Məhkəmə qərarları › İş №2(105)-4097/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4097/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4097/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.H.Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh 312 manat borc, 584 manat borc, 120 manat borc 337 manat borc olmaqla, cəmi 1353 (min üç yüz əlli üç) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 24.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********13623 olan «X5 7» markalı telefon üçün 312 manat ödənilməmiş hissə, 0 manat cərimə, 06.11.2019-cu il tarixli müqaviləyə əsasən «Hoffmann» markalı aspiratorvə plitə üçün 584 manat ödənilməmiş hissə, 0 manat cərimə, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün 120 manat ödənilməmiş hissə, 0 manat cərimə, 24.01,2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92828 olan «X5 8» markalı telefon üçün 337) manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, cəmi 1353 (min üç yüz əlli üç) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.07.2019-cu il, 06.11.2019-cu il, 15.12.2019-cu il və 24.01.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********13623 olan “X5 7» və İMEİ kodu **********92828 olan «X5 8» markalı telefonlar, “Hoffmann» markalı aspiratorvə plitə, məhsulun qaytarılmasından sonra qalan borc üçün nəticədə 1353 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 624 manat (16 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********13623 olan «X5 7» markalı telefon üçün ümumilikdə 312 manat olmaqla ondan, 312 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 manat (18 ay x 39 manat + 0 manat ilkin ödəniş) «Hoffmann» markalı aspirator və plitə üçün ümumilikdə, 584 manat olmaqla ondan, 584 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 120 manat (4 ay x 30 manat + 0 manat ilkin ödəniş) məhsulun qaytarılmasından sonra qalan borc üçün ümumilikdə,120 manat olmaqla ondan, 120 manat ödənilməmiş hissə, 0 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 514.6 manat (12 ay x 33.8 manat +109 manat ilkin ödəniş) İMEİ kodu **********92828 olan «X5 8» markalı telefon üçün ümumilikdə, 337 manat olmaqla ondan, 337 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 607.6 manat təşkil edir. Cavabdeh öhdəliklərini vaxtında və tam şəkildə icra etmədiyindən, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Qətnamədən narazıdır. Çünki borcdan ödənişlər etdiyi halda bunlar nəzərə alınmamışdır. Borc düzgün olaraq hesablanmamışdır. Məhkəmə iclasında iştirak etməmişdir, qətnamənin surəti rəsmi olaraq ona göndərilməmişdir. Zəngilan Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(034)- 525/2021 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, şikayəti geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Zəngilan Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 312 manat borc, 584 manat borc, 120 manat borc 337 manat borc olmaqla, cəmi 1353 (min üç yüz əlli üç) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 30 avqust 2021-ci il qətnaməsinin surəti tərəflərə 30 avqust 2021-ci il tarixdə rəsmi qaydada göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş şikayət 18 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Zəngilan Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(034)-525/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar