Məhkəmə qərarları › İş №2(105)-3939/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3939/2021

07.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3939/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı DNK-ya qarşı qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə, İddiaçı2 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı DNK-ya qarşı qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə və iddiaçı X3 cavabdehlər Sumqayıt Regional DNK-ya qarşı qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə, iddiaçı X2 cavabdehlər X1 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(060)-3466/2021 saylı qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim R.Qoşqarlı) iddiaçılar İddiaçı1 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı DNK-ya qarşı qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə, İddiaçı2 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı DNK-ya qarşı qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə və iddiaçı X3 cavabdehlər Sumqayıt Regional DNK-ya qarşı qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə, iddiaçı X2 сavabdehlər X1 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06.08.2021-ci il tarixli qərardadının ləğv olunmasına dair iddiaçı X3 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı X4 qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2(060)-3466/2021 saylı qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək, baxılması üçün 7 gün müddətində mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iddiaçı X4 tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı X3 ərizəsinin təmin edilməməsi qərara alınmış, bununla razılaşmayan iddiaçı X4 şikayətini elektron qaydada deyil, kağız daşıyıcıda vermiş, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, şikayəti geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (Mülki Prosessual Məcəllənin 363.1.5. maddəsi). Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilərkən elektron qaydada verilməməsini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan şikayəti apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, iddiaçı X4 tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçı X4 tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı X4 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar