Məhkəmə qərarları › İş №2(105)-407/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-407/2021

18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-407/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X4, cavabdeh “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin direktoru və Cavabdeh5 Yunis oğlunun, Cavabdeh4, onların nümayəndəsi və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlunun, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nümayəndəsi X5 iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsindən Cavabdeh5 Yusif oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sevinc Quliyeva) İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh4 və Cavabdeh5 Yunis oğluna qarşı zərərin əvəzinin ödənilməsi, torpaq sahəsinin sahibliyinə və istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, İddiaçı Yusif qızının mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsinin cavabdehlər “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200000 manat, xx xxxxxx 2015-ci il tarixdə verilmiş 500000 manat olmaqla, cəmi ******* manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd edilməsi qət edilmiş, cavabdehlər Cavabdeh5 Yunis oğlu və Cavabdeh4 qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada 500000 manat pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4676/2019 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh5 Yunis oğlu və vəkilləri Zülfüqarov Rüstəm Məhəmməd oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsindən kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020ci il tarixli qərarı ilə həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(102)-3603/2020 nömrəli qərardadı cavabdeh “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin kassasiya şikayətinin icraata qəbulu hissəsində ləğv edilmiş, cavabdeh “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-3603/2019 nömrəli qərarı ilə Cavabdeh5 Yusif oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh5 Yusif oğluna münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-3022/2020 nömrəli qərardadı ilə cavabdeh “SV Group” məhdud məsuliyyətli cəmiyyətinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1ndən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən, “SV-Qrup” məhdud məsuliyyətli cəmiyyətindən, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada ******* AZN vurduqları zərərin əvəzinin, 200000 AZN pozulmuş hüquqla əlaqədar əldə edəcəyi gəlirin əvəzinin, 100000 AZN mənəvi ziyanın əvəzinin, ümumilikdə onun xeyrinə ******* AZN tutulması və mülkiyyətində olan, Abşeron rayonu, Qobu qəsəbəsindəki torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək ilkin vəziyyətinə qaytarılması, mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsinin cavabdehlər “SV-Qrup” məhdud məsuliyyətli cəmiyyətinin, Cavabdeh4, Cavabdeh5 Yusif oğlunun qeyri-qanuni sahibliyindən və istifadəsindən geri alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən ümumilikdə ******* AZN tutulması və mülkiyyətində olan, Abşeron rayonu, Qobu qəsəbəsindəki torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsində xüsusi mülkiyyətində 5,975 ha torpaq sahəsi sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə dair onun adına xx.xx.2013-cü il tarixdə RX seriyalı, ******* saylı çıxarış və bunun əsasında plan-sxem verilmişdir. Çıxarışda torpağın kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü-kənd təsərrüfatı məhsullarının istehsalı qeyd edilmişdir. Cavabdeh1 başçısının xx.xx.2013-cü il tarixli, 420 saylı sərəncamı ilə müraciəti nəzərə alınaraq, Qobu qəsəbəsi ərazisində mülkiyyətində olan 5,975 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında anbar və ofis binasının tikintisinə icazə verilmişdir. Tikiləcək anbar və ofis binasının layihə-smeta sənədləri tam tərkibdə qeydiyyata alınması üçün memarlıq və tikinti şöbəsinə təqdim edilmiş və xx.xx.2013-cü il tarixdə eskiz layihəsi ona verilmişdir. Eskiz layihəsinə əsasən həmin ərazidə anbar binası, ofis binası, yeməkxana binası, transformator binası, işçilər üçün sanitar qovşağı, təhlükəsizlik binası və DEPO inşa olunmasına razılıq verilmişdir. Sərəncamın və eskiz layihəsinin alınmasında həyat yoldaşının tanıdığı və “SV- QRUP” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi Cavabdeh4 Əlisəfa oğlu iştirak etmişdir. “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi Cavabdeh4 Əlisəfa oğlu Cavabdeh1 sərəncamının, eskiz layihəsinin və torpağa mülkiyyəti təsdiq edən çıxarışın surətlərini tanış olmaq üçün ondan alaraq, tikinti işlərinin ona tapşırılmasını xahiş etmiş, layihə-smeta üzrə tikintinin tam, hərtərəfli və keyfiyyətlə aparılmasını öz öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh4 Əlisəfa oğlu bildirmişdir ki, tikinti işlərini aparmağa xüsusi icazəsi var, qısa müddətdə podrat müqaviləsini ona təqdim edəcək və bir il müddətində inşa işlərini yekunlaşdıracaqdır. Layihə sənədlərini nəzərdən keçirərək Cavabdeh4 əvvəl onlara bildirmişdir ki, tikinti işlərinə 200000 manat pul xərclənəcəkdir. Sonradan isə Cavabdeh4 bəyan etmişdir ki, tikintini başa çatdırmaq üçün ona 644000 manat pul lazımdır. O, həyat yoldaşının iştirakı ilə 2013-cü ilin iyun ayında Cavabdeh4 644000 manat pul vermişdir. Cavabdeh4 inşaat içlərinin gedişatı barədə vaxtaşırı ona və həyat yoldaşına məlumat verirdi. Cavabdeh4 podrat müqaviləsini istədikdə yaxın vaxtlarda tikintiyə xərclənən yekun məbləği müəyyənləşdirib müqaviləni təqdim edəcəyini bildirirdi. Bir müddət sonra Cavabdeh4 bildirmişdir ki, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin digər təsisçisi və onun şəriki-İdarə Heyətinin sədri Cavabdeh5 da tikinti işlərini onunla bərabər aparır. Cavabdeh5 da bunu təsdiq etmişdir. 2014-cü ilin aprel ayında Cavabdeh4 ona müraciət edərək tikinti işlərinin tam yekunlaşdırılması üçün əlavə olaraq 200000 manat pul lazım olduğunu bildirmiş və demişdir ki, həmin məbləği borc götürüb tikintiyə xərcləmişdir, indi borcu qaytarmaq lazımdır. O, məcburiyyət qarşısında qalaraq həyat yoldaşının iştirakı ilə Cavabdeh4 200000 manat vermiş və podrat müqaviləsini tələb etmişdir. Sonradan o, başa düşmüşdür ki, podrat müqaviləsini imzalamamaqda bu şəxslərin məqsədi vergidən yayınmaq olmuşdur. O, 2015-ci ilin əvvəllərində tikinti inşa olunan yerə getmişdir. İnşaatın əvvəlində tikintinin özülü qoyulduğu üçün nə inşa olunacağını bilmək mümkün olmamışdır. Lakin 2015-ci ilin əvvəlində əraziyə baxış keçirən zaman eskiz layihəyə uyğun olaraq ofis və anbarlar deyil, Cavabdeh4 dediyinə görə polistirolbeton istehsal edən zavod tikmişlər. O, dərhal öz etirazını bildirmiş və bu barədə həyat yoldaşına məlumat vermişdir. Cavabdeh4 onlara narahatçılığa əsas olmadığını, həmin əraziyə Cavabdeh1ndən yeni sərəncam və polistirolbeton istehsal edən zavod üçün yeni eskiz layihə alacağını bildirmişdir. O, dəfələrlə Cavabdeh4 və Sərvər Məmmədova həmin zavodun qanunsuz inşa olunduğunu bildirmiş, hətta izah etmişdir ki, Cavabdeh1 başçısının xx.xx.2013-cü il tarixli, 420 saylı sərəncamının 2-ci bəndində tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra eskiz-layihə və smeta sənədlərinin İHB yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi göstərilmiş və həmin sərəncamın 4-cü bəndinə əsasən sərəncamın şərtləri pozularsa, müvafiq sərəncam öz qüvvəsini itirmiş hesab olunur. Ona görə də Cavabdeh1 müvafiq komissiyasına eskiz-layihə və smeta sənədlərini təqdim edə bilməyəcəklər və nəticədə ona verilən sərəncam öz qüvvəsini itirəcəkdir. Cavabdeh4 və Cavabdeh5 isə hər dəfə tikintinin qanuniləşdirilməsi üçün yeni sərəncam və layihə-smeta sənədləri alacaqlarına söz verirdilər. Bir müddət keçdikdən sonra Cavabdeh4 və Cavabdeh5 həmin zavodda qanunsuz olaraq polistirolbeton istehsalına başladıqlarını və zavoda işçilər cəlb etdiklərini bilmişdir. Sonradan Cavabdeh4 və Cavabdeh5 qanunsuz polistirolbeton istehsalında çalışan işçilərin əmək haqlarını da ondan tələb edirdilər. Məhkəməyə təqdim edilmiş sənədlər sübut edir ki, istehsal edilmiş polistirolbeton məmulatlarını Cavabdeh4 və Cavabdeh5 məhz “SV- QRUP” məhdud məsuliyyətli cəmiyyətinin adından satmışlar. O, zavodun qanunsuz fəaliyyətinin dayandırılmasını tələb etsə də, Cavabdeh4 və Cavabdeh5 bunun əvəzinə onu və həyat yoldaşını narahat etməyə başlamış və bildirmişlər ki, aidiyyatı orqanlara müraciət edəcəklər ki, güya həmin zavodun tikilməsinin təşəbbüskarı onlar olmuşlar. Həmçinin Cavabdeh4 və Cavabdeh5 tikintiyə əlavə xərclənən pulun bir hissəsini bankdan kredit şəklində götürdüklərini deyərək, həmin borcun özünü və faizini onların ödəməsini tələb etmişlər. Onun reaksiyasını və istehsal edilən polistirolbetonun satışının mümkün olmadığını görərək Cavabdeh4 və Cavabdeh5 torpaq sahəsinin onun mülkiyyətində olduğu üçün zavodu onun üstünə atmaq niyyəti ilə heç bir sənəd olmadan zavodu qəbul etməyi tələb etmişlər. xx.xx.2015-ci il tarixdə həyat yoldaşı bu məsələyə aydınlıq gətirilməsini tələb etdikdə, Cavabdeh4 və Cavabdeh5 ona psixi və fiziki güc tətbiq edərək, hədə-qorxu gələrək (ailə üzvlərini məhv edəcəkləri ilə hədələmiş) ondan 500000 manat alaraq “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin qəbzini vermişlər. Bundan sonra da Cavabdeh4 və Cavabdeh5 ondan qanunsuz olaraq natamam tikilmiş zavod üçün 700000 manat tələb etməkdə davam edirdilər. xx.xx.2015-ci il tarixdə həyat yoldaşından qanunsuz olaraq pul alan zaman Cavabdeh4 və Cavabdeh5 qanunsuz inşa etdikləri zavodun sənədlərini həyat yoldaşına vermişdilər. Bu sənədlərlə tanış olduqda o, başa düşmüşdür ki, bu adamlar bütün sənədləri öz adlarına saxtalaşdırmış, onun sifarişini yerinə yetirmək əvəzinə, torpağı zəbt edərək, orada özləri üçün zavod tikməyə çalışmışlar. Bu işin alınmadığını gördükdə isə şantaj yolu ilə onlardan külli miqdarda pul alaraq, qanunsuz inşa edilmiş zavodla bağlı bütün məsuliyyətləri onların üzərinə qoymağa çalışmışlar. Həmin sənədləri nəzərdən keçirərək əmin olmuşdur ki, Cavabdeh4 və Cavabdeh5 onu aldadaraq, ümumlilikdə 1.344.000 manat pulunu alaraq, ona məxsus ərazidə eskiz layihəyə uyğun olaraq ofis və anbar binaları inşa etməmiş, əksinə, etibarından sui-istifadə edərək öz maraqlarını güdərək tam izolyasiyalı polistirolbeton məmulatları zavodunu tikmişlər. xx xxxxx 2012-ci il tarixli, 022710 saylı eskiz layihəsinə əsasən ərazidə ölçüləri 47,9 m x 23.8 m olan 1 mərtəbəli anbar binası, ölçüləri 13.6 m x 7.6 m olan 1 mərtəbəli yeməkxana binası, transformator binası və DEPO inşa olunmalı idi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2013-cü il tarixli, 15/2585 saylı rəyinə əsasən İddiaçı layihə tapşırığı əsasında ərazidə nəzərdə tutulmuş tikinti işlərinin layihə sənədləri “xxxx” MMC tərəfindən hazırlanmış və Abşeron rayon İH Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır, təqdim olunmuş layihə sənədlərinə əsasən ərazidə planda ölçüləri 11.6 m x 14.6 m olan 2 mərtəbəli ofis binası, planda ölçüləri 47.9 m x 23.8 m olan 1 mərtəbəli anbar binası, planda ölçüləri 13.6 m x 7.6 m olan 1 mərtəbəli yeməkxana binası, transformator binası, təhlükəsizlik binası və DEPO inşa olunacaq, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaqdır. Xüsusi ilə vurğulanmışdır ki, obyektin gələcəkdə ofis və anbar binası məqsədilə istifadə olunması nəzərdə tutulmuşdur. Həmin məktub (rəy) ona və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və X12 göndərilməsinə baxmayaraq, ünvanına çatdırılmamış və bu rəydən onun xəbəri olmamışdır. Sonradan onun xəbəri olmadan “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin direktoru adından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xx.xx.2013-cü il tarixdə müraciət olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyinə ünvanladığı xx.xx.2013-cü il tarixli, 15/3422 saylı məktubunda (rəyində) göstərir ki, istehsalat fəaliyyətinin təşkili məqsədilə tikinti işləri Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus ərazidə yerinə yetirilmişdir. Tikinti işləri yerinə yetirilmiş torpaq sahəsi xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən "SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən icarəyə götürülmüşdür. Ərazidə inşa olunmuş tikintinin layihə sənədləri “xxxx” MMC tərəfindən hazırlanmış və Cavabdeh1 Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmışdır. Ərazidə istehsalat təyinatlı tikilinin inşa olunmasına Cavabdeh1 başçısının xx.xx.2013-cü il tarixli, 420 saylı sərəncamı ilə icazə verilmişdir. Məktubda həmçinin yuxarıda göstərilən tələblərin ziddinə olaraq qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlərə əsasən ərazidə əsas istehsal sexi və inzibati-məişət sahəsi binaları inşa olunmuşdur, mövcud istehsal sexi sahəsində polistirolbeton məmulatlarının istehsalı məqsədilə zəruri avadanlıqlar quraşdırılacaqdır. Məktubda qeyd olunan xx.xx.2013-cü il tarixli icarə müqaviləsi onunla “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti arasında heç vaxt bağlanmamışdır. Əgər o və "SV-QRUP" məhdud məsuliyyətli cəmiyyəti arasında icarə müqaviləsi mövcud olsaydı, "SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti xx.xx.2013-cü il tarixdən ona icarə haqqı ödəyərdi. Hal-hazıra kimi "SV-QRUP" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ona heç bir ödəniş olunmamışdır. Bundan başqa, Ekspertiza İdarəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 420 saylı sərəncamına və layihə sənədlərinə isitnad etsə də, nəzərə almamışdır ki, sərəncamda və layihə sənədlərində polistirolbeton məmulatlarının istehsalı zavodunun tikilməsi yox, məhz ofis və anbar binalarının tikilməsinə icazə verilmişdir. Dövlət Ekspertiza İdarəsinin xx xxxxxx 2013cü il tarixli, 15/3422 saylı məktubu “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin direktoru S.Eyubova və 4 saylı Ərazi Ekologiya və X12 göndərilsə də, onun ünvanına çatdırılmamışdır. Beləliklə, ondan xəbərsiz “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyi Dövlət Ekspertiza İdarəsindən qanunsuz olaraq polistirolbeton məmulatlarının istehsalı üçün ekoloji razılıq almışdır. xx.xx.2013-cü il tarixdə onun ünvanına 4 saylı Ərazi Ekologiya və X8 547 saylı məktub yazılmış və həmin məktubda qeyd edilmişdir ki, onun torpaq sahəsində anbar və ofis tikintisi razılaşdırılacaqdır. Həmin məktubu da o almamışdır. “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyi onun məlumatı olmadan xx xxxx 2014-cü il tarixdə 09/14 saylı məktubla Azərbaycan Milli Elmlər X1 müraciət edərək istehsal etdikləri “tam izolyasiyalı polistirolbeton” məhsulunun nümunəsini sınaq üçün göndərir. Geologiya institutunun “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin direktoru S.Eyibova ünvanladığı xx.xx.2014-cü il tarixli, 25/12180 saylı məktubunda qeyd edilir ki, “Sizin xx.xx.2014-cü il tarixli, 09/14 saylı məktubunuza cavab olaraq “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim olunmuş “tam izolyasiyalı polistirolbeton" məhsulunun nümunəsi təyin olunmuş radionuklid tərkibini və rəyini Sizə göndəririk”. Məktuba əlavə olunmuş rəydən və 49/14 saylı sınaq protokolundan görünür ki, xx.xx.2014cü il tarixdə istehsal olan məhsulun istehsalçısı “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətidir. Həmçinin onun xəbəri olmadan “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edərək, “tam izolyasiyalı polistirolbeton məmulatları” zavodunun texniki şərtlərinin verilməsini xahiş etmişdir. Komitənin "SV-QRUP" məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2014-cü il tarixli, 11-4/846 saylı məktubunda göstərilir ki, "Sizin xx.xx.2014-cü il tarixli, 02 nömrəli məktubunuzla əlaqədar dövlət qeydiyyatından keçmiş TŞ AZ **********-001-2014 “tam izolyasiyalı polistirolbeton məmulatları”nın texniki şərti Sizə göndərilir”. Texniki şərtin mövcudluğu barədə o, bu yaxınlarda bilmişdir. Eyni zamanda, yenə də onun xəbəri olmadan, “SV-QRUP" məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən istehsalat sahəsinə, onun mülkiyyətində olan torpaq sahəsində xx.xx.2013-cü il tarixli, 02 1370 saylı sertifikat, AZ031 xx.xx.05416.13 saylı və xx.xx.2014-cü il tarixli, В 013117 saylı sertifikat, AZ031 xx.xx.01849.14 saylı uyğunluq sertifikatı almışdır. Hər iki sertifikat “SV- QRUP” məhdud məsuliyyətli cəmiyyətinin adına verilmişdir. “SV-QRUP" məhdud məsuliyyətli cəmiyyətinin Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən istehsalat sahəsinə dair “xxxx” ASC ilə iki dəfə bağladığı sığorta müqavilələrində sığortalı kimi onun adı deyil, məhz “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin adı göstərilmişdir. Sığorta müqavilələrinin bağlandığı barədə ona məlumat verilməmişdir. Qobu qəsəbəsində ona məxsus olan torpaq sahəsində Cavabdeh5 və Cavabdeh4 tərəfindən qeyri-qanuni inşa edilmiş polistirolbeton zavoduna yerləşdirilmiş avadanlıqların gömrük sənədlərini nəzərdən keçirəndən sonra ona bəlli olmuşdur ki, həmin avadanlıq nəinki ona, heç “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə də aid deyildir və onun əmlakı sayıla bilməz. Belə ki, gömrük bəyannamələrindən və logistik sənədlərindən görünür ki, həmin avadanlıqlar “Edem Group” məhdud məsuliyyətli cəmiyyətinin adına daxil olmuşdur. Həmin əmlakın hansı yolla “SV-QRUP" məhdud məsuliyyətli cəmiyyətinə verilməsi sual doğurur. Onun mülkiyyət hüququnun pozulması “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh4 və Cavabdeh5 ilə yanaşı, vəzifəli şəxslər tərəfindən mülki qanunvericiliyin tələblərinin pozulması nəticəsində mümkün olmuşdur. Belə ki, Cavabdeh1 başçısının xx.xx.2013-cü il tarixli, 420 saylı sərəncamının 3-cü bəndində göstərilmişdir ki, sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti Aparatının memarlıq və tikinti şöbəsinə tapşırılır. “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyinin, Cavabdeh4 və Cavabdeh5 ona məxsus ərazidə qanunsuz tikintinin aparılması məhz Cavabdeh1 Aparatının memarlıq və tikinti şöbəsinin nəzarətsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir. Beləliklə, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin, Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1 Aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nəzarətsizliyi, səhlənkarlığı və əsassız şərait yaratmaları nəticədində o, nəinki çəkdiyi xərclərdən, habelə əldə edəcəyi gəlirlərdən, əldən çıxmış faydadan məhrum olmuşdur. Cavabdeh1 sərəncamına və layihə sənədlərinə uyğun olaraq ona məxsus torpaq sahəsində ofis və anbarlar tiksəydilər, onları işlədərək və ya icarəyə verərək mühüm gəlir əldə edərdi. Bundan başqa, Cavabdeh4 və Cavabdeh5 psixi və fiziki zor tədbiq etməklə onun həyat yoldaşından pul almaları onda və ailə üzvlərində böyük mənəvi iztirab və sarsıntı yaratmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh5 Yusif oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə onun iştirakı olmadan baxılmış, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. O, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin direktoru və təsisçisi kimi İddiaçı əvvəllər görməmiş və tanımamışdır. İddiaçı əri X14 Xələfov arasında mübahisə yarandıqdan sonra, 2015-ci ilin noyabr ayında ilk dəfə görmüşdür. İddiaçı və əri ilə qeyd edilən zavodun inşası və sairlə bağlı onun arasında heç bir danışıq və ya razılaşma olmamışdır. Bu məsələlərlə bağlı söhbət və razılaşma olubsa, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin digər təsisçisi Cavabdeh4la olmuşdur və bunun nə ona, nə də “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə aidiyyəti yoxdur. Qeyd edilən hallar Cavabdeh4 iddia ərizəsinə etirazında və qətnamədən Cavabdeh4 verdiyi apellyasiya şikayətində öz əksini tapmışdır. Cavabdeh4 apellyasiya şikayətində göstərir ki, İddiaçı əri Hikmət Xəlilovla onun işgüzar münasibətləri olmuş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki torpaq sahəsində polistirolbeton istehsal edən “AZDEKO PANEL” zavodunun tikintisi və istehsalata hazır vəziyyətdə təhvil verilməsi işi İddiaçı və Hikmət Xəlilovun ona olan çoxsaylı sifarişlərinin bir hissəsi olmuşdur. Cavabdeh4 iddia ərizəsinə etirazında göstərir ki, obyektlərdə işlərin görülməsi ilə bağlı Hikmət Xəlilovla aralarında şifahi razılaşma olsa da, həmin sifarişin icra olunmasına (dizayn, malmaterialların işlənməsi, keyfiyyəti və s.) Hikmət Xəlilovla İddiaçı tərəfindən nəzarət edilməsi elektron yazışmalarla tam təsdiq olunur, zavodun tikintisinə 2013-cü ilin iyun ayında başlanmış, həmin ilin noyabrın sonunadək tam şəkildə təhvil verilmişdir. 2013-cü ildə zavodun mövcudluğu peyk vasitəsi ilə Google Earth-də olan çəkilişlərlə sübut olunur. “Lider media” məhdud məsuliyyətli cəmiyyətinin qrafik dizayneri Nərmin Kərimova tərəfindən zavodun planı işlənərək xx xxxxxxxx 2013-cü il tarixdə Cavabdeh4 elektron poçt ünvanına göndərilmiş, Cavabdeh4 da həmin planı razılaşdırma üçün İddiaçı əri Hikmət Xəlilovun elektron poçt ünvanına forvard edərək göndərmişdir. Zavodda ilk məhsulun istehsalı zamanı da İddiaçı və Hikmət Xəlilov məhsulu bəyənmiş, istehsal edilmiş tam izolyasiyalı polistirolbeton məhsulu ilə bağlı İddiaçı tərəfindən reklam bukletləri üçün mətn və istehsal edilmiş məhsulların şəkilləri Cavabdeh4 elektron poçt ünvanına azərbaycan və ingilis dillərində göndərilmişdir. İddiaçı tərəfindən Cavabdeh4 elektron poçtuna xx xxxxxxx 2013-cü il tarixdə azərbaycan dilində göndərdiyi məktubda “AZDEKO PANEL” zavodunun alman şirkətinin istehsal etdiyi betonun analoqu olan yüngül beton, energiyə qənaətli, A sinif tkililər üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli panellərin istehsalı ilə məşğul olmasından və həmin zavodun iddiaçının mülkiyyətində olan 6 hektar ərazidə yerləşməsindən bəhs edilir. Həmin məktubda (reklam buketində) “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin adına olan istehsal edilmiş məhsula dair uyğunluq sertifikatı da yerləşdirilmişdir. İddiaçının əri Hikmət Xəlilov x xxxxxx 2013-cü il tarixdə Cavabdeh4 elektron ünvanına göndərdiyi məktubda hazır məhsulun şəkillərini bəyənərək “Maşallah” sözü ilə cavablandırmış, eyni zamanda Cavabdeh4 tərəfindən Hikmət Xəlilovun elektron poçt ünvanına xx xxxxx 2014-cü il tarixdə göndərilmiş məktubda istehsal edilmiş məhsulun 1 kv.metrinin maya dəyərinin 12 manat təşkil etməsi və həmin məhsulun maya dəyərinin aşağı salınması ilə bağlı işlər görülməsindən bəhs edilir. İş materialları ilə tam sübuta yetirilir ki, iddiaçı 6 hektara yaxın torpaq sahəsini alan zaman niyyəti həmin torpaq sahəsində anbar və ya ofis binası deyil, polistirolbeton istehsal edən zavod tikmək olmuşdur. İddiaçı və ərinin sifarişi əsasında həmin istehsal sahəsi inşa olunmuş və orada istehsal edilmiş məhsulların satışını daxili və xarici bazarlarda təşkil edə bilmədiklərindən və Cavabdeh4 zavodun tikintisinə və “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə əvvəllər görülmüş işlərə görə yaranmış borclarını verməkdən yayınmaq üçün iddiaçı onları məhkəməyə vermişdir. x xxxxxx 2015-ci il tarixli kassa mədaxil orderi əsasında “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə Hikmət Xəlilov tərəfindən 500000 manat pul ödənilməsinin zavodun inşa olunmasına heç bir aidiyyəti yoxdur. Bu pul Hikmət Xəlilovun sifarişi ilə görülmüş işlərə görə “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə yaranmış borcdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh5 və onun nümayəndəsi Zülfüqarov Rüstəm Məhəmməd oğlu apellyasiya şikayətini müdafiə edərək, iş üzrə məhkəmə qətnaməsininləğv edilib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, Cavabdeh5 apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, x xxxxxx 2015-ci il tarixli kassa mədaxil orderi əsasında “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə Hikmət Xəlilov tərəfindən ödənilmiş 500000 manat pul İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsi sahəsində anbar binası, ofis binası, yeməkxana binası, transformator binası, işçilər üçün sanitar qovşağı, təhlükəsizlik binası və DEPO inşa olunmasına görə ödənilmiş, Hikmət Xəlilovun “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə heç bir borcu olmamışdır. Məhkəmə iclasında cavabdeh “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Cavabdeh5 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh4 və onun nümayəndəsi Zülfüqarov Rüstəm Məhəmməd oğlu məhkəmə iclasında Cavabdeh5 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nümayəndəsi X10 Cavabdeh5 apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını göstərdi. İddiaçı İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Cavabdeh1 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh5 apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi Cavabdeh5 Yusif oğluna münasibətdə təmin olunmuş hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh5 münasibətdə təmin edilməməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi Cavabdeh5 Yusif oğluna münasibətdə təmin olunmuş hissəsində ləğv edildiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 339 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 başçısının xx xxxx 2013-cü il tarixli, 420 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* saylı çıxarışı ilə Qobu qəsəbəsi ərazisində mülkiyyətində olan 5,975 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında anbar və ofis binasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Cavabdeh1 Memarlıq və Tikinti Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2013-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 başçısının 420 saylı, xx xxxx 2013-cü il tarixli sərəncamı ilə Qobu qəsəbəsi ərazisində anbar və ofis binası tikintisi üçün verilmiş icazə sərəncamın icrasına baxış keçirilmiş, araşdırma nəticəsində qeyd edilən sərəncamın şərtlərinin pozulduğu aşkar edilmişdir. Belə ki, sərəncamda tikintinin təyinatı anbar olduğu halda, faktiki olaraq həmin sahədə istehsalat aparıldığı müəyyən edilmişdir. Qeyd edilənlərin nəticəsi olaraq rayon İcra Hakimiyyəti başçısının 420 saylı, xx xxxx 2013-cü il tarixli sərəncamınən 4-cü bəndinə uyğun olaraq müvafiq icazə sənədlərinin öz qüvvəsini itirdiyi bildirilir. On gün müddətində ona məxsus bina və qurğular sərəncamla icazə verilmiş təyinata uyğunlaşdırılmazsa, qanuna müvafiq tədbirlər həyata keçiriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 547 saylı, xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri əsasında ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsinin ərazisində 5,975 ha torpaq sahəsində anbar və ofis tikintisinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ekoloji ekspertiza rəyi alındıqdan sonra başlanılmalıdır. İş materiallarından görünür ki, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin nizamnaməsi xx xxxxxx 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır, cəmiyyətin nizamnamə kapitalında Cavabdeh5 və Cavabdeh4 Əlisəfa oğlunun hər birinin payı 50 faizdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən "SV-QRUP" məhdud məsuliyyətli cəmiyyətinə ünvanlanmış 15/3422 saylı, xx xxxxxx 2013-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində təşkil edilməsi nəzərdə tutulmuş tikinti materialları istehsalı sahəsinin Dövlət ekoloji ekspertizasına təqdim olunmuş sənədlərini nəzərdən keçirilərək bildirilir ki, "SV-QRUP" məhdud məsuliyyətli cəmiyyəti Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. İstehsalat fəaliyyətinin təşkili məqsədi ilə tikinti işləri Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus ərazidə yerinə yetirilmişdir. Tikinti işləri yerinə yetirilmiş torpaq sahəsi xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən "SV-QRUP" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən icarəyə götürülmüşdür. Qeyd olunan ərazinin əlverişli yerləşmə mövqeyi nəzərə alınaraq istehsalat obyekti tikintisi məqsədilə istifadə olunması Abşeron rayonunun aidiyyəti icra orqanı ilə razılaşdırılmışdır. Ərazidə inşa olunmuş tikintinin layihə sənədləri “Auro Architest” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış və Cavabdeh1 Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış, ərazidə istehsalat təyinatlı tikintinin inşa olunmasına Cavabdeh1 başçısının xx.xx.2013-cü il tarixli, 420 nömrəli sərəncamı ilə icazə verilmişdir. Təqdim olunmuş sənədlərə əsasən ərazidə əsas istehsal sexi və inzibati məişət sahəsi binaları inşa olunmuşdur. Mövcud istehsal sexi sahəsində polisrtrolbeton məmulatının istehsalı məqsədilə zəruri avadanlıqlar quraşdırlıcaqdır. İstehsal prosesində əsas xammal olaraq Türkiyə Respublikasından alınmış xammal, narın çay qumu və 500 marka sement qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli X6 İnstitutunun 25-12/80 saylı, xx xxxx 2014-cü il tarixli məktubundan görünür ki, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim olunmuş “Tam izolyasiyalı polistirolbeton" məhsulunun nümunəsinin təyin olunmuş radionuklid tərkibi və rəyi “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə göndərilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın icbari sığortası və əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnamələrindən görünür ki, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində olan istehsalatı xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə müvafiq olaraq 310.000 manat və 320.000 manat məbləğində sığortalamışdır. İş materiallarında olan x xxxxxx 2015-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Hikmət Xəlilov tərəfindən “SV Qrup” məhdud məsuliyyətli cəmiyyətinə olan borcundan avans qismində 500.000 manat pul ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 10692 saylı, xx xxxx 2016-cı il tarixli ekspert rəyindən görünür ki, icarəyə verən İddiaçı və icarəçi ”SV-QRUP" məhdud məsuliyyətli cəmiyyətinin direktoru X3 adlarından olan xx xxxxxx 2013-cü il tarixli 02 saylı icarə müqaviləsində “İcarəyə verən” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli sertifikatlardan görünür ki, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən istehsalat sahəsində istehsal olunmuş polistirolbeton və tam izolyasiyalı polistirolbeton məmulatlarına uyğunluq sertifikatları verilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 16213/17911 saylı, xx xxxxxx 2017-ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsində inşa edilmiş tikililər üzrə aparılmış təmir və yenidənqurma işlərinin, avadanlıqların və həmin avadanlıqların quraşdırılmasının bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 466290 manat məbləğində olduğu müəyyən olunur. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələblərini Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətində olması, həmin torpaq sahəsində Cavabdeh1 başçısının xx xxxx 2013-cü il tarixli, 420 saylı sərəncamı ilə razılaşdırılmış eskiz əsasında anbar və ofis binasının tikintisinə icazə verilməsi və bu məqsədlə cavabdehlər “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh4 Əlisəfa oğlu və Cavabdeh5 ilə şifahi podrat müqaviləsi bağlayaraq Cavabdeh1 başçısının xx xxxx 2013-cü il tarixli, 420 saylı sərəncamına uyğun olaraq həmin torpaq sahəsində tikinti işlərinin aparılması barədə razılığa gəlmələri, lakin cavabdehlərin torpaq sahəsində anbar və ofis binasının tikmək əvəzinə, onun sifarişindən kənara çıxaraq zavod inşa etmələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 753.4-cü maddəsinə görə müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı iddia ərizəsində Abşeron rayonu, Qobu qəsəbəsində xüsusi mülkiyyətində olan 5,975 ha torpaq sahəsinə dair Cavabdeh1 başçısının xx.xx.2013-cü il tarixli, 420 saylı sərəncamının və eskiz layihəsinin alınmasında həyat yoldaşının tanıdığı və “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi Cavabdeh4 Əlisəfa oğlunun iştirak etdiyini, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi Cavabdeh4 Əlisəfa oğlunun Cavabdeh1 sərəncamının, eskiz layihəsinin və torpağa mülkiyyəti təsdiq edən çıxarışın surətlərini tanış olmaq üçün ondan alaraq, tikinti işlərinin ona tapşırılmasını xahiş etdiyini, layihə-smeta üzrə tikintinin tam, hərtərəfli və keyfiyyətlə aparılmasını öz öhdəsinə götürdüyünü, tikinti işlərini aparmağa xüsusi icazəsi olduğunu, qısa müddətdə podrat müqaviləsini ona təqdim edəcəyini və bir il müddətində inşaat işlərini yekunlaşdıracağını, tikintini başa çatdırmaq üçün 644.000 manat pul lazım olduğunu bildirdiyini və həyat yoldaşının iştirakı ilə 2013-cü ilin iyun ayında Cavabdeh4 644.000 manat pul verdiyini, Cavabdeh4 inşaat işlərinin gedişatı barədə vaxtaşırı ona və həyat yoldaşına məlumat verdiyini, podrat müqaviləsini istədikdə isə Cavabdeh4 yaxın vaxtlarda tikintiyə xərclənən yekun məbləği müəyyənləşdirib müqaviləni təqdim edəcəyini bildirdiyini 2014-cü ilin aprel ayında Cavabdeh4 ona müraciət edərək tikinti işlərinin tam yekunlaşdırılması üçün əlavə olaraq 200.000 manat pul lazım olduğunu dediyindən məcburiyyət qarşısında qalaraq həyat yoldaşının iştirakı ilə Cavabdeh4 200.000 manat verdiyini göstərmişdir. Göründüyü kimi, iddiaçı özü tikintiyə dair razılaşmanın Cavabdeh4la aparıldığını, pulu da ona ödədiyini bildirmişdir. Qeyd edilən hallar pul verilməsi istisna olmaqla, Cavabdeh4 iddia ərizəsinə etirazı, qətnamədən verdiyi apellyasiya şikayəti və onun iddiaçı ilə elektron yazışmaları ilə də öz təsdiqini tapmışdır. İddia ərizəsinə etirazında və qətnamədən verdiyi apellyasiya şikayətində Cavabdeh4 iddiaçının ona mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki torpaq sahəsində anbar və ofis binaları deyil, polistirolbeton istehsal edən “AZDEKO PANEL” zavodunun tikintisi və istehsalata hazır vəziyyətdə təhvil verilməsi işini tapşırdığını göstərmişdir. İddiaçı iddia ərizəsində bir müddət sonra Cavabdeh4 ona “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin digər təsisçisi və onun şəriki-İdarə Heyətinin sədri Cavabdeh5 da tikinti işlərini onunla bərabər apardığını bildirdiyini göstərmişdir. Lakin iddiaçının göstərdiyi bu hal iş materiallarında olan digər hər hansı bir sübutla təsdiq olunmur. İşdən görünür ki, İddiaçı cavabdehlərdən ona dəymiş ziyanı tələb etmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş materiallarında Cavabdeh5 iddiaçıya zərər vurmasını təsdiq edən hər hansı bir sübut yoxdur. İş materiallarında olan “SV QRUP” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2015ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Hikmət Xəlilov tərəfindən “SV QRUP” məhdud məsuliyyətli cəmiyyətinə olan borcundan avans kimi 500000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi x xxxxxx 2015-ci il tarixli kassa mədaxil orderi əsasında “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə Hikmət Xəlilov tərəfindən ödənilmiş 500000 manat pulun İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsi sahəsində anbar binası, ofis binası, yeməkxana binası, transformator binası, işçilər üçün sanitar qovşağı, təhlükəsizlik binası və DEPO inşa olunmasına görə ödənildiyini, Hikmət Xəlilovun “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə heç bir borcu olmadığını göstərmişdir. “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti ilə Hikmət Xəlilov arasında hər hansı işin görülməsinə dair müqavilə bağlanmasına və Hikmət Xəlilovun “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə borcu olmasına dair iş materialların heç bir sənəd yoxdur. İşdən görünür ki, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyəti xx xxxxxx 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır və cəmiyyətin təsisçilərindən biri də Cavabdeh5dur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımadığından və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıdığından Cavabdeh5 “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və rəhbəri olsa da, cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinə ödənilmiş 500000 manat təsisçi kimi Cavabdeh5 iddiaçının xeyrinə tutula bilməz. İşdən görünür ki, təsisçilərin xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə Cavabdeh5 “SV- QRUP” məhdud məsuliyyətli cəmiyyətinin direktoru təyin edilmişdir. İddiaçının qeyd etdiyi zavodun inşası ilə bağlı “SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin adından bütün sənədləşmə işləri isə Cavabdeh5 cəmiyyətin direktoru olmamışdan əvvəl aparılmışdır. Cavabdeh5 fiziki şəxs kimi iddiaçı ilə şifahi podrat müqaviləsi bağlaması, iddiaçıya zərər vurması və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən fiziki şəxs kimi istifadə etməsi da məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi Cavabdeh5 Yusif oğluna münasibətdə təmin olunmuş hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh5 münasibətdə təmin edilməməlidır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh5 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi Cavabdeh5 münasibətdə təmin olunmuş hissələrdə, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində Cavabdeh5 Yusif oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin Cavabdeh5 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, İddiaçı Yusif qızının mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsinin Cavabdeh5 Yusif oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200000 manat, xx xxxxxx 2015-ci il tarixdə verilmiş 500000 manat olmaqla, cəmi ******* manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq İddiaçı verilməsi hissələrində ləğv edilsin, həmin hissələrdə iddia tələbləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar