Məhkəmə qərarları › İş №2(105)-400/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-400/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-400/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: vurulmuş zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X38 və X9 ibarət tərkibdə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, vəkili Vəkil2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-531/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsində 2007-ci ildə inşa etdiyi iki mərtəbəli fərdi evin tikintisinə sərf etdiyi 27.000 manat, əldən çıxmış faydaya görə illik minimal 5 faiz bank uçot dərəcəsi hesabı ilə 16 illik dövr üçün 21.600 manat, torpaq sahəsinin alqı-satqısı üçün 2005-ci ildə ödədiyi 1.400 ABŞ dolları, 2023-cü ildə ödəniş gününə məzənnə üzrə 2.380 manat, hər il (2006-2023-cü illər) üzrə minimal məzənnə qiymətləri əsasında əldən çıxmış fayda kimi (minimal 5% hesabı ilə) 1.497,25 manat, torpağın alqı-satqısı üçün bələdiyyəyə ödədiyi 60 manat, həmin pula əldən çıxmış fayda şəklində hesablanmış 54 manat olmaqla, cəmi 52.591,25 manat maddi zərərin və əldən çıxmış faydanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin mülkiyyətçisi X30 09 iyun 2004-cü ildə rəsmiləşdirilmiş sadə yazılı müqavilə, yəni razılaşmaya uyğun olaraq şəhadətnamə üzrə özünə məxsus olan 0,12 ha ölçüdə torpaq sahəsini X7. Razılaşmada torpağı təqdim edənin və alanın şəxsiyyət vəsiqəsinin nömrə və seriyası qeyd edilməklə torpaq sahəsinin sahibi X30 400 ABŞ dollarını aldığını razılaşmada qeyd etmişdir. İlkin mülkiyyətçi qeyd olunan sadə yazılı formada özünə məxsus olan torpaq sahəsini X24 təqdim etdikdən sonra, eyni zamanda torpaq sahəsinə görə Çuxuryurd bələdiyyəsinə ödənilməli olan torpaq vergisi də X22 adından 16 sentyabr 2005-ci il tarixdə X31 tərəfindən rəsmi olaraq bələdiyyəyə ödənilmişdir. Qeyd olunan torpaq sahəsini 400 ABŞ dolları ödəməklə ilkin mülkiyyətçi X19 almış X23 atası, 2005-ci ildə mərhum X47 və digərlərinin, habelə torpaq sahəsinin Şəhadətnamə üzrə sahibi X22 iştirakı ilə 1.400 ABŞ dollarına ona satmışlar. 15-16 sentyabr 2005-ci il tarixdə X22 adından bələdiyyəyə olan vergi borcunu ödəmişdir. Eyni zamanda torpaq sahəsinin mülkiyyətçisi cavabdehin atası X11 bələdiyyəsinə ərizə təqdim edərək, qeyd olunan torpaq sahəsindən bələdiyyənin xeyrinə imtina etmişdir. Çuxuryurd bələdiyyəsinin sədrinin iştirakı ilə torpaq sahəsinə dair JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əsli ona təqdim edilmişdir. X2 üzərində torpaq sahəsindən imtina etməsi barədə yazılı formada ərizə kimi fikirlərini yazmışdır. Bu X1 yazdıqlarını bələdiyyə sədri imzası və möhürü ilə təsdiq etmişdir. X30 bu Şəhadətnamədə əlyazma qaydasında aşağıdakıları qeyd etmişdir: “Çuxuryurd bələdiyyəsinin 15 sentyabr 2005-ei il tarixli, 14 saylı protokol-qərarına əsasən X25 məxsus JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə təhkim olunmuş 0,12 ha həyətyanı torpaq sahəsini özünün imtina ərizəsinə əsasən ləğv edərək, İddiaçı fərdi yaşayış evi tikmək üçün təhkim etmişdir.” Həmin gün bələdiyyənin protokol-qərarı və “Torpağın alqı-satqısına dair” Akt ona təqdim olunmuşdur. Razılaşmaya uyğun olaraq, yəni X14 torpaq sahəsindən imtina etmiş və onu bələdiyyəyə təqdim etdiyi üçün, tərəfindən 13 sentyabr 2005-ci il tarixli, 166 saylı mədaxil qəbzinə əsasən, torpaq sahəsini satın almaq üçün bələdiyyənin hesabına 300.000 manat pul köçürmüşdür. 2004cü ildə X25 400 ABŞ dolları və onun adından bələdiyyəyə 2005-ci ilə qədər yığılıb qalmış torpaq vergisini ödənişdir. Bundan sonra X31 (onun adından atası) bələdiyyəyə ödənilmiş vəsaitləri nəzərə almaqla, yekunda torpaq sahəsini almaq üçün X22 iştirakı ilə X23 atasına 1.400 ABŞ dolları ödəmişdir. X47 rəhbərliyi və nəzarəti altında 2007-ci ilədək Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən qeyd olunan torpaq sahəsində 10 x 8 metr ölçüdə iki mərtəbəli fərdi həyət evi inşa etdirmişdir. Evin daxilində suvaq, elektrik işləri və digər zəruri işlər görülmüşdür. Fərdi yaşayış evinin daxilində otaqlar üçün quraşdırılmamış qapılar və digər materiallar olmuşdur. 2007-ci ildə fərdi yaşayış evinin tikintisi, tikinti materiallarının və sair malların alışı, təmiri və sair zəruri işlərin icrası məqsədilə X47 rəhbərliyi ilə fərdi yaşayış evinin tikintisinə Rusiya Federasiyasında yaşayan digər əmisi Xatəm Gərayevin göndərdiyi vəsait hesabına 27.000 manat pul xərclmişdir. Tərəfindən iki mərtəbəli evin damı bağlanmış və evin daxilində təmir işləri görülməyə başlamışdır. 01-10 yanvar 2022-ci il tarixlərdə qeyd olunan torpaq sahəsinin adıına rəsmiləşdirilməsi və Çıxarışın alınması üçün X52ə təklif olunmuşdur ki, sənədləşmənin ən asan yolu torpaq sahəsinə dair ilkin mülkiyyətçi mərhum X22 adına Çıxarış alınsın və sonra torpaq sahəsi onun adına keçirilsin. Bu məqsədlə yanvar 2022-ci ildə cavabdehlə X52 arasında danışıqlar aparılan zaman cavabdeh ilkin olaraq buna etiraz etməmişdir. Bir müddət keçdikdən sonra səlahiyyətli nümayəndəsi İsa Gərayev cavabdehlə yenidən əlaqə saxlamış və köməklik göstərmək üçün qeyd olunan torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin (bu sənədin əsli 2005-ci ildən etibarən onda olmuşdur) və digər sənədlərin surətlərini cavabdehə vermişdir. Bir müddət keçəndən sonra cavabdeh evi adına keçirmək üçün razılıq məqsədilə X52dən 15.000 manat pul tələb etmişdir. X52 torpaq sahəsinin pulunu mərhum atasına həmin vaxt tam şəkildə ödənildiyini bildirmiş, lakin cavabdeh 2022-ci ildə ayrı-ayrı vaxtlarda X52i hədələmişdir. Bundan sonra X52 yüksək stress keçirməklə təzyiq xəstəliyi tapmış və 03 avqust 2022-ci il tarixdə ölmüşdür. 2022-ci ilin (aprel-may aylarında) əvvəllərində cavabdeh mübahisəli fərdi yaşayış evini özbaşına zəbt edib, açarları dəyişmişdir. Yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsi ilə əlaqədar cavabdehə qarşı “Torpaq sahəsindən və evdən maneəsiz istifadə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şamaxı Rayon məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(074)1075/2022 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Lakin məhkəmənin gedişində ona məlum olmuşdur ki, JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, mərhum X22 vərəsəsi, hazırkı iş üzrə cavabdeh 11 aprel 2022-ci il tarixli, 2V-253 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, torpaq sahəsini vərəsəlik qaydasında 13 aprel 2022-ci il tarixdə öz adına rəsmiləşdirmişdir. Bundan başqa, miras qoyan X30 2018-ci ildə öldüyü halda, cavabdeh dörd il müddətində mirası nə faktiki, nə də hüquqi yolla qəbul etməmiş və mirası qəbul etmək məqsədilə notariusa ərizə verməmişdir. Çünki cavabdeh belə bir torpaq sahəsinin atası X22 adına olmasından məlumatsız olmuşdur. Bundan sonra cavabdeh notariat ofisində tərtib olunmuş 31 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini X15 və sonuncunun adına 13 sentyabr 2022-ci il tarixli Çıxarış verilmişdir. Halbuki, X30 torpaq sahəsini sadə yazılı müqavilə əsasında 2004-cü ildə X24, sonuncu isə X22 iştirakı və razılığı ilə 2005-ci ildə bələdiyyə qərarı vasitəsi ilə ona satmışdır. Bunun üçün bələdiyyəyə 300.000 manat (AZM) pul ödəmişdir. Cavabdeh torpaq sahəsinin onun atası tərəfindən o, azyaşlı olarkən (11 yaşı olmuşdur) satıldığını bildiyi halda, polis əməkdaşı olmasından istifadə edərək sənədlərin nüsxələrini ondan (əmisindən) götürmüş və sonra da hazırkı hərəkətləri icra etmişdir. Cavabdeh torpaq sahəsini onun atası tərəfindən ona təqdim olunduğunu və torpaq sahəsinin mübahisəli olduğunu notariusa bildirmədən və nəticədə Mülki Məcəllənin 1246, 1247, 1248-ci maddələrinin və digər normaların tələblərini pozaraq, 2022-ci ildə məqsədli və qərəzli hərəkətlər etmişdir. Cavabdeh bununla kifayətlənməyərək qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisənin olmasına baxmayaraq, notarial ofisində torpaq sahəsini digər bir şəxsə məqsədli şəkildə satmaqla, onun vicdanlı alıcı olması obrazını yaratmışdır. Bu səbəbdən də nə torpaq sahəsində yerləşən iki mərtəbəli evdən istifadə edə bilir, nə də ki, evin tikintisinə çəkdiyi xərclər ona ödənilir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. 4.Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-531/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddianın təmin edilməsi, fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 27.000 manat vəsaitin, illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 21.600 manat əldən çıxmış fayda, torpağın alışına ödənilmiş 1.400 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla), həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1497,25 manatın və bələdiyyəyə torpağın alqı-satqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat əldən çıxmış fayda olmaqla, vurulmuş zərərin əvəzi və ödənilmiş 105,78 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Çuxuryurd ələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçıya həmin kəndin ərazisindən 0,12 ha torpaq sahəsi verilmişdir. Torpaqların alqı-satqısına dair aktın əslini və bununla əlaqədar, o vaxt ödənilən 300.000 manat rüsum qəbzinin əsilini sübut kimi işə əlavə etmişdir. 0,12 ha torpaq sahəsi üçün torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə cavabdehin atası X25 verilmiş, sonuncu isə öz razılığı ilə, Çuxuryurd bələdiyyəsinin adına torpaqdan imtina ərizəsi yazmaqla, sözügedən torpaq sahəsini iddiaçıya faktiki satmışdır. O, bu məqsədlə 2005-ci ildə özünə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslini də iddiçıya vermişdir. X30 2018-ci il tarixdə vəfat etmiş və cavabdeh həmin torpaq sahəsini 2022-ci ildə iddiaçının ona müraciət etməsindən sonra, 11 aprel 2022-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almışdır. Torpaq sahəsini ilkin mülkiyyətçinin iştirakı və razılığı əsasında almaq üçün 2005-ci ildə torpağı satan tərəfə 1.400 ABŞ dolları pul vəsaiti ödənilmişdir. Bu pul vəsaiti iddiaçı tərəfindən torpaq sahəsinə görə ödənildikdən sonra, torpağın ilkin mülkiyyətçisi bələdiyyəyə ərizə təqdim etməklə, torpaq sahəsindən bələdiyyənin xeyrinə imtina etmiş, eyni zamanda torpaq sahəsinin mülkiyyət hüququ ilə ona məxsus olmasını təsdiq edən şəhadətnamənin əslini iddiaçıya təqdim etmişdir. Həmin bu şəhadətnamədə ilkin mülkiyyətçi torpaq sahəsini ona təqdim etdiyini yazılı şəkildə qeyd etməklə, onun yazılı şəkildə yazdıqlarını bələdiyyə sədri bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə 27.000 manat vəsait sərf edilmişdir. 2006-2023-cü illər üçün Mərkəzi Bankın müəyyən etdiyi hər illik məzənnə qiymətinə minimal 5 faiz hesablanmaqla, cavabdehin hərəkətləri nəticəsində 21.600 manat əldən çıxmış fayda kimi ziyan vurulmuşdur. İddiaçı cavabdehə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirməsi və istifadə etməməsi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 449.1, 449.2, 449.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(105)-212/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən- illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə əldən çıxmış faydaya görə 21.600 manat, torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 1.400 ABŞ dolları, həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1.497,25 manat, bələdiyyəyə torpağın alqısatqısı üçün ödənilmiş 60 manat, həmin məbləğə əldən çıxmış fayda kimi hesablanmış 54 manat, ödənilmiş dövlət rüsumuna görə 55 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(105)-212/2024 saylı qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən “illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 21.600 manat əldən çıxmış fayda, torpağın alışına ödənilmiş 1.400 ABŞ dolları, həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1.497,25 manat və bələdiyyəyə torpağın alqı-satqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat əldən çıxmış fayda olmaqla, vurulmuş zərərin əvəzi və ödənilmiş 55 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində ləğv edilsin” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edilərək, “21.600 manat əldən çıxmış fayda, torpağın alışına görə ödənilmiş 1.400 ABŞ dolları, həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1.497,25 manat və bələdiyyəyə torpağın alqı satqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat əldən çıxmış fayda olmaqla, vurulmuş zərərin əvəzi və ödənilmiş 105,78 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3981/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(105)- 212/2024 saylı qətnaməsi Cavabdeh 21.600 manat pulun tutulub İddiaçı verilməsinin rədd olunması hissəsində ləğv edilmilərək, həmin hissədə işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmır. Belə ki, iş materiallarında olan JN-479A KOD 41017018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X25 0,12 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdehin atasına verilmişdir. Bu işin mübahisəsiz halıdır. İş materiallarında olan Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli 14 saylı protokolundan Çıxarışdan görünür ki, X22 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsi özünün imtina və razılıq ərizəsinə əsasən ləğv edilməsi, Çuxuryurd Bələdiyyəsinə daxil olmuş ərizəsini onunla əlaqədar komissiya tərəfindən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktını və dövlət rüsmunu ödəməsini nəzərə alıb X26 həmin 0,12 ha həyətyanı torpaq sahəsini təhkim edilməsi qərara alınmışdır. Məhkəmə bu halı araşdırmamışdır. X12 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsinə dair onun özünün imtina və razılıq ərizəsi olmamışdır. Belə olan halda həmin torpaq sahəsinin iddiaçıya satılmasına hansı əsas ola bilərdi. Yəni həmin torpaq sahəsi atasının adına olub və satılmamışdır. Tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə olmadığı halda iddiaçı həmin torpaq sahəsində necə tikinti işləri apara bilərdi? Hesab edir ki, məhkəmə bu halları araşdırmalı idi. Çünki iddiaçı iddia edir ki, guya həmin torpaq sahəsini alıb və orda ev tikmişdir. İşdə rəsmi hər hansı bir sənəd olmadığı halda məhkəmə qətnamə qəbul edərək, cavabdehdən əsassız olaraq pul vəsaiti tutur. Atasına məxsus torpaq sahəsində ev tikməsini iddiaçıya kim icazə vermişdir? Bunu kim təsdiq edir? Təbii ki, iddiaçı yalan ifadə verən şahidlərin vasitəsilə cavabdehdən əsassız olaraq pulun tutulmasına nail olub və əsassız olaraq varlanıb (digər məhkəmə iclasına ifadə verən şahidlər). İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi X3. Yuxarıda qeyd etdiyi kimi məhkəmə cavabdehin atasının razılıq və imtinasını araşdırmadığı halda bu nəticəyə gəlmişdir. Atasının adına olan torpaq sahəsini Şamaxı rayon Çuxuryurd X6 necə sata bilərdi? Məhkəmə bu halları niyə araşdırmamışdır? Axı iddiaçının tələbi məhz həmin torpaq sahəsindən qaynaqlanır. İş materiallarında olan Şamaxı rayon Məlhəm Bələdiyyəsinin arayışından görünür ki, Aqrar İslahat Komissiyasının Şamaxı rayonunun Çuxuryurd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə 479 nömrə ilə X25 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Sonradan keçmiş Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı protokolundan məlum olur ki, X30 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün, bələdiyyə fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq, həmin torpaq sahəsi X26 təhkim edilmişdir. Lakin, qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərində coğrafi yerləşməsi və tərtib edilmiş sxeminin bələdiyyənin mövcud arxivində aşkar edilmədiyi üçün, həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mövcud tikilidə yaşayış olmadığı üçün kimin tərəfindən tikildiyi məlum deyildir. 2005-ci ildən bu günə kimi qeyd olunan torpaq sahəsinə dair torpaq vergisi hər hansı bir şəxs tərəfindən ödəniş edilməmişdir. Göründüyü kimi bələdiyyə alqı-satqı etdiyi həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən edə bilmədiyi barədə arayış vermişdir. Belə olan halda bələdiyyə həmin torpaq sahəsini necə sata bilərdi? Hazırkı vəziyyətdə iddiaçı və bələdiyyənin əlbir olması açıq-aydın görünür. Məhkəmə isə bu halları araşdırmadan qərar qəbul edir. Atası torpaq sahəsindən necə imtina edib ki, həmin torpaq sahəsinə dair cavadehin oğlu çıxarış alır? Bütün bu sulların hamısı cavabsız qalmış və məhkəmə bu halları araşdırmamışdır. Hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar aydınlaşdırılmalıdır. Çünki birinci instansiya məhkəməsi işdə olan guya X30 tərəfindən yazılmış və imzalanmış əlyazmanın kimin tərəfindən yazılmasını və imzalanmasını belə araşdırmamışdır. Halbuki həmin əlyazmanın kimin tərəfindən yazıldığı və imzalandığı müəyyən olunsaydı o zaman bütün bu məsələlərə aydınlıq gələrdi. Bu barədə ekspertiza keçirilməsini tələb etsə də, məhkəmə ekspertizanın keçirilməsini təmin etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X22 vərəsələri X36, Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X25 verilmiş **********30 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********30, qeydiyyat tarixi xx.xx.2022 il olan Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə X10. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin təqdim edilmiş ölçülərə və fototəsvirlərə əsasən, 2007-ci il tarixinə bazar dəyəri 27.000 manat təşkil etmişdir. Ekspert rəyi ilə də razı deyil. Çünki həmin ev iddiaçı tərəfindən yox, cavabdeh tərəfindən tikilmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən maneəsiz istifadə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X25 0,12 ha torpaq sahəsi verilmişdir. Daha sonra X30 həmin torpaq sahəsini X24, o isə X8. Lakin, torpaq sahəsi satılarkən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində iddaçı tərəfindən ikimərtəbəli ev tikilmişdir. Həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. 2018-ci ildə X30 vəfat etmiş, 2022-ci ildə isə Cavabdeh həmin torpaq sahəsini mülkiyyətinə keçirərək satmışdır. İddiaçı hazırda həmin torpaq sahəsində yerləşən tikdirdiyi evdən istifadə edə bilmir. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, guya X30 həmin torpaq sahəsini X24, o isə X8. Göründüyü kimi digər məhkəmə aktında iddiaçının həmin torpaq sahəsini X20 aldığı müəyyən olunmuşdur. Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı protokolundan məlum olur ki, X30 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün, bələdiyyə fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq, həmin torpaq sahəsi X26 təhkim edilmişdir. Lakin bu ziddiyyətli hal da məhkəmə tərəfindən araşdırılmamışdır. X50 həmin torpaq sahəsini X4, niyə həmin torpaq sahəsin dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır? X13 həmin torpaq sahəsini X5, niyə bu barədə alqı-satqı müqaviləsi bağlanmamışdır? Buna nə mane olurdu? X34 torpaq sahəsini almaq üçün pul vəsaitini X24 ödədiyi halda niyə cavabdehdən tələb edir??? Niyə məhkəmə həmin pul vəsaitini cavabdehdən tutur??? Belə çıxır ki, X31 iddiaçını aldadıb və ona məxsus olmayan torpaq sahəsini, yəni cavabdehin atasına məxsus olan torpaq sahəsini iddiaçıya satmışdır. Belə olan halda iddiaçıya maddi ziyanı kim vurub? Təbii ki, X31. Çünki cavabdehin atası torpaq sahəsini kiməsə satmamışdır və torpaq sahəsində evi özü tikmişdir. Bundan əlavə qətnamədən görünür ki, həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. Belə olan halda iş üzrə əsl İddiaçı necə ola bilər? Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bunun nəticəsində də iddiaçı əsassız olaraq varlanmış və cavabdeh isə əksinə olaraq maddi ziyana düşmüşdür. Əgər qətnamə qüvvədə qalarsa iddiaçı əsassız olaraq varlanmış olacaq. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş zərərlə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə sadəcə hesab etmişdir ki, həmin evi iddiaçı tikib və bu əsasla da iddianı təmin etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Lakin məhkəmə iddia tələbini təmin etmişdir. Cavabdehin və ya onun atasının həmin torpaq sahəsini iddiaçıya satması və orada hər hansı bir tikilinin tikilməsinə dair razılığı yoxdur. Belə olan halda həmin tikilinin iddiaçı tərəfindən tikilməsini sübut edən hər hansı bir mötəbər sübut yoxdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim olunmuş apellyasiya şikayətində mübahisələndirilən məsələlər Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(074)-1075/2022 saylı qətnaməsi əsasında məhkəmə tərəfindən müəyyən olunmuş məsələlər ilə əlaqədardır. Belə ki, eyni tərəflər arasında eyni predmet, yəni torpaq sahəsi ilə əlaqədar mübahisə üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1075/2022 saylı qətnaməsi əsasında müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi cavabdehin atasına məxsus olub. Həmin torpaq sahəsi cavabdehin atası tərəfindən hazırkı iddiaçıya faktiki olaraq satılmış və torpağa dair sənədlərin əsl nüsxələri hazırkı iddiaçıya təqdim olunmaqla, torpaq sahibi aldığı pulun müqabilində torpaq sahəsindən Bələdiyyənin xeyrinə imtina etmişdir. Bununla əlaqədar torpağın sahibi olaraq cavabdehin atası Bələdiyyəyə ərizə təqdim etmişdir. Cavabdehin atası mərhum X30 “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında ona məxsus olan torpaq sahəsindən imtina etdiyi üçün, Bələdiyyə öz qərarı əsasında torpaq sahəsini hazırkı iddiaçıya təqdim etmişdir. Hazırkı iddiaçı bu torpaq sahəsində 2007-ci ildə 2 (iki) mərtəbəli fərdi ev tikmişdir. Fərdi evin tikintisinə böyük məbləğdə pul xərcləmişdir. Beləliklə iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş apellyasiya şikayəti əsasında mübahisələndirdiyi məsələlər Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(074)-1075/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar ilə əlaqədardır. Həmin Məhkəmə prosesində cavabdehin iştirakı ilə qəbul edilmiş qətnamə qanuni qüvvə almışdır. Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(074)-531/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən mübahisələndirdiyi məsələlər qanuni qüvvəyə minmiş 1075/2022 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallarla əlaqədardır. Cavabdehin həmin qanuni qüvvə almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazırkı iş üzrə apellyasiya şikayəti qaydasında mübahisələndirməsi əsassızdır. Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 531/2023 saylı qətnamənin qəbul edilməsi üçün, hüquqi əsası məhz Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-1075/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar olmuşdur. Cavabdeh həmin məhkəmə aktı ilə müəyyən edilmiş hallarla razılaşaraq qətnaməni aldıqdan sonra, ondan şikayət verməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi ilə birlikdə ev 30000 manata satılıb. Ev torpaqla birlikdə satılıb. Torpaq sahəsi üzərindəki ev hazır olmayıb, yarımçıq tikili olub. Ekspert rəyi ilə də evin dəyəri 27000 manat müəyyən edilib. Evin 2023-cü il üçün bazar qiymətinin müəyyən edilməsini xahiş edirlər. Ekspertin evə baxış keçirilməsinə şərait yaradacaqlar.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, həmin ərazidə torpaq sahəsi ilə birlikdə iki mərtəbəli evlərin qiyməti 60000 manatdan aşağı yoxdur, 100000 manata qədər olur. Təqdim etdikləri ekspert rəyinə əsasən əmlakın binanın dəyərinin 38000 manat müəyyən edilməsinə etiraz etmir. Ekspert rəyində qeyd edilib ki, tikiliyə çəkilmiş xərc 2007-ci ildə 27000 manat, 2023-cü ildə bazar qiyməti 38000 manatdır. Hazırda torpaq sahəsi ilə evin qiyməti 60000 manatdan aşağı deyil. Hazırda torpaq sahəsi nəzərə alınmadan evin dəyərinin 38000 manat müəyyən edilməsinə razı deyil. Evin bazar dəyərinin müəyyən edilməsini xahiş edir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəf sonuncu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

16. JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi X25 verilmişdir.

17. Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli, 14 saylı protokol-qərarı ilə X22 imtinası və razılıq ərizəsinə əsasən 0,12 ha həyətyanı torpaq sahəsinin ona verilməsi ləğv edilmiş və onun ərizəsi, torpaq sahəsinin alqı-satqısına dair Aktı, dövlət rüsumunu ödəməsinə dair qəbz nəzərə alınaraq 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı təhkim edilmişdir.

18. 15 sentyabr 2005-ci il tarixdə 14 nömrə ilə qeydə alınmış “Torpaqların alqısatqısına dair” Akta əsasən, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin 300.000 manata (AZM) İddiaçı satılması barədə 15 sentyabr 2005-ci il tarixli, 14 nömrəli qərar qəbul edilmişdir.

19. Şamaxı rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 oktyabr 2022-ci il tarixli qərarına əsasən, İddiaçı əri X28 Cavabdeh barəsində ona və yaxın qohumlarına qarşı hədə-qorxu gəlməsinə dair müraciəti üzrə toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

20. Şamaxı rayon Məlhəm bələdiyyəsinin arayışına əsasən, Şamaxı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Çuxuryurd kəndində xüsusi mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə aid cədvəldə 479 nömrə ilə X25 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Sonradan keçmiş Çuxuryurd bələdiyyəsinin 15 sentyabr 2005ci il tarixli, 14 saylı protokol-qərarı ilə X22 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün, həmin torpaq sahəsinin bələdiyyənin fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq, həmin torpaq sahəsi X26 təhkim edilmişdir. Lakin, qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərində coğrafi yerləşməsi və tərtib edilmiş sxemi bələdiyyənin mövcud arxivində aşkar edilmədiyi üçün, həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsində olan tikilidə yaşayış olmadığı üçün kimin tərəfindən tikildiyi məlum deyil və 2005-ci ildən bu günədək qeyd olunan torpaq sahəsinə görə torpaq vergisi hər hansı bir şəxs tərəfindən ödənilməmişdir.

21. 06 avqust 2018-ci il tarixdə X30 ölmüşdür və ondan 08 aprel 2022-ci il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi miras qalmışdır.

22. 11 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X22 vərəsələri X36, Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak isə Reyestr Xidməti tərəfindən 06 aprel 2022-ci il tarixdə X22 adına verilmiş Çıxarışda göstərilən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsidir.

23. 13 aprel 2022-ci il tarixli Çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır.

24. 31 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini X16, həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmış və bu barədə Reyestr Xidməti tərəfindən onun adına 13 sentyabr 2022-ci il tarixli Çıxarış vermişdir.

25. Şamaxı Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(074)-1075/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “0,12 ha həyətyanı torpaq sahəsindən və onun üzərində tikdiyi evdən çıxarılması” barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi X25 verilmişdir. Daha sonra X30 həmin torpaq sahəsini X24, sonuncu isə X8. Lakin, torpaq sahəsi satılarkən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində İddiaçı tərəfindən iki mərtəbəli ev tikilmişdir. Həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. 2018-ci ildə X30 vəfat etmiş, 2022-ci ildə isə Cavabdeh həmin torpaq sahəsini mülkiyyətinə keçirərək satmışdır. İddiaçı hazırda həmin torpaq sahəsində yerləşən tikdirdiyi evdən istifadə edə bilmir.

26. Əmlak Ekspert Mərkəzinin 28 mart 2023-cü il tarixli rəyinə əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin təqdim edilmiş ölçülərə və fototəsvirlərə əsasən, bazar dəyəri 2007-ci il tarixə 27.000 manat, 28 mart 2023-cü il tarixə 38.000 manat təşkil etmişdir.

27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli, 2(105)-212/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında Cavabdeh məxsus olmuş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən mübahisəli fərdi yaşayış evinin tikintisinə 2007-cı il üçün mövcud olan orta bazar qiymətlərlə çəkilmiş xərclərin (ayrı-ayrılıqda və ümumilikdə materialların və görülən işlərin dəyəri göstərilməklə) dəyərinin müəyyən edilməsi (fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmadıqda, evin dəyərinin iş materiallarında olan fotoşəkillər və mütəxəssis rəyində göstərilən iş və materialların siyahısı əsasında nəzəri baxımından müəyyən edilməsi) tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2024-cü il tarixli məlumatına əsasən, təhqiqat obyektinin qapısı bağlı olduğuna və cavabdehin iştirak etməməsi səbəbindən təhqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığına görə ekspertizanın aparılmasından imtina edilmişdir.

28. Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin 10 aprel 2025-ci il tarixli, AE 04-018/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində 0,12 ha torpaq sahəsində yerləşən, müayinəyə təqdim olunan fərdi yaşayış evinin real bazar dəyəri 2023-cü ilin birinci rübündə 37700 manat, torpaq sahəsinin real bazar dəyəri 2023-cü ilin birinci rübündə 35400 manat təşkil edir. Mütəxəsis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Mütəxəssis rəyinin nəticə hissəsində müxaniki səhvə yol verilərək torpaq sahəsi ilə fərdi yaşayış evinin dəyərinin yeri dəyişik qeyd olunmuşdur. Lakin, rəyin əsaslandırma hissəsindən görünür ki, mübahisə predmeti olmuş evin dəyəri 37700 manat təşkil etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir

30. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

31. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-531/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı 21.600 manat əldən çıxmış faydanın Cavabdeh tutulması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3981/2024 nömrəli qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-531/2023 nömrəli 21.600 manat əldən çıxmış faydanın Cavabdeh tutulması hissəsində dəyişdirilməli, iddia həmin hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 10700 manat tutulmalıdır.

33. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3981/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(105)-212/2024 saylı qətnaməsi Cavabdeh 21.600 manat pulun tutulub İddiaçı verilməsinin rədd olunması hissəsində ləğv edilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında iddiaçının cavabdehdən 21.600 manat pul vəsaitini illik 5 faiz bank uçot dərəcəsinə istinad etməklə iddia etsə də əslində iki mərtəbəli, ümumi sahəsi təxminən 220,8 kv.metr olan həmin evin hazırda real bazar qiymətinin 60.000 manat civarında olduğunu əsas tutub, həmin məbləği əldən çıxmış fayda kimi tələb etdiyini qeyd etmişdir.

34. Hazırki işdən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha həyatyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə 27000 manat məbləğində pulun sərf edilməsi qiymətləndiricinin rəyi, eləcə də cavabdehin qətnamənin iddiaçının xeyrinə 27.000 manatın tutulması hissəsi ilə razılaşaraq, ondan kassasiya şikayəti verməməsi ilə təsdiq olunur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə görə tələb olunan əldən çıxmış faydaya görə isə iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir.

35. Bununla yanaşı iş materiallarından göründüyü kimi cavabdeh mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə yanaşı, həmin torpaq sahəsinin üzərində yerləşən, özünə məxsus olmayan iki mərtəbəli, ümumi sahəsi 220,8 kv.metr olan fərdi yaşayış evini də qanuni və müqavilə əsası olmadan X33 faktiki satmaqla iddiaçının hesabına əmlak əldə etməklə əsassız varlanmışdır.

36. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3981/2024 nömrəli qərarında qeyd olunan göstərişlərə müvafiq olaraq, mübahisəli fərdi yaşayış evinin 2023-cü ilin birinci rübündə bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirici təyin etmiş, əldə edilmiş qiymətləndiricinin rəyinə əsasən mübahisələndirilən fərdi yaşayış evinin dəyəri 2023-cü ilin birinci rübündə 37700 manat müəyyən edilmişdir. Mütəxəssis rəyinin nəticə hissəsində texniki səhv olaraq fərdi yaşayış evinin real bazar dəyəri 35400 manat göstərilsə də rəyin əsaslandırıcı hissəsindən göründüyü kimi mütəxəssis fərdi yaşayış evinin real bazar dəyərini 2023-cü ilin birinci rübündə 37700 manat müəyyən etmişdir. İddiaçı tərəfindən 27000 manat xərc çəkilməklə tikilmiş fərdi yaşayış evinin dəyəri 2023-cü ilin birinci rübündə, yəni iddia qaldırılan zaman 37700 manat təşkil etmişdir ki, bununla da iddiaçının əldən çıxmış fayda qismində 10700 (37700-27000=10700) manat məbləğində zərərə məruz qalması, cavabdehin isə iddiaçının hesabına 10700 manat məbləğində əsassız varlanması müəyyən edilir.

37. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-531/2023 nömrəli qətnaməsi 21.600 manat pulun Cavabdeh tutulması hissəsində dəyişdirilməli, cavabdehdən 10700 manat tutulmalıdır.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-531/2023 nömrəli qətnaməsi 21.600 manat əldən çıxmış faydanın Cavabdeh tutulması hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh əldən çıxmış fayda qismində 10700 (on min yeddi yüz) manat alınaraq, İddiaçı verilsin. Mütəxəsis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manatın 100 (yüz) manatı Cavabdeh, 100 (yüz) manatı isə İddiaçı tutularaq Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMCnin hesabına (VÖEN: **********, Hesab AZ: AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC 28 May filialı, Bankın VÖEN-i: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD 200123, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar