Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4064/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin və evin boşaldılması tələbinə dair iddia qismən təmin edilib, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli sm4793 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 22 noyabr 2013-cü il tarixli sm4793 saylı kredit müqaviləsinə əsasən 79256,17 manat əsas borc, 24526,66 manat faiz borcu, 2000 manat cərimə borcu, cəmi 105782,83 manat (yüz beş min yeddi yüz səksən iki manat səksən üç qəpik) məbləğində kredit borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borcun ödənilməsi üçün tutma tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu Ceyranbatan qəsəbəsi N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzilinə və tam mülkiyyət hüququ ilə X2 məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu Ceyranbatan qəsəbəsi N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzili 87200 manat, Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evi 72500 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan 105872,83 manat borcunun ödənilməsi, fərdi yaşayış evi və mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Abşeron rayonu Ceyranbatan qəsəbəsi N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzilindən, cavabdehlər X3 və Cavabdeh2 isə X2 məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evi və mənzilin boşaldılaraq iddiaçı banka təhvil verilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin 25 manat hissəsi Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 80 manat pulun Cavabdeh1 tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikası MPM-nin 361.1 -ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin və evin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-4064/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4064/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver