Məhkəmə qərarları › İş №2(105)-416/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-416/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-416/2024 10.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-601/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 11 okytabr 2023-cü il tarixli qərardadı ilə (hakim G.İmanova) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbulundan imtina edilməsi, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması və iddiaçıya notariusunun icra qeydinin icra olunması üçün adiyyəti üzrə müvafiq İcra Şöbəsinə müraciət etməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Zəngilan Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən Zəngilan Rayon Məhkəməsinin 2(034)-601/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Zəngilan Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-601/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət 7 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ödənilmiş 382.750 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Rüstəmov X2 Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərardadından şikayət verərək, Zəngilan Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(034)-601/2023 nömrəli qərardadın ləğv edilməsini, məhkəmənin 11 oktyabr 2023-cü il tarixli qərardadından verilmiş şikayətin təmin edilməsini, iddia ərizəsinin icraata qəbul edilib baxılmasını, əks təqdirdə şikayətin baxılması üçün iş mteriallara ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərllməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı ilə razı deyil və hesab edir ki, məhkəmə tərəfindən qərardad qəbul edərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair «AZEMİS» Elektron Məhkəmə İnformasya Sistemindən çıxarışdan görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-601/2023 nömrəli, 11 okytabr 2023-cü il tarixli qərardadı İddiaçı məxsus olan elektron kabinetinə 26 oktyabr 2023-cü il tarixdə yerləşdirilmişdir. İddiaçının xahişi işə məhkəmənin müvafiq qərardadının surəti 20 noyabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən Zəngilan Rayon Məhkəməsinin 2(034)-601/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət isə 21 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bu da onu göstərir ki, iddiaçı X3 tərəfindən qərardaddan şikayət vermə müddəti ötürülmüşdür. Məhkəmənin qərardadı ilə razı deyil. Belə ki qərardadın surəti rəsmi olaraq ona xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə əldə etmişdir. Qərardaddan şikayət vermə müddətini ötürmədən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Bundan da görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada qarardaddan şikayət vermə müddətini ötürməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını sözügedən qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərardadı İddiaçı məxsus olan elektron kabinetinə 26 oktyabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Bununla da qərardaddan şikayət vermə müddətinin axımı başlamış, 10 günlük müddət 06 noyabr 2023-cü il tarixədək davam etmişdir. Ərizəçinin şikayəti isə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5. maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, sonuncu tərəfindən 11 oktyabr 2023-cü il tarixli məhkəmə qərardadından şikayət prosessual müddəti üzrlü səbəb olmadan buraxdığından, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli və onunla bağlı 08 dekabr 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar