Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-414/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(060)-7025/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(060)-7025/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, əsas borc üzrə 1513,94 manat, faiz borcu üzrə 209,88 manat olmaqla, cəmi 1723 (min yeddi yüz iyirmi üç) manat 82 (səksən iki) qəpik məbləğində pul və ödənilmiş 30,4 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(060)-7025/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ NH A L L A R İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1513,94 manat əsas borc, 209,88 manat faiz borcu olmaqla, cəmi 1723,82 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, onunla İddiaçı ASC arasında 13.12.2019-cu ildə, 200840- 822703/1 saylı istehlak krediti müqaviləsi bağlanmış və ona illik 28% dərəcəsi ilə, 6 ay müddətinə 3000 (üç min) manat kredit verilmişdir. Müqavilə bağlandıqdan sonra o, ilk 3 ayın kreditini vaxtında ödəmiş, həmçinin 6 ayın faiz borcunu ödəmişdir. O, sürücüdür, sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. “COVİD-19” pandemiyası səbəbindən 2020-ci ilin əvvəlindən başlayaraq işləri dayanmışdır. Nəqliyyat fəaliyyətinin dayanması səbəbindən aylıq əmək haqqından məhrum olub. Qazancı olmadığına görə kredit borcunun ödənilməsində problemlər yaranmışdır. Məsələni nizama salmaq məqsədilə İddiaçı ASC rəhbərliyinə dəfələrlə müraciət edərək qalıq kredit borcuna görə yeni müqavilə bağlanmasını və ödəniş müddətinin uzadılmasını xahiş etmiş, lakin iddiaçı təklifi ilə razılaşmayaraq məhkəməyə müraciət etmək yolunu seçmişdir. Bir daha bildirir ki, kredit borcunun yaranmasına səbəb “COVİD-19” pandemiyasına görə əmək haqqından məhrum olmağı olmuşdur. O, şəraitin əhəmiyyətli dərəcədə dəyişəcəyini bilsəydi iddiaçı ilə kredit müqaviləsi bağlayıb kredit götürməzdi. Onu da bildirir ki, 2-ci Qarabağ müharibəsi zamanı özünə məxsus avtobusla Füzuli və Cəbrayıl rayonuna hərbi qulluqçuları daşımışdır. Borcu olduğunu qəbul edir, amma həmin borcu bir dəfəyə ödəmək iqtidarında deyil. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(060)-7025/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasını iclasnda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(060)-7025/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə onuniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(060)-7025/2021 saylı qətnaməsi faiz borcuna dair hissədə dəyişdirilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 200840-822703/1 saylı kredit müqaviləsinəəsasən iddiaçı ona 6 ay müddətinə, illik 28% dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Bu, işdə olan kassa məxaric orderi ilə təsdiq edilir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 200840-822- 703/1 saylı zaminlik müqaviləsinə əsasən o, borcalan Cavabdeh1 ilə eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması iləəlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə dair öhdəlik götürmüşdür. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 6 ay müddətinə hər ay 541,62 manat, sonuncu ay isə 541,61 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehlərə 16.06.2020-ci il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan 28.07.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin həmin tarixə banka əsas borc üzrə 1513,94 manat əsas borc, 209,88 manat faiz borcu olmaqla, cəmi 1723,82 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi Cavabdeh1lə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 28.07.2021-ci il tarixinə onun banka əsas borc üzrə 1513,94 manat, faiz borcu üzrə 209,88 manat borcu qalmışdır. Həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Qeyd edilənlərə əsasən Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Cavabdeh1 iddiaya yazılı etiraz versə də öz etirazını əsaslandırmamış, iddia tələbinin tam və ya qismən əsassız olmasını təsdiq edən hər hansı sübutu etirazına əlavə etməmişdir. Bu səbəbdən məhkəmə etirazı əsassız hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsas borca və zaminə dair hissədə düzgün nəticəyə gəlmiş olsa da faiz borcuna görə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş madiyyə arayışında görünür ki, cavabdehin faiz borcu 121.54 (Bir yüz iyirmi bir manat, 54 qəpik) manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin qətnaməsi cavabdehlərdən faiz borcuna görə 209,88 manat, cəmi 1723 (min yeddi yüz iyirmi üç) manat 82 (səksən iki) qəpik məbləğində pul tutulmasına dair hissədə dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 121,54 qəpik, cəmi 1635,48 manat tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlaılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(060)-7025/2021 saylı qətnaməsi cavabdehlərdən faiz borcuna görə 209,88 manat, cəmi 1723 (min yeddi yüz iyirmi üç) manat 82 (səksən iki) qəpik məbləğində pul tutulmasına dair hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faiz borcuna görə 121,54 (yüz iyirmi bir manat, əlli dörd qəpik) manat, cəmi 1635,48 (min altı yüz otuz beş manat, qırx səkkiz qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-414/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-414/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver