Məhkəmə qərarları › İş №2(105)-4099/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4099/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4099/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim G.K.İmanova) Zəngilan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(034)- 596/2012 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Kreditor "xxxx" X4 Səhmdar Cəmiyyəti Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 1814,25 manat əsas, 51,72 manat faiz, 0,65 manat cərimə borcu olmaqla, cəmi 1866,62 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumun alınmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli 2(034)-596/2015 saylı məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmişdir. Məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Borclu 31 iyul 2015-ci il tarixli 2(034)-596/2015 saylı məhkəmə əmri ilə razılaşmayaraq, həmin əmrin ləğv edilməsi barədə məhkəməyə etiraz ərizəsi vermiş və həmin etirazda məhkəmə əmrinin ləğv edilərək, iddia icraatına keçirilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(034)-596/2015 saylı qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli 2(034)-596/2015 saylı məhkəmə əmrinə dair Borclu verdiyi etirazı təmin edilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Borclu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, prosessual müddətin bərpa olunması barədə məhkəməyə vəsatət vermədən, həmçinin qərardadı hansı tarixdə almağı ilə bağlı şikayətə heç bir sübut əlavə edilməmişdir. Bu səbəbdən də məhkəmə şikayəti geri qaytarmışdır. Zəngilan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(034)-596/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, şikayət geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Zəngilan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(034)-596/2012 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Zəngilan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il qərardadın surəti tərəflərə 02 noyabr 2021-ci il tarixdə rəsmi qaydada göndərilmişdir. Cavabdeh Borclu tərəfindən verilmiş şikayət 24 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Borclu tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Zəngilan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(034)-596/2021 saylı qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar