Məhkəmə qərarları › İş №2(105)-393/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-393/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-393/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Nikoyl» X2 (indiki "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 (iddiaçının nümayəndəsi və cavabdeh məhkəmənin sonuncu iclasında iştirak etmir) iştirakı ilə İddiaçı “Nikoyl» X2 (indiki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(034)-3/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası İşin halları

1. "xxxx" İKB ASC-yə (indiki "xxxx"ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27-M-1-0-158-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 28 faiz olmaqla 24 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

3. maliyyə arayışından görünür ki, cavabdehin banka 8980 ABŞ dolları əsas, 1101ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları borcu vardır.

4. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)- 752/2015 saylı məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8980 ABŞ dolları əsas,1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları (ödənildiyi gün manatla ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" X3 verilməsi əmr edilmişdir.

5. Daha sonra Zəngilan Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(034)- 752/2015 nömrəli qərardadına əsasən borclular tərəfindən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)-752/2015 saylı məhkəmə əmrinə edilmiş etiraz təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-752/2015 saylı məhkəmə əmri ləğv edilmiş və mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi cavabdehin banka kreditin bitmə tarixinə, yəni xx.xx.2016-cı il tarixə 8915.1 ABŞ dolları əsas, 2272.52 ABŞ dolları faiz borcu vardır.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli 9/4340 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 27-M-1-0-158-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 19 sentyabr 2016-cı il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 11.486,63 ABŞ dolları məbləğində müəyyən olunur. O, cümlədən 19 sentyabr 2016-cı il tarixə əsas borc 8.801,61 ABŞ dolları, faiz borc isə 2.685,02 ABŞ dolları təşkil edir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 9/6497 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ’’Borcalan” Cavabdeh1 tərəfindən "xxxx" İKB ASC-dən (İddiaçı ASC) alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2015-ci il tarixə əsas kredit borcu üzrə 8.866,31 ABŞ dolları, faiz borcu üzrə 13,79 ABŞ dolları,xx.xx.2016-cı il tarixə (müqavilə müdədti qüvvvədə olduğu tarixədək) əsas kredit borcu üzrə 8.866,31 ABŞ dolları, faiz borcu üzrə 2.624,75 ABŞ dollarıdır. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdən sonrakı dövrdə ümumilikdə 4.081,90 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 3.964,40 ABŞ dolları əsas borcdan, 117,50 ABŞ dolları isə faiz borcundan silinir.Belə olan halda Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27-M-1-0-158-14 saylı kredit müqaviləsi üzrə xx.xx.2016cı il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh1 "xxxx" İKB ASC-yə (İddiaçı ASC-yə) olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 4.901,91 ABŞ dolları, faiz borc üzrə isə 4.495.08 ABŞ dollarıdır.

9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka olan borcu 4656.97 ABŞ dolları əsas, faiz borc üzrə qalıq məbləğ 6604.76 ABŞ dolları, cərimə borcu üzrə qalıq məbləği 8044.46 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 2166.15 ABŞ dolları olmaqla, cəmi 21.472,34 ABŞ dolları, kreditin bitmə tarixinə, yəni xx.xx.2016-cı il tarixə əsas borc üzrə qalıq məbləği 8915.1 ABŞ dolları əsas, faiz üzrə qalıq borcu isə 2272,52 ABŞ dolları təşkil edir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2023-cü il tarixli 9/1793 nömrəli rəyindən görünür ki, birinci sual üzrə reyin tədqiqat hissəsində göstərildiyi kimi, ’’Borcalan” Cavabdeh1 boclu tərəfindən "xxxx" İKB ASC-dən (İddiaçı ASC) alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixdən sonra cavabdeh tərəfindən borc üzrə edilmiş ödənişlərin faiz borcuna silinmə məbləği 117,50 ABŞ dolları təşkil edir. İkinci sual üzrə reyin tədqiqat hissəsində göstərildiyi kimi, xx.xx.2014-cü il arixli kredit müqaviləsinin icra müddəti bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan müdədt üçün ödənilmiş əsas borca hesablanmış 5 faiz məbləği 1.987,83 ABŞ dolları müəyyən edilmişdir.

11. xx.xx.20234-cü il tarixə olan maliyyə arayışından görünür ki, cavabdehin banka əsas borc üzrə qalıq məbləği 4421.94 ABŞ dolları, faiz borc üzrə qalıq məbləği 6604.76 ABŞ dolları, cərimə borcu üzrə qalıq məbləği 8044,46 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 2283.4 ABŞ dolları olmaqla, cəmi 21.354.56 ABŞ dolları, kreditin bitmə tarixinə, yəni xx.xx.2016-cı il tarixə əsas borc üzrə qalıq məbləğ 8915,1 ABŞ dollar, kreditin bitmə tarixinə faiz borcu üzrə qalıq 2272,52 manat təşkil edir.

12. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023- cü il tarixli KBD 7972 nömrəli məktubla məhkəəmyə müraciət edərək, bildirmişdir ki, mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən əsas borcdan 3169.34 ABŞ dolları silinmişdir. Hal-hazırda 25 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan ABŞ dolları 4833.2 əsas borcu, 6604.76 ABŞ dolları faiz borcu, 8044.46 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1971.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21453.92 ABŞ dolları təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. Kreditor "xxxx" X4 (indiki Yelobank ASC) borclular Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə» ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin verilməsini xahiş etmişdir.

14. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)-752/2015 saylı məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8980 ABŞ dolları əsas,1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları (ödənildiyi gün manatla ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" X3 verilməsi əmr edilmişdir.

15. Borclular Cavabdeh1 və Gülüşov X7 Rayon Məhkəməsinin 2(034)-752/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 283-cü maddəsinin tələblərinə riayət etməklə 2(034)-752/2015 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-752/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir.

16. İddiaçı daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Yelobank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4833.20 ABŞ dolları əsas, 6604.76 ABŞ dolları faiz, 8044.46 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1971.50 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21.453.92 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor ”Nikoyl” İKB ASC (indiki "xxxx"ASC) borclular Cavabdeh1 və X8 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və Zəngilan rayon Məhkəməsinin 2(034)-752/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8980 ABŞ dolları əsas borc və 1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları borcun tutularaq "xxxx" İKB ASC-yə (indiki "xxxx"ASC) ödənilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 4833.2 ABŞ dolları əsas borc, 6604.76 ABŞ dolları faiz borcu, 8044.46 ABŞ dolları cərimə borcu,xx.xx.2016-cı il tarixdən xx.xx.2022-c il tarixə gecikdirilmiş vaxt üçün illik 5% lə hesablanmış 1971.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilkidə cəmi 21.453.92 ABŞ dolları borcu vardır. Məhkəmə əmri 2015-ci ildə çıxmış, əmrdən sonra ödəniş əsas borcdan silinmiş, sonuncu ödəniş isə 19 avqust 2015-ci ildə olmuşdur

18. Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(034)-3/2023 nömrəli qətnaməsi (hakim G.İmanova) ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4833.20 ABŞ dolları əsas borc, 2624,75 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1987.83 ABŞ dolları olmaqla, cəmi 9645,78 ABŞ dolları məbləğində (qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) borcun və 20 manat ödənilmiş dövlət rüsmumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 120 manat məbləğində dövlət rüsumu və 200 manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan məhkəmə əmri ləğv edildikdən sonra iddiaçı iddia tələbinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlərin hazırda iddiaçıya xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4833.20 ABŞ dolları əsas, 6604.76 ABŞ dolları faiz, 8044.46 ABŞ dolları cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1971.50 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21.453.92 ABŞ dolları borcu olmasını və həmin borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlər götürdükləri kredit borcunun Prezidentin fərmanın təsiri altına düşdüklərini bildirmiş, lakin bank isə fərmanının onlara tətbiq edilməsindən imtina etməsini bildirmiş, məhkəmə tərəfindən həmin məsələ ilə bağlı banka sorğu verilmiş və bank cavab məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən əsas borcdan 3169.34 ABŞ dolları silinmiş, hazırda Cavabdeh1 İddiaçı ASC-nə olan ABŞ dolları 4833.2 əsas borcu, 6604.76 ABŞ dolları faiz borcu, 8044.46 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1971.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21453.92 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Respublikadakı bütün banklarda kredit borcunun qalıq məbləğinin reslrukturizasiya prossesi artıq yekunlaşması bildirilmişdir. Bundan başqa iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün müqavilədə nəzərdə tutulan faizləri tələb etdiyindən və iddiaçının kredit müqaviləsinin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün faizlərin ödənilməsi barədə tələbinin hüquqi əsasının olmadığını,həmçinin tərəflərin bağladıqları kredit müqaviləsinə əsasən iddiaçı (borc verən) krediti cavabdehə (borc alana) xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə verdiyini nəzərə alaraq məhkəmə, faiz borcunun müqavilənin icra müddətinin bitdiyi tarixinə olan məbləğdə təmin edilməsini əsaslı hesab edib. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27-M-1-0-158-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 2624,75 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 8044.46 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MMnin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab etmiş və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin Cavabdeh2 zaminlik müqaviləsinə xitam verilməsi ilə bağlı qeyd edib ki, Azərbaycan Respublikası MM-nin 470.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, "xxxx" İKB (indiki "xxxx"ASC) ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “bank hesab,kredit və zaminlik” müqaviləsinə əsasən Cavabdeh2 kreditin təminatı olaraq zamin kimi öhtəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin icra müddəti xx.xx.2016-ci il tarixdə bitmişdir. İddiaçı məhkəməyə kredit müqaviləsinin icra müddəti bitməzdən əvvəl xx.xx.2015-ci ildə əmr icraatı qaydasında müraciət etmişdir və Zəngilan Rayon Məhkəməsinin 2(034)- 752/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8980 ABŞ dolları əsas borc və 1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları borcun tutularaq "xxxx" İKB ASC-yə (indiki "xxxx"ASC) ödənilməsi əmr edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə xitam verilməməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı Cavabdeh1 vəfat etdiyindən arvadı X9 onun prosessual hüquq varisi kimi işə cəlb edilmiş və sonuncu prosessual hüquq varisi kimi apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qətnamə ilə müəyyən edilmiş hallar dərindən araşdırılmamış və cavabdehin irəli sürdüyü dəlillərə əhəmiyyət verilməmişdir. Belə ki, o bankdan kreditlə pul götürdüyü zaman ona 10,000 manat məbləğində pul verilmişdir, lakin kredit müqaviləsinə bu borc 12,000 dollar olaraq qeyd olunmuşdur və bu barədə bank ona məlumat verməmişdir. O isə banka güvənərək müqaviləni oxumadan qol çəkmiş və hesab etmişdir ki, borcu 10,000 manat təşkil edir. İmkanı olduqca borcundan ödənişlər etmişdir, lakin sonra yaranmış maddi sıxıntılar səbəbindən borcu ödəmək iqtidarında olmamışdır. Övladı xəstə olub və kredit borcunu da onun müalicəsi üçün bankdan götürmüşdür. Manatın məzənnəsində devalvasiya getdiyi zaman banka olan borcunun dollarla hesablandığından xəbər tutmuşdur. İndiyə kimi banka olan borcdan 8000 ABŞ dolları ödəmişdir, həmçinin zamin Cavabdeh2 əmək haqqından 2000 manat pul tutulmuşdur. Ayda 100 manat ödəmək imkanının olmasını banka bildirmişdir və borcun bu qayda ilə ödənilməsini bankdan xahiş etsə də, bank bundan imtina etmişdir. Məhkəmə qətnməsi ilə tutulan borc məbləği həddindən yüksək məbləğdir. Borcun bu məbləğdə hesablanaraq tutulması onun vəziyyətini tənasübsüz olaraq ağırlaşdırmaqdadır. Belə ki, yuxarıda qeyd etdiyi kimi bankdan 10000 manat məbləğ kredit götürüb, indiyədək 8000,00 dollar ödəniş etmişdir, həmçinin zaminin əmək haqqından 2000,00 manat tutulmağına baxmayaraq, qətnamə ilə ondan 9645,78 ABŞ dolları, yəni təqribi 16398,00 manat borcun tutulması qət edilmişdir. Göründüyü kimi, o həm bank tərəfindən aladılmış, yəni kredit vəsaiti faktiki olaraq manatla verilsə də, müqavilə ABŞ dolları ilə rəsmiləşdirilmişdir. Həmçinin onun kredit müqaviləsi üzrə ödənişləri düzgün hesablanmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(034)-3/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni və əsaslı qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı tərəf elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq mübahisənin məhkəmədən kənar qaydada həll olunduğunu, tələb üzrə borcun ödənildiyini bildirmiş və iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

Apellyasiya baxışının hədləri

27. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

28. Ona görə də kollegiya Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(034)-3/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin iddiadan imtina etməsi barədə ərizələrini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfin iddiadan imtinası qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.

30. Belə ki, hazırki iddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit və zaminlik müqavilələri üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehlərdən müştərək qaydada alınması barədədir.

31. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.

32. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər.

33. Belə ki, iddiadan imtina etmək iddiaçının əsas prosessual hüquqlarından biridir və mülki prosesin dispozitivlik prinsipindəm irəli gəlir. İddiadan imtina ciddi prosessual nəticələr törətdiyinə görə, iddiadan imtina edilməsinin ifadə formasına (şifahi və ya yazılı), imtinanın qəbul edilməsi qaydalarına dair bir sıra tələblər müəyyən olunmuşdur. Bu baxımdan iddiadan imtina bilavasitə iddiaçının iradəsini ifadə etməlidir. İddiadan imtina iddiaçının birtərəfli, prosessual mahiyyətli sərəncamverici iradəsidir və yazılı formada ifadə edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdikdə bilavasitə işə baxan məhkəməyə yazılı ərizə verməklə və ya məhkəməyə notariat qaydada təsdiq edilmiş yazılı ərizə göndərməklə iddiadan imtina edə bilər.

34. İddiaçının iddiadan imtina etməsi dedikdə - onun cavabdehə olan öz maddihüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. Eyni zamanda şifahi icraat zamanı məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyənləşdirməlidir.

35. Qanunverici iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi əsaslarını da müəyyən edib. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa, həmin hərəkətlər hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə iddiadan imtinanı qəbul etməkdən imtina etməlidir. Qeyd olunan hərəkətlərin qanuna zidd olması iki mənada başa düşülməlidir: birincisi, müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi; ikincisi, həmin hərəkətin mahiyyətinin qanuna zidd olması.

36. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir.

37. Göründüyü kimi iddia verən şəxs həm də iddiadan imtina etmək hüququna malikdir və bu iddia vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni iddia tələbi ilə məhkəməyə müraciət edən şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq iddiadan imtina edə bilər. Lakin iddiadan imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də iddiadan imtina iddianı verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün iddiadan imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddiadan imtina etdiyindən, iddiadan imtina etməsi onların həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, eləcə də imtinanın doğuracağı nəticə iddiaçılara məlum (izah) olduğundan qəbul edilməli və Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(034)-3/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(034)-3/2023 nömrəli qətnaməsi ləğv edilsin və hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar