Məhkəmə qərarları › İş №2(105)-4103/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4103/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4103/2021 24.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçıASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(027)- 1074/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1552.64 manat məbləğində əsas borcu və 5.99 manat faiz borcu olmaqla, ümumilikdə 1558.63 (bir min beş yüz əlli səkkiz) manat 63 qəpik borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi və 24.05.2019-cu il tarixli 16-19-23-085334 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(027)-1074/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh, əsas borc üzrə 1552 (bir min beş yüz əlli iki) manat 64 qəpik, faiz borcu üzrə 5 (beş) manat 99 qəpik, cəmi 1558 (min beş yüz əlli səkkiz) manat 63 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı-nin xeyrinə ödənilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16- 19-23-085334 saylı, 24.05.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməsi qət edilmişdir (hakim İlqar Məmmədov). İş üzrə Cavabdeh Quba Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixdə 31 avqust 2021-ci il tarixli, 2(027)-1074/2021 saylı qətnaməsindən apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(027)-1074/2021 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Cavabdeh Quba Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(027)-1074/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddətin bərpa edilməsi, apelyasiya şikayətinin baxılması üçün 2(027)-1074/2021 nömrəli mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilması qərara alınmışdır. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09.07.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(027)-1074/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar