Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-411/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-2072/2022 nömrəli, 09 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın təmin edilməsi, Cavabdeh 10000 manat borc pul, 18 manat etibarnamə üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat pul, ümumilikdə 10118 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin ləğv edilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərardadı ilə (hakim S.Səmədzadə) ərizənin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli e-2(067)-2072/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh tərəfindən buraxılmış prosessual müddət bərpa edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(067)-2072/2022 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 10000 manat borc pulun, 18 manat etibarnamə üzrə ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 100 manat pulun, ümumilikdə 10118 manat vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərardadından şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2072/2022-ci il xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun müddət bərpa edilərək mülki iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli e-2(067)- 2072/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Xaçmaz Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsinin qərardadı ilə ərizə təmin edilməmişdir. Hesab edir ki, qərardad tamamilə əsassızdır ona görə də ləğv edilməli və apellyasiya şikayəti müddət bərpa edilərək Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qətnamənin ləğv edilməsi üçün buraxılmış prosesual müddətin üzrlü səbəbdən ötürülməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli və onunla bağlı 05 dekabr 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-411/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-411/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver