Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3962/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(060)-8552/2021 saylı qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(060)-8552/2021 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Azər İsmayılov). Hazırda iddiaçı ləğv prosesində olan İddiaçı ASC qeyd olunan qərardaddan şikayət verərək, 04.10.2021-ci il tarixli, 2(060)-8552/2021 saylı qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli, 2(060)-8552/2021 saylı qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ilk dəfə 25.09.2019-cu il tarixdə cavabdehlərə qarşı kredit borcunun ödənilməsi barədə iddia qaldırılmış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7044/2019-cu ul il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumu hər hansı bir məhkəmə işində istifadə edilməmişdir. Bu səbəbədən dövlət rüsumunun daha əvvəl ödənilməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas vermir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(060)-8552/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(060)-8552/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun 18.07.2019-cu il tarixdə ödənilməsini, bununla da həmin ödənilmiş dövlət rüsumunun hazırki iddia ərizəsi üçün ödənilməsinin müəyyən edilməməsi müəyyən edərək iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki işdən görünür ki, ərizəyə əlavə edilmiş dövlət rüsumu 18.07.2019-cu il tarixdə də ödənilmişdir. Hazırki iddia ərizəsi isə 30.09.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə ünvanlanmışdır. Bu səbəbdən qeyd edilən qəbzin, yəni 2 il əvvəl ödənilmiş dövlət rüsumunun hazırki iş üzrə ödənilməsi ağlabatan deyildir. Bundan başqa qeyd edilən dövlət rüsumuna dair qəbzin daha əvvəl iddiaçı təşkilatın cavabdehlərə qarşı 25.09.2019-cu il tarixdə məhkəməyə müraciət edilərkən istifadə edilməsi, həmin ərizənin məhkəmənin 2(060)-7044/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmasını, dövlət rüsumunun başqa bir işdə istifadə edilməməsini bildirsə də buna dair hər hansı sübutu təqdim etməmişdir. Belə ki, iddiaçı təşkilat şikayətində qeyd edilən tərəflərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, ərizənin baxılmamış saxlanılmasına dair 2(060)-7044/2019 saylı məhkəmə qərardadını şikayətə əlavə etməmiş, həmçinin həmin ərizə baxılmamış saxlanıldıqdan sonra MPM-nin 114.1.5-ci maddəsinə əsasən dövlət rüsumunun geri qaytarılmasına dair sübut təqdim etməmişdir. Belə ki, işə əlavə edilmiş dövlət rüsumuna dair qəbzdən görünür ki, qəbzin istfiadə tarixçəsi qeydinin qarşısında “İstifadə edilib” ifadəsi yazılmışdır. Bununla da qeyd edilən qəbzin daha əvvəl başqa bir məhkəmə işində istifadə edilməməsi barədə şikayətin dəlilləri təkzib edilir. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin qeyd edilən normalarına istinad edərək iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, AR Mülki Prosessual 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(060)-8552/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(060)-8552/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3962/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3962/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver