxtdan cavabdehlər Cavabdeh2 Zübail oğlu və Cavabdeh1 Zübail oğlu özbaşına tutaraq yerin ətrafına dəmir tordan hasar çəkmiş, orada ağaclar əkərək istifadə ediblər. Dəfələrlə onlara ona məxsus torpaq sahələrindən çıxmalarını xahiş və tələb etsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmış və nəticədə torpaq sahəsini zəbt etdiklərinə görə onlar barəsində Azərbaycan Respublikasın Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə 22560002 saylı cinayət işi başlanmışdır. İstintaq zamanı cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etmələri özlərinin etirafedici ifadələri, şahid ifadələri, və s. sənədlərlə sübuta yetirilmişdir. Nəticədə səhvlərini başa düşən və cəzadan azad olmaq istəyən cavabdehlər məcbur qalaraq torpaq sahəsinin ətrafına çəkdikləri hasarı söküblər, əkdikləri ağacları kəsiblər və torpaq sahəsini ona təhvil veriblər. Quba RPŞ-nin İB-nin müstəntiqinin 04 mart 2022-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarla aministiya aktı tətbiq edilməklə cinayət işinin icraatına bəraət verməyən əsaslarla xitam verilmişdir. Beləliklə cavabdehlər 4 ilə yaxın bir müddət ərzində onu öz torpaq sahəsindən istifadə etməkdən məhrum ediblər. Bunun nəticəsində ona minimum məbləğdə hesablanmaqla, 1000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehlər ona dəymiş zərərin əvəzini ödəmək istəmirlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 Zübail oğlunun və Cavabdeh1 Zübail oğlunun nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, hər iki cavabdeh 0,24 ha ümumi sahəsi olan torpaq sahəsini özünenkü bilərək istifadə ediblər. Həmin torpaq sahələri üçün onlar hərəsi hələ 2018-ci ildə Ağbil bələdiyyəsinin sədri X4 10000 AZN verərək götürüblər. Sözügedən torpaq sahələri baxımsız, çökəklik və zibilliyə çevrilmiş ərazi olmaqla, cavabdehlərin ata evlərinin (hal-hazırda evdə Cavabdeh1 ailəsi ilə bərabər yaşayır) qarşısında yerləşir. Bələdiyyə sədri X6 torpaq sahəsini cavabdehlərə almağı təklif edib. Bildirirəm ki, X6 iddiaçının doğma qardaşıdır. İddiaçının özü isə Cavabdeh1 qonşusudur və evləri yan-yanadır. Cavabdehlər öz qonşuları, kəndliləri və eyni zamanda bələdiyyə sədri olan X4 inanıblar, ona pul veriblər və əvəzində heç bir sənəd almayıblar. Tağıyev Ş. H. onlara sənədlərlə bağlı hər dəfə deyib ki, sənədlər ondadır və narahatlıq üçün heç bir səbəb yoxdur. Cavabdehlər həmin sahədə gilas və fındıq bağı salıblar. Torpaq sahəsinin abadlığı üçün 5000 AZN-dən çox pul xərcləyiblər. Bu haldan nəinki iddiaçının, bütün kənd sakinlərinin xəbəri olub. Bir müddət əvvəl, keçən ilin dekabr aylarından başlayaraq, bələdiyyə sədri və onun iddiaçı qardaşı cavabdehlərdən təkidlə tələb etməyə başlayıb ki, onlar bağa artıq girməli deyillər və onların buna heç bir hüququ yoxdur. Əsas kimi göstərilib ki, torpaq sahəsi hərracda başqa adama satılıb və həmin şəxs öz mülkiyyət hüququnu torpaq üzərində rəsmiləşdirib. Daha sonra cavabdehlərə məlum olub ki, torpağı istəyən Ağbil bələdiyyəsinin sədri X1 doğma qardaşı olan İddiaçıdur. Bu məsələdə onlara yardım edən qismində Ağbil kənd sakini X9 çıxış edib. Belə ki, torpaq sahəsi hərracda satılarkən alıcı qismində Eyyubov E.N çıxış edib və sonradan guya torpağı İddiaçı 5500 AZN satıb. Ağbil kənd bələdiyyəsinin sədri X6 cavabdehləri aldadıb və etibarlarından, öz səlahiyyətlərindən istifadə edərək, sui-istifadə edib və nəticədə xeyli miqdarda maddi zərər vurub və bu azmış kimi, hal-hazırda, onlara, ailə üzvlərinə şər və böhtan atmaqla hədələyir. İddia ərizəsində iddiaçı yazır ki, 4 il ərzində ona zərər vurulub. Lakin, o, mülkiyyət hüququnun nə zaman yarandığı barədə ərizədə qeyd aparmır və sübut kimi sənəd əlavə etmir. Cavabdehlərin hərracın keçirilməsi və torpağın satılması barədə xəbərləri olmayıb, onları heç kim bu barədə məlumatlandırmayıb. Cavabdehlər torpaq sahəsini özününkü biliblər, ona yatırım ediblər və abad vəziyyətə gətiriblər. Əlavə olaraq, iddiaçı zərərdən bəhs edir, lakin zərərin nədən ibarət olması barədə məlumat vermir. Son 4 il ərzində iddiaçı əgər torpaq sahəsinin mülkiyyətçisi, istifadəçisi və s. kimi hüquqlu şəxs olubsa, nədən o zaman cavabdehlər tərəfindən bağ işləri aparılarkən bununla bağlı heç bir tədbir görməyib. İddiaçı Mülki Məcəllənin 21.2-ci maddəsinə istinad edir, lakin yenə də göstərmir ki, onun zərəri nədən ibarətdir. Burda zərərdən çox özünün əsassız varlanmasını gərək qeyd edərdi. Əgər torpaq sahəsinin onun olduğunu bilibsə və cavabdehlərə onu abadlaşdırmağa imkan veribsə, deməli onun əsassız varlanma niyyəti olub. Torpaq sahəsinin yer quruluşu nəzərə alınsa yerləşdiyi yerdə nə ev tikmək, nə də iqtisadi fəaliyyət aparmaq olar. Yeganə olaraq, sözügedən torpaq sahəsində meyvə ağaclarını əkərək, meyvəsindən faydalanmaq olardı, lakin ağacların körpə olması buna da imkan vermir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1301/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Vüqar Seyidov). Birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi məbləğdə cavabdehlər tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehlərin təqsirli olması və cavabdehlərin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməli olmasını, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməməsini, iddia tələbini əsaslandırdığı halları sübut edə bilməməsinin müəyyən edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1301/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil, qətnamə əsassızdır. İddia tələbinin təmin edilməməsinə əsas olaraq cavabdehlərin tələb olunan məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi, bununla da iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməməsi göstərilir. Bildirir ki, ona məxsus torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilərək, dörd il ərzində onların qanunsuz istifadəsində olması və həmin torpaq sahələrini hüquqmühafizə orqanlarının mübahisəyə müdaxilə etməsindən sonra məhz 2022-ci ildə geri qaytarmağı iş materiallarında olan sənədlərdə öz əksini tapmışdır. Bu barədə Quba rayon X8 Şahzadə Zübail oğlu və Cavabdeh1 Zübail oğlunun barəsində cinayət işinin icraatına xitam verilməsi haqqında 04 mart 2022-ci il tarixli qərarı işə əlavə olunmuşdur. Buradan tam aydın olur ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində göstərilən müddət ərazində torpaq sahəsindən istifadə etməkdən və ondan fayda götürməkdən məhrum olub. Ziyanın məbləğinə dair sübut təqdim edə bilməməyi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini əsassız hesab edir. Beləliklə hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1301/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097-cı maddələri düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinin tələbləri pozulmuşdur, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Ziyan tələbinə dair iddia tələbinə aid olan sübutları – torpaq sahəsinin onun mülkiyyətində olmasına dair çıxarışları, cavabdehlərin torpaq sahəsindən 2018-ci ildən ona məxsus torpaq sahəsini zəbt edərək həmin sahədən istifadəsinə imkan verməmələri və cavabdehlərin əməlinin qanunsuz olmasına dair Quba RPŞ-nin qərarını məhkəməyə təqdim etmişdir. Dəymiş zərərin miqdarına dair sənədi müstəqil surətdə ala bilmədiyi üçün məhkəməyə vəsatətlə müraciət etmiş, məhkəmə Quba DAİM-ə bu barədə sorğu göndərmiş, sorğu DAİM-in səlahiyyətlərinə aid olmadığı üçün, DƏDRX-ə müraciət etmək məsləhət bilinmişdir. Yenidən ziyan məbləği ilə bağlı bir iddiaçının müraciət edə biləcəyi orqanlara müraciət etsə də sənəd əldə edə bilməmişdir. Quba DAİM-in cavabından sonra məhkəmə hazırki qərarı qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabehlər 4 il istifadədən sonra torpağını ona təhvil verərək oradan çıxıblar. Torpağın mülkiyyətçisi odur. Zəbt faktı təsdiq olunub. Onun 1000 manat tələbi rəmzi xarakter daşıyır. Ona pul lazım deyil. Həmin pulun uşaq evinin hesabına köçürülməsini xahiş edir. X14 Mərkəzinə iki dəfə müraciət edib. Onlar bir dəfə məhkəməyə, bir dəfə də Daşınmaz Əmlakın Dövlət Reseystri Xidmətinə müraciət etməyi tövsiyyə etdilər. Amma onun müraciətlərindən hər hansı nəticə hasil olmadı. Mənəvi ziyan tələbi rəmzi xarakter daşıyır. Amma torpağı 4 il caavbdehlərin istifadəsində olub. Torpaq vergisini isə o, ödəməlidir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1301/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 Zübail oğlu və Cavabdeh1 Zübail oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara təqdim edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materillarına əlavə edilmiş 04 mart 2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə-Cavabdeh1 amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduğu nəzərə alınaraq cinayət məsuliyyətindən azad olunmuş, cinayət işinin icraatına bəraət verməyən əsaslarla xitam verilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında “İltizam” qətimkan tədbiri üzərindən götürülmüş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 188.1- ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə - Cavabdeh2 amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduğu nəzərə alınaraq cinayət məsuliyyətindən azad olunmuş, cinayət işinin icraatına bəraət verməyən əsaslarla xitam verilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında “İltizam” qətimkan tədbiri üzərindən götürülmüş, İddiaçı zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, İddiaçı dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada aidiyyatı üzrə Quba rayon məhkəməsinə müraciət olunması izah olunmuşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********00 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Ağbil kəndində yerləşən, 0,08 ha torpaq sahəsi tam İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 253 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********54 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Ağbil kəndində yerləşən, 0,08 ha torpaq sahəsi tam İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 253 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Ağbil kəndində yerləşən, 0,08 ha torpaq sahəsi tam X2 adına daşınmaz əmlakın dövlət reyestrində 253 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba X14 Mərkəzinin İddiaçı ünvanladığı məktubundan görünür ki, Quba rayonu Ağbil kəndində ona məxsus 0.24 ha həyətyanı torpaq sahəsinin zəbt olunması, istifadə edə bilməməsi səbəbindən dəymiş ziyani aydınlaşdırmaq məqsədi ilə etdiyi müraciətə uyğun olaraq bildirilir ki, həyətyanı torpaq sahələrinin uqodiyası (məqsədli istifadəsi) kənd təsərrüfatı məhsulları istehsalı məqsədi daşımadığını nəzərə alaraq DAİM-nə aidiyyəti olmadığı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyi məsləhət bilinir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarına görə iddiaçı tələb etdiyi məbləğdə cavabdehlər tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehlərin təqsirli olması və cavabdehləriin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. Lakin İddiaçı cavabdehlər Cavabdeh2 Zübail oğlu və Cavabdeh1 Zübail oğlu tərəfindən ona maddi ziyan vurulmasını göstərərək, cavabdehlərdən 1000 manat maddi ziyan tələb etsə də, cavabdehlərin tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, öz iddia tələbinin hüquqi əsasını heç bir mötəbər sübutla sübut etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsasını sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1301/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1301/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-393/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-393/2023
31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver