Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-409/2022 08.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-3607/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-3607/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 750 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 4.000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-1676/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsinin 9 il ərzində icra edilmədiyini nəzərə alaraq 4.000 manatın hər il üçün 5 faizi, yəni 200 manat olmaqla, 9 il üçün ümumilikdə 1.800 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1676/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh 4.000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən 30 oktyabr 2012-ci il tarixli, 2(012)-1676/2012 saylı icra vərəqəsi əsasında icraata başlanılmış, borclu Cavabdeh borcunu ödəməmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1090/2013 saylı, 15 noyabr 2013-cü il tarixli inzibati xəta haqqında qərardadına əsasən borclu Cavabdeh 500 manat cərimə olunmuşdur. Artıq 9 ildir Cavabdeh qətnaməni icra etmir və bu hərəkəti ona əldən çıxmış faydanı tələb etməyə hüququnun yaranmasına səbəb olmuşdur. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin olunmayan hissəsində əsassız və qanunsuzdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1676/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru 30 oktyabr 2013-cü il tarixli, 2(012)-1676/2013 saylı icra vərəqəsi əsasında icraata başlamış, borclu Cavabdeh borcunu ödəməmişdir. Artıq 9 ildir Cavabdeh qətnaməni icra etmir və bu hərəkəti ona əldən çıxmış faydanı tələb etməyə hüququnun yaranmasına səbəb olmuşdur. Məhkəmə iddianın qismən təmin edilməsinin əsası kimi qətnamədə icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarıldığını və tələbkarın uzun müddət icranı tələb etmədiyini göstərmişdir. Məhkəmənin qətnaməsi hökmən icra olunmalıdır və bunun üçün o, dəfələrlə icra şöbəsinə gedib icradan bunu tələb etməməlidir. Onsuz da mübahisə olduğu üçün məhkəməyə müraciət etmiş, xeyrinə qətnamə qəbul olunmuş və qətnamənin icra olunmasında maraqlı şəxsdir. Onun icradan imtina və ya icraata xitam barədə ərizəsi olmadığı müddətdə qətnamə icra olunmalıdır. Məhkəmənin iddianı qismən təmin edilməsini onun icranı tələb etmədiyi ilə əsaslandırması yanlışdır. Digər tərəfdən, icra sənədi icraatda olarkən Cavabdeh icra şöbəsinə çağırılmış və izahatı alınmışdır. İzahatında cavabdeh borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə bu halı qətnamədə qeyd edərək göstərmişdir ki, cavabdehin icra sənədini icra etməməsində qərəzlilik yoxdur. Cavabdeh icra şöbəsində yazdığı izahatda borcunu hissə-hissə ödəyəcəyini bildirsə də, 9 il ərzində borcundan bir manat belə ödəməmişdir. Borcun hissə-hissə ödəniləcəyini gözlədiyi üçün icra şöbəsinin hərəkətlərindən xəbərsiz olmuşdur. Bu səbəbdən icra şöbəsinin icra sənədini icra olunmadan geri qaytarmasından indiyədək məlumatı olmamışdır. İcra şöbəsinin uzun müddətli hərəkətsizliyindən narahat olaraq bununla maraqlandıqda məlum olmuşdur ki, icra sənədi məhkəməyə qaytarılmışdır. O, dərhal ərizə ilə müraciət etmiş, icra sənədi yenidən icraya yönəldilmişdir. Məhkəmə obyektiv araşdırma aparmağa səy göstərməmiş, işin hallarına düzgün qiymət verməmiş, nəticədə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1676/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi 27 avqust 2013-cü il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra vərəqəsi verilmişdir. Abşeron rayon İcra şöbəsinin 07 oktyabr 2013-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, ona 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. O, 4000 manatı birdəfəlik ödəməyə maddi imkanı olmadığını bildirmiş və hissə-hissə ödəyə biləcəyini icraçıya və iddiaçıya bildirmişdir. Lakin iddiaçı bununla razılaşmamış və borcun tam şəkildə ödənilməsini tələb etmişdir. İcra vərəqəsi icra edilmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli, 3(012)- 1090/2013 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. O, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli, 3(012)-1090/2013 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli, 3(012)-1090/2013 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmişdir. Bundan sonra icra sənədinin icrası mümkün olmadığından icra sənədi geri qaytarılmış və tələbkarın müraciəti əsasında Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(012)-1676/2012 saylı icra vərəqəsi 30 aprel 2021-ci il tarixdə təkrarən icraya yönəldilmiş, Abşeron rayon İcra şöbəsinin icra məmurunun 05 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, ona 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, borcunu tam ödəməyə maddi imkanının olmadığını bildirmiş və borcunu hissə-hissə ödəyə biləcəyini bildirmiş və bunu izahatında da qeyd etmişdir. Qeyd olunanlar Abşeron Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış və qeyri-dəqiq hesablamalara əsasən iddia tələbinin 7 il 6 ay üçün hesablanmış əldən çıxmış faydanın yarısını, yəni 750 manat hissəsini təmin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli, 3(012)-1090/2013 saylı inzibati xəta haqqında iş üzrə 500 manat cərimə olunması barədə qərarı onun İddiaçı olan borcunu qərəzli şəkildə ödəmədiyinə görə ləğv edilmişdir. Bununla da qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən onun borc məbləğini ödəməsində heç bir təqsirli hərəkəti olmaması müəyyən edilmişdir. Əksinə, iddiaçıya olan borcunu hissə-hissə ödəmək istəsə belə, iddiaçı razılaşmamışdır. Bu günki gündə də o, iddiaçıya olan borcunu hissə-hissə, hər ay 400-500 manat olmaqla ödəməyə hazırdır. Lakin iddiaçı bununla razılaşmır və pulu tam şəkildə tələb edir. Göründüyü kimi, o, iddiaçıya olan borc məbləğini hissə-hissə ödəməyə hazır olduğunu dəfələrlə bildirmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Abşeron Rayon Məhkəməsi qeyd olunanları nəzərə almamış və bu məsələlərə heç bir münasibət bildirməmişdir. Məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən, bunun üçün hansı mötəbər sübutlara əsaslandığını göstərməmiş, formal mülahizəyə əsasən qətnamə qəbul etmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən borc məbləğinə hesablanan əldən çıxmış faydanın müəyyən edilməsi hissəsində həqiqi hallara əsaslanmamışdır və bu hissədə qətnamə qanuni və əsaslı deyildir. İddiaçı iddia tələbində 4000 manatın hər il üçün 5 faizi, yəni 200 manat olmaqla, 9 il üçün ümumilikdə 1800 manat məbləğində pul vəsaitinin tutulmalı olmasını göstərsə də, onun pul vəsaitini qanunsuz saxlamaqla faydalanması halını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində əldən çıxmış faydanın nədən ibarət olmasını, həmin halları təsdiq edən sübutların nədən ibarət olmasını və əldən çıxmış faydanı hansı qaydada hesabladığını göstərməmişdir. Lakin məhkəmə həmin halları təsdiq edən sübutların təqdim edilməməsinə, faiz məbləğinin hansı qaydada hesablanmasının göstərilməməyinə baxmayaraq əsassız və açıq-aşkar ədalətsiz mövqe nümayiş etdirməklə müstəqil şəkildə əldən çıxmış faydanı hesablamış və qanunsuz qərar qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını göstərdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını göstərdi və əlavə olaraq göstərdi ki, Cavabdeh hazırda iddiaçıya borclu olduğu 4000 manatı ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(012)-1676/2012 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı borcun, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 4000 manat məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun 5 manat məbləğində hissəsinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2013-cü il tarixli, 2(105)-786/2013 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və X1 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(012)-1676/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(012)-1676/2012 saylı qətnaməsi əsasında 27 avqust 2013-cü il tarixdə icra vərəqəsi verilmişdir. İş materiallarında olan Abşeron rayon İcra şöbəsinin icra məmurunun 07 oktyabr 2013-cü il tarixli qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(012)-1676/2012 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, borclu Cavabdeh 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli, 3(012)-1090/2013 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun 05 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1676/2012 saylı, 27 avqust 2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Cavabdeh 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(012)-1676/2012 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı borcun, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 4000 manat məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun 5 manat məbləğində hissəsinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(012)-1676/2012 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə 07 oktyabr 2013-cü il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddia ərzəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbi Abşeron Rayon Məhkəməsinin 2(012)-1676/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsinin 9 il ərzində icra edilmədiyi nəzərə alınaraq 4.000 manatın hər il üçün 5 faizi, yəni 200 manat olmaqla, 9 il üçün ümumilikdə 1.800 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədədir. Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşdən görünür ki, cavabdeh tərəfindən qətnamənin icra edilməməsi müddət 7 il 6 ay təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İş materiallarından görünür ki, icra sənədi icra olunmadan geri qaytarılmış, uzun müddət tələbkar icranı tələb etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh İddiaçı xeyrinə 750 manat tutulması nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində onun pul vəsaitini qanunsuz saxlamaqla faydalanması halını təsdiq edən sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiası qeyd edir ki, Cavabdeh iddia təıəbinin hüquqi əsası Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsi deyil, həmin Məcəllənin 445.7-ci maddəsi təşkil edir və bu maddənin dispozisiyasında özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinin mənasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki mübahisə üzrə iddiaçı da gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmiş və həmin məbləği ödəmək cavabdehin borcudur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. İs üzrə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-3607/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-409/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-409/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver