Məhkəmə qərarları › İş №2(105)-4067/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4067/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4067/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdehin nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın qismən təmin edilməsi, 483,82 ABŞ dolları əsas borc, 110 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72,45 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 40 ABŞ dolları cərimə olmaqla, cəmi 706 (yeddi yüz altı) ABŞ dolları 27 (iyirmi yeddi) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) və ödənilmiş 15 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 avqust 2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialı Cavabdeh1 24 ay müddətinə illik 28% olmaqla 1243 ABŞ dolları məbləgində kredit vermişdir. Bankla Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən cavabdehlər bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərində götürmüşdür. Lakin Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun banka borcu yoxdur, qeyd edilən kredit üzrə ödənişlər mebel alınması məqsədi ilə rəsmiləşdirilmiş və kredit üzrə bütün ödənişlər həyata keçirilmişdir. Ümumilikdə 3 ədəd kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi üzrə 65% ödəmələr olmuşdur. Məhkəmə faktiki olaraq qrafik əsasında ödəmələri tərəfindən həyata keçirilməsinə baxmayaraq özünün təxmini hesablanması əsasında qənaətə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli ləğv etməklə iddia müddətini tətbiq edərək ləğv prosesində olan İddiaçı ASC-nin ona qarşı kredit borcunun tələbinə dair iddiasının rədd barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi P.Cavabdeh1 apellyasiya şikayətinin mümkün hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin nümayəndəsinin izahatını dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 483,82 ABŞ dolları əsas borc, 110 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72,45 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 40 ABŞ dolları cərimə olmaqla, cəmi 706 (yeddi yüz altı) ABŞ dolları 27 (iyirmi yeddi) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) və ödənilmiş 15 manat dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il qətnaməsinin surəti 09 mart 2021-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 26 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh P.Ağababayev məhkəməyə dövlət rüsumu ödədikdə Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına deyil, məhkəmələr hesabına ödəmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4 və 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50% miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təstiq edən sübutlar əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun («Avtomobil Yolları» X9 mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25% həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-344/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar