Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4000/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 27 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4402,13 manat (dörd min dörd yüz iki) manat 13 (on üç) qəpik əsas, 806 (səkkiz yüz altı) manat 84 (səksən dörd) qəpik faiz borcu, 5 (beş) manat cərimə olmaqla, ümumilikdə 5213 (beş min iki yüz on üç) manat 97 (doxsan yeddi) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4402 (dörd min dörd yüz iki) manat 13 (on üç) qəpik əsas, 806 (səkkiz yüz altı) manat 84 (səksən dörd) qəpik faiz borcu, 66,89 manat cərimə olmaqla, ümumilikdə 5275, 86 manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 27 avqust 2019-cu il müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 münasibətdə iş üzrə icraata xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 27 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23% 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 27 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 iyul 2021-ci ilədək Cavabdeh1 banka 27 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4402,13 manat əsas borc, 806.84 manat faiz borcu və 66.89 manat cərimə borcu olmaqla, ümumilikdə 5275.86 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyün qaçırır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini heç bir dəlil gətirmədən, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(060)-6817/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 27 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4402,13 manat (dörd min dörd yüz iki) manat 13 (on üç) qəpik əsas, 806 (səkkiz yüz altı) manat 84 (səksən dörd) qəpik faiz borcu, 5 (beş) manat cərimə olmaqla, ümumilikdə 5213 (beş min iki yüz on üç) manat 97 (doxsan yeddi) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il qətnaməsinin surəti 18 oktyabr 2021-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 15 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(060)-6817/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-4000/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4000/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver