Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-403/2022 17.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə, Cavabdeh: X6, Cavabdehin vəkili: Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 4161 manat borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza xərcinin 30,76 manatının iddiaçı "xxxx" MMC-dən və ekspertiza xərcinin qalan 30,76 manatının isə cavabdeh X1 tutularaq dövlət nəfinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim G.K.İmanova) Zəngilan Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(034)-14/2020 saylı qətnaməsində səhvən göstərilmiş «29 sentyabr 2020-ci il» «02 oktyabr 2020-ci il» kimi oxunması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı “borc tələbinə dair”ərizə ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda Zəngilan rayonu, Rəzdərə kəndində qeydiyyatda olan borclu R.Ş.Cəfərquliyev tərəfindən bağlanmış borc müqaviləsinin icrasının təmin edilməsi və 298.038 manat borcun borclu R.Ş.Cəfərquliyevdən alınaraq "xxxx" MMC-yə qaytarılması haqqında məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh R.Ş.Cəfərquliyevdən 303.948,0 (üç yüz üç min doqquz yuz qırx səkkiz) manat borcun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olan Cavabdeh ilə müəssisənin məhsullarının satışından əldə edib müəssisəyə ödəmədiyi borcu ilə bağlı Azərbaycan Respublikası MMnin 882-ci maddəsinə əsasən 25 oktyabr 2014-cü ildə mövcud borcun etirafı haqqında Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda qarşılıqlı razılıq əsasında müqavilə bağlamışlar. Müqavilənin 1-ci və 2-ci bəndində göstərildiyi kimi “İkinci tərəf’adlanan “Birinci tərəfdən -"xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cu illər ərzində satışından əldə etdiyi və “Birinci tərəfə ödəmədiyi, ümumi dəyəri 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat olan borcunun olduğunu etiraf etmişdir. “İknci tərəf’ “Birinci tərəfə -"xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cü illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat məbləğində olan borcunu 30 oktyabr 2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olan R.Ş.Cəfərquliyev ilə müəssisənin məhsullarının satışından əldə edib müəssisəyə ödəmədiyi borcu ilə bağlı Azərbaycan Respublikası MM-nin 882-ci maddəsinə əsasən 12 noyabr 2014-cü ildə mövcud borcun etirafı haqqında Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda qarşılıqlı razılıq əsasında müqavilə bağlamışlar. Müqavilənin 1-ci və 2-ci bəndində göstərildiyi kimi “İkinci tərəf’ adlanan mal bələdçisi R.Ş.Cəfərquliyev “Birinci tərəfdən-"xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cü illər ərzindən müqavilənin bağlandığı tarixədək olan dövr ərzində satışından əldə etdiyi və “Birinci tərəfə, "xxxx" MMC-yə ödəmədiyi, ümumi dəyəri 298038 (iki yüz doxsan səkkiz min otuz səkkiz ) manat olan borcunu 30 oktyabr 2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürsə də, lakin borcunu hər dəfə yalanlar danışaraq pulu ödəməkdən yayındığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası MPM-nin 275-ci maddəsinə əsasən 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat olan borcun tutularaq "xxxx" MMCyə ödənilməsi barədə 07 noyabr 2014-cu ildə məhkəmə əmri verilmişdir. 2019-cu ilə kimi borcu ödəməkdən yayınaraq R.Ş.Cəfərquliyev məhkəmə əmrinə etiraz vermişdir. Müqavilə bağlandıqdan sonra bir müddət R.Ş.Cəfərquliyev yenə də onları inandıraraq işləməkdə davam etmişdir. Çünki evinin sənədlərini təqdim edərək satıb pulları ödəyəcəyini bildirmişdir. Hazırda onun müəssisəyə 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat deyil 303.948,0 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manat borcu qalmışdır. Bu faktı hələ müəssisədə hesabatda iştirak edən R.Ş.Cəfərquliyevin atası X2 18 oktyabr 2014-cü il tarixində oğlunun "xxxx" MMC-yə 305.000 (üç yüz beş min) manat borcu olduğunu məhkəməyə təqdim olunmuş onun öz izahatında da təsdiq etmişdir. Lakin cüzi ödəniş aparıldığından bu borc 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat deyil 303.948,0 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manata düşmüşdür. Bu borcu R.Ş.Cəfərquliyev “Ovçular ət və ət Məhsulları» MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı 01 yanvar 2014-cü il tarixində tərtib olunmuş üzləşdirmə aktında 23 oktyabr 2014-cu il tarixində öz imzası ilə təsdiq etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi İ.X.Həsənov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə heç bir sənəd və sübuta istinad etmədən cavabdehin bütün sözlərini sübut kimi qəbul etməklə qətnaməni əsaslandırmaga çalışmaq istərkən hətta 25 oktyabr 2014-cü il tarixində 38 saylı notariat kontorunda borc müqaviləsi bağlanmasına da şübhə ilə yanaşarmışdır. Məhkəmə tərəfindən şahid ifadələrinə düzgün qiymət verilməmişdir. Tədqiqata təqdim olunmuş R.Ş.Cəfərquliyevin iddiaçı ilə onun arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı 01 yanvar 2014-cü il tarixli 01 oktyabr 2013-cü il tarixli üzləşmə aktlarının üzərlərində möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə düzgün qiymət verməmişdir. Zəngilan Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(034)-14/2020 saylı qətnaməsinin tam qanunsuz və ədalətsiz olduğundan ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh R.Ş.Cəfərquliyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya maddi ziyanın vurulmasının tam sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi İ.X.Həsənovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, cavabdeh R.Ş.Cəfərquliyev "xxxx" MMC-də mal bələdçisi kimi iddiaçının istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olmuş, həmin məhsullarının satışından əldə edilmiş gəlirləri müəssisəyə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən ət məhsullarının satışından əldə edilmiş gəlir müəssisəyə ödənilmədiyindən onun 303943,0 manat borcu yarandığını və bu borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 25.10.2014-cü il tarixli müqavilənin surətinə əsasən "xxxx" MMC-nin istehsal etdiyi müxtəlif çeşitli ət və ət məhsullarının 2013-cü-2014-cü illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298038 manat məbləğində olan borcunu, R.Cəfərquliyev 30.10.2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürür. İş materiallarında olan 01.01.2014-cü il tarixli üzləşmə aktının surətindən məlum olur ki, cavabdeh R.Ş.Cəfərquliyevə 2013 və 2014-cü illərdə "xxxx" MMC-dən mal götürmüş və ay ərzində həmin malların ödənişin edərək cəmiyyətə cəmi 303943,0 manat borcu qalmışdır. İşdə olan 2013-2014-cü il tarixli qaimə fakturalarından məlum olur ki, cavabdeh R.Ş.Cəfərquliyev 2013 və 2014-cü illərdə "xxxx" MMC-yə hər ay götürdüyü mallar üçün ödənişlər etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2019-cu il tarixli 27334 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh "xxxx" MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı yanvar 2014-cü il tarixli və 01.10.2013-cü il tarixli üzləşmə aktların üzərindəki möhur əksləri mətbə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişed sənədlərinin üzərinə bir başa vurulmuşdurlar.Tədqiqata təqdim edilmiş X3 "xxxx" MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı yanvar 2014-cü il tarixli 03 vərəqələrdən ibarət üzləşmə aktlarının üzərlərində olan “Azərbaycan Respublikası MMC” İddiaçı məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş X3 "xxxx" MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı 01.01.2014-cü il tarixli və 01.10.2013-cü il tarixli üzləşmə aktlarının üzərlərində möhür əksləri öz aralarında eynilik təşkil etmirlər. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 27335 saylı 06 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, ekspertizalarının keçirilməsi üçün 01 yanvar 2014-cü il tarixli üzləşdirmə aktının əslinin təqdim olunması barədə vəsatət verilmiş, lakin vəsatət bir ay müddətində təmin olunmadığından məhkəmə-xəttşunaslıq, sənədlərin texniki ekspertizası və məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi haqqında 19 avqust 2019-cu il tarixli qərardadın məhkəmə xəttşünaslığa dair hissəsi icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uygun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kagızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə zamanı və iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh R.Ş.Cəfərquliyev "xxxx" MMC-də mal bələdçisi kimi iddiaçının istehsal etdiyi müxtəlif çeşidli ət və məhsulların satışı ilə məşğul olaraq həmin məhsulların satışından əldə edilmiş gəlirləri müəssisəyə ödəmədiyindən onun iddiaçıya 303.943.0 manat borcu yaranmış və bu borc iddiaçı tərəfindən təqdim edilmiş 01 yanvar 2014-cü il tarixli üzləşmə aktının surətində öz əksini tapsa da, cavabdeh iddiaçı tərəfindən həmin borcla bağlı təqdim edilmiş mübahisəli üzləşdirmə aktının həm məhkəmə iclasında verdiyi izahatında onun saxta olmasını bildirərək, iddiaçıya olan borcunu ödəyərək, cəmi 4161,80 manat məbləğində borcu qalmasını etiraf etmiş və bunun sübutu kimi ona 2013-2014-cü illərdə cəmiyyətdə mühasib işləmiş D.D.Kazımova tərəfindən tərtib edilərək verilmiş 01 oktyabr 2013-cü il tarixli üzləşmə aktının əslini və surətini təqdim etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Z.V.Əhmədova bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 01 oktyabr 2013-cü il tarixli üxləşmə aktındakı yazı nümunələrinin "xxxx" MMC-də mühasib işləyən D.D.Kazımovaya aid oldugunu bildirmişdir. İddiaçı tərəfindən borcla bağlı 01 yanvar 2014-cı il tarixli üzləşmə aktının əsli məhkəməyə təqdim olunmamış və iddiaçı onlar tərəfindən cavabdehə verilmiş 01 yanvar 2013-cü il tarixli üzləşmə aktının saxta olması ilə baglı hər hansı bir sübat məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçı "xxxx" MMC ilə cavabdeh R.Ş.Cəfərquliyev arasında 25 oktyabr 2014-cü il tarixdə bağlanmış Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddəsinə əsasən mövcud borcun etirafı haqqında» müqaviləsiilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış həmin müqaviləyə dair öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair əsas sənədləri, yəni qaimə fakturaları, 01 yanvar 2014-cü il tarixində tərtib olunmuş üzləşdirmə aktının əslini təqdim edə bilməmişdir və onun notariat qaydada təstiqlənməsini qeyd etmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim olunmuş 01 oktyabr 2013-cü il tarixli üzləşdirmə akt ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələrinin təkzib olunması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdeh tərəfindən təqdim olunmuş 01 oktyabr 2013-cü il tarixli üzləşdirmə aktının saxta olduğunu bildirmişdir. Lakin sənədlərin əsli təqdim edilmədiyi üçün həmin aktın saxta olması sübuta yetməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası MPMnin 97.5-ci maddəsini rəhbər tutaraq, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı oldugu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X8 apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə 02 oktyabr 2020-ci il tarixli 2(034)-14/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-403/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-403/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver