Məhkəmə qərarları › İş №2(105)-402/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-402/2024

29.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-402/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əkbərova Sevı̇ nc Məmməd qızının cavabdeh Cavadov Sabı̇ r Ağacavad oğluna qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X15 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cvabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Əkbərova Sevı̇ nc Məmməd qızının cavabdeh Cavadov Sabı̇ r Ağacavad oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-4808/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanskması üçün iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan beş övladları xx.xx.1997-ci il təvəllüdlü X16, xx.xx.2001-ci il təvəllüdlü X11, xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X17 olmuşdur. xx.xx.1997-ci il təvəllüdlü X16, xx.xx.2001-ci il təvəllüdlü X11 və xx.xx.2004-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatıblar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1987/2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan uşaqların iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5317/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi üç uşağa görə 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçıya verilməsi qət edilmişdir. Qeyd edildiyi kimi xx.xx.2004-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatıb. Hazırda iddiaçı iki uşağa görə 200 manat məbləğində aliment alır. Həmin məbləğdə alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxıanılmaları üçün iddiaçıya verilməlidir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində iki uşaq üçün 200 manat məbləğində aliment almasını, həmin məbləğdə alimentlə uşaqları saxlamaqda çətinlik çəkdiyini, uşaqların normal qida rasionuna uyğun şəkildə qidalanmasının nəzərə alınmasını, alimentin miqdarının artırılaraq, hər bir uşağa 220 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Lakin iddiaçı 9 və 7 yaşında olan iki uşağı 200 manat alimentlə saxlamaqda niyə çətinlik çəkdiyinin və həmin məbləğin onların qida rasionuna kifayət etmədiyinin səbəblərini bildirməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda, alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Cavabdehlə birgə yaşayış dövründə 5 uşaqları anadan olmuş, ailə vəziyyətində dəyişiklik olmamışdır. Maddi vəziyyətində də dəyişiklik olmamışdır. Əvvəlki kimi 500 manat gəliri var və onun 200 manatını, təxminən 40% miqdarını aliment ödəyir. Göründüyü kimi iddiaçı maddi vəziyyətində dəyişiklik baş verməsini, yəni qazancının artmasını sübut etməmişdir. xx.xx.1997-ci il təvəllüdlü qızı Mələk Cavadova 2021-ci ildə ailə qurub həyat yoldaşı ilə Ceyranbatan qəsəbəsində yaşayır. xx.xx.2001-ci il təvəllüdlü oğlu Mühəmməd Cavadov 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, 2021-i ilin iyun ayında müddətli həqiqi hərbi xidmətdən qayıtmışdır. xx.xx.2004-cü il təvəllüdlü qızı Fatimə 2022-ci ildə Hacı Zeynalabdin qəsəbəsində yerləşən 40 saylı tam orta məktəbi bitirmişdir. Oğlu Məhəmməd və qızı Fatimə onunla yaşayır, onların ehtiyaclarını, bir otaqlı mənzilin kirayəsi və kommunal xərcləri o, ödəyir və hər ay iki uşağının saxlanılması üçün iddiaçıya 200 manat aliment verir. Yaşadığı müddətdə iddiaçı evdə hər üç qızı ilə kobud rəftar etmiş, söyüb təhqir etməklə yanaşı mütəmadi olaraq onları döyərək işgəncələr vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-863/2022 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X12 xx.xx.2022-ci il tarixdə təxminən saat 23:10 radələrində X4 qolundan 2-3 dəfə vurmuş və daha sonra dırnağı ilə hər iki əlinin üst nahiyyəsindən sıxaraq ona ağrı vermiş, onun haqqnda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, zərərçəkənlə barışdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzbati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.9-cu maddəsinə əsasən xitam verilmişdir. Mənzilə kamera qoyduqdan sonra 2022-ci ilin iyun ayının 27-də ona demədən cavabdeh İddiaçı Cavadova iki azyaşlı qızını Rüqəyyə və Rübabı götürüb evdən çıxıb getmişdir. Bir müddət sonra onun qonşu binada kirayə götürdüyü mənzildə yaşaması məlum olmuşdur. Həmin gündən uşaqları onunla və bacıları Fatimə ilə görüşməyə imkan vermir. Yaxınlaşacağı təqdirdə polislə hədələyir və həmin orqana şikayət edəcəyini bildirir. Bundan başqa o, bir ər kimi onu saymamış, ona bildirmədən və razılığını almadan "xxxx" Şirkətinindən məhsullar alıb onun alqı-satqısı ilə məşğul olması nəticəsində yaxşı qazanc əldə edir. Gəliri artıq mənzilin kirayə və kommunal xərclərini və digər ehtiyaclarının ödəməsinə güvən verdiyi üçün mənzili tərk etmişdir. Lakin işləyib yaxşı gəlirə malik olmasını iddia ərizəsində göstərməmişdir. Ailə münasibətlərinin pozulması səbəblərindən biri də ailədə dürüst olmamasıdır. Göründüyü kimi, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün hər bir uşaq üçün müəyyən edilmiş 220 manat məbləğlə təmin etmək əmək qabiliyyəli və işləyən hər iki valideynin borcudur. İddia ərizəsi əsassız verildiyi üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Şahid qismində dindirilmiş X14 öz ifadəsində göstərmişdir ki, anası İddiaçı nikah pozulmamışdan əvvəl də, hazırda da “Oriflame” şirkətində işləyir. Daha sonra “Herbalife” şirkəti ilə də işləməyə başlamışdır. Kuryerdən malların götürülməsi zamanı şəkil və videoları o, çəkmişdir. Səbəbi isə bundan ibarət olmuşdur ki, proses gedişatıdır və işləməsi bu şəkildə sübuta yetirilə bilər. İddiaçı bir ana olaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki o, övladlarını döyərək incitmişdir.

6. Mingəçevir VVAQ şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş XİX-JQ № 309939 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 16 may 1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X5r.

7. Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ № 143811 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 dekabr 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X5r.

8. Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ № 571207 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 18 dekabr 2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X5r.

9. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ № 281270 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 26 fevral 2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X5r.

10. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 704758 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 27 yanvar 2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X5r.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia qismən təmin edilmiş, 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin Cavabdeh tutularaq X6 verilməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, qətnamə dərhal icra edilməsi qət edilmişdir.

12. 03.06.2023-cü il tarixli,MŞS/MT030/2023-01030 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

13. «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh yığıcı, saatlar vəzifəsində çalışır və aylıq maaşı isə 250 manatdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

14. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)- 4808/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 46,4 (qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 76.2, 29.1, 29.2, 56.1 və 112.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsi, həmin maddənin 2-ci hissəsi, 17-ci maddəsinin 2-ci hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 4.6, 14.2, 76.1, 76.2, 217.4, 217.3, 107, 112.1.3, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

16. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)- 4808/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, 320 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumum 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunub. O, iddia tələbində hər uşağa görə 220 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələbinə əsasən 220 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hesab edir ki, məhkəmə iddia tələbini qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Həmçinin məhkəmə “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinin də tələbini pozmuşdur. Belə ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyə ndə uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Lakin məhkəmə qəbul etdiyi qətnamədə uşaqların mənafelərini üstün tutmamışdır. Ona görə də hesab edir ki, qətnamə dəyişdirilməli və ərizənin tam təmin olunması barədə qətnamə çıxarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

19. İddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

20. Cavabeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

23. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

24. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

25. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

26. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

29. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikah münasibətlərindən beş uşaqları anadan olmuş, onlardan üçü yetkinlik yaşlarına çatmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsinə əsasən, 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014- cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, yetkinlik yaşına çatmayan hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutulmasını tələb edir.

31. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

32. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda uşaqların saxlanılmaları üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmalarına kifayət etməməsi ilə bağlı iddiaçının izahatını, cavabdehin izahatını, birgə nikahdan olan iki övladlarının cavabdehin yanında olmalarını, tərəflərin iş yerlərini və əmək haqlarını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması məqsədəmüvafiqdir.

33. Məhkəmə qeyd etmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır. İddiaçı tərəf hər ay sabit pul məbləğində 440 manat miqdarında alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

34. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.

35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

37. Göründüyü kim apellyatorun şikayətinin əsas dəlili uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ ilə bağlı olmaqla iddianın tam təmin edilməsi mübahisələndirilmişdir.

38. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

40. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

41. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

42. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.

43. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, cavabdehin qazancını və ailə vəziyyətini, cavabdehin əmlak vəziyyətində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, ötən müddət ərzində yaxşılığa doğru dəyişiklik olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin müəyyən olunmuş hissədə dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(060)-4808/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar