Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-416/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-167/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 1160 manat və ödənilmiş dövlət rüsumuna görə 31,60 manat pul tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi verərək, ona məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xl markalı avtomobilə dəymiş zərərin ödənilməmiş 6905 manatının və avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin 10 %-i, yəni 2800 manat olmaqla, ümumilikdə 9705 manat məbləğində pul vəsaitinin, habelə dövlət rüsumu olaraq ödənilmiş 118 manatın Cavabdeh Xaliq qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xl markalı avtomobil ilə Cavabdeh Xaliq qızı tərəfindən etibarnamə əsasında idarə olunan və X1 məxsus ** TG *** dövlət qeydiyyat nişanlı, Nissan Juke markalı avtomobil xx.xx.2023-cü il tarixdə cavabdehin səhvi ucbatından toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində ona məxsus BMW 528 Xl markalı avtomobil Ford Tranzit markalı maşınla da toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da ona məxsus BMW 528 Xl markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəyərək sol yan və ön hissəsi zədələnmişdir. Qeyd edir ki, sözügedən yol nəqliyyat hadisəsinə dair xx.xx.2023-cü il tarixdə ******* saylı X5 protokol və onun əsasında TP ******* saylı qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" avto servis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1428 nömrəli qiymətləndirmə aktından da göründüyü kimi, ona məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xİ markalı avtomobilə dəymiş ziyanın ümumi dəyəri 11905 manat məbləğində hesablanmışdır. Qeyd edir ki, hesablanan zərərin 5000 manat miqdarında olan hissəsi sığorta tərəfindən qarşılanmış və hazırki zərərin miqdarı 6905 manatdan ibarətdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Rəhimov X2 Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamasına dair hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli X5 protokola əsasən xx.xx.2023-cü il tarixində, cavabdehin səhvi ilə əlaqədar müvafiq yol-nəqliyyat hadisəsinin baş vermiş olması və nəticədə həmin vaxt etibarnamə əsasında istifadə etdiyi, iddiaçının mülkiyyətində olan ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xİ markalı avtomobilə zərər dəymiş olması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, "xxxx" MMC-nin dəymiş zərərin hesablanmasına dair 1428 nömrəli xx.xx.2023-cü il tarixli aktına əsasən, ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xİ markalı avtomobilin təmir-bərpa edilməsi üçün cəmi 11905 manat vəsait tələb edilir. "xxxx" MMC-nin dəymiş zərərin hesablanmasına dair xx.xx.2023-cü il tarixli aktına əsasən, ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xİ markalı avtomobilin təmir-bərpa edilməsi üçün cəmi 5620 manat vəsait tələb edilir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3144/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" automobile services tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8365 manat müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə “Avto Servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6160 manat müəyyən edilmişdir. Məhkəmə hər hansı əsaslandırma göstərmədən, birbaşa “Avto Servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı və buna dair Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3144/2024 saylı və xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/7987/2023 saylı rəylərini nəzərə almaqla, iddiaçıya dəymiş zərərin cəmi 6160 manat olması qənaətinə gəlmişdir. Məhkəmə öz qətnaməsində "xxxx" MMC-nin dəymiş zərərin hesablanmasına dair, 1428 nömrəli xx.xx.2023-cü il tarixli aktını mötəbər sübut hesab etmədiyini qeyd etsə də bunun səbəblərini göstərməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş iki qüsur aktında və eyni zamanda ekspert tərəfindən həmin aktlara verilmiş rəy nəticəsində avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar təyin edilmiş təmir-bərpa xərclərinin miqdarında ciddi ziddiyyətlər olmuş, bu ziddiyyətlərin səbəbləri məhkəmə tərəfindən araşdırılmamışdır. Qeyd edilən ziddiyyətlərin mövcudluğu, qüsur aktlarının tam və dəqiq olmasına dair ciddi suallar doğurur. Məhkəmə, zərər vuran şəxsin məsuliyyətini düzgün qiymətləndirməyib və hər iki qüsur aktının təhlilini ətraflı nəzərə almayıb. Hər iki qüsur aktı arasında böyük fərqlər olduğu halda, məhkəmənin hər hansı əsas göstərmədən yalnız "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına istinad etməsi onun öz prosessual vəzifələrini düzgün icra etməməsi, iddiaçının Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquqlarının məhkəmə təminatı hüququnun pozması kimi qiymətləndirilməlidir. "xxxx" MMC-nin dəymiş zərərin hesablanmasına dair 1428 nömrəli xx.xx.2023-cü il tarixli aktı baş vermiş xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsindən dərhal sonra tərtib edildiyindən hadisə nəticəsində yaranan zərərin ən düzgün və real qiymətləndirilməsini təmin edə bilər. Həmin dövrdə avtomobilin vəziyyəti daha doğru şəkildə qiymətləndirilə bilər. Çünki hadisə yeni olduğundan həmin dövrdə zərər və aşınma daha aydın şəkildə görünmüşdür. Məhz bu zaman çərçivəsində zərərin qiymətləndirilməsi, hadisənin nəticələrinin düzgün şəkildə əks etdirilməsini təmin edə bilər. Odur ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair akt müvafiq hadisəyə ən yaxın zamanda tərtib edildiyindən hadisə ilə əlaqədar baş verən əsl zərərləri əks etdirib, MMC hadisənin təfərrüatlarına uyğun qiymətləndirmə aparıb. "xxxx" MMC tətəfindən tərtib edilmiş akt isə hadisənin baş verməsindən iki aydan artıq bir müddət sonra həyata keçirilib, bu isə zamanla avtomobilin zədələnmiş hissələrinin dəyişməsi və ya aşınmasının qiymətləndirilməsinin düzgün olmamasına səbəb ola, avtomobildə olan bir sıra zədələrin məhz bu yol-nəqliyyat hadisəsi nəticəsində yaranmasının düzgün qiymətləndirilməməsinə gətirib çıxara bilər. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş akt hadisədən uzun müddət sonra tərtib edildiyindən onun etibarlılığı şübhə doğurur. Bundan əlavə, bir sıra nəqliyyat vasitələrinin ehtiyat hissələrinin, o cümlədən onların təmir xərclərinin müqayisədə daha çox xərc tələb etməsi məsələsi də nəzərə alınmamışdır. Məhkəmə qeyd edilən aktların, o cümlədən ekspert rəyinin təhlilini aparmadan iddiaçının hüquqlarının daha ədalətli müdafiəsinin əsasını təmin edən sübutu nəzərə almamış, bununla da tam ədalətsiz qərar verməklə onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Avtomobilin zədələnməsi nəticəsində aşınma və əmtəə dəyərinin 10%-lik azalması məsələsi iddia tələbinin bir hissəsini təşkil etsə də, bu tələb məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamış, bu hissəyə hər hansı münasibət bildirilməmişdir. "xxxx" MMC-nin dəymiş zərərin hesablanmasına dair 1428 nömrəli xx.xx.2023-cü il tarixli aktını zərərin müəyyən edilməsi hissəsində nəzərə almamasının hər hansı əsaslandırması mövcud deyildir. Məhkəmə bu hissədə həmin aktı yox digər aktı və ekspert rəylərini nəzərə aldığını qeyd etsə də, bunun səbəblərini açıqlamamışdır. Halbuki, həmin aktlar əsasında zərərin müəyyən edilmiş məbləği bir-birindən əhəmiyyətli dərəcədə fərqli olmuş, həmin fərqin səbəbləri araşdırılmamışdır. Təyin edilmiş ekspertiza nəticəsində müvafiq ziddiyyət aradan qalxmamışdır. Buna baxmayaraq məhkəmə hər hansı əsas göstərmədən iddiaçının hüquqlarının daha ədalətli təmin edə biləcək sübutu nəzərə almamış, onun hüquqlarının pozulmasına səbəb olan müvafiq məhkəmə aktını qəbul etmişdir. Lakin avtomobilin zədələnməsi nəticəsində aşınma və əmtəə dəyərinin 10%-lik azalması məsələsi məhkəmə tərəfindən qətiyyən araşdırılmamış, bu hissəyə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara dügün qiymət verməməklə və ifadələri digər sübutlarla əlaqəli şəkildə şərh etməməklə iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1160 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi, yəni qanunla müdafiə edilən iddiaçının nəqliyyat vasitəsinə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol verməsi işin mübahisə olunmayan halıdır. Baxılan iş üzrə iddia tələbi dəymiş zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1108, 21.2, 1097.1-ci maddələri təşkil edir. Mövcud vəziyyətdə tərəflər arasında yalnız iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinə dair fikir ayrılığı vardır. Mülki Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh Xaliq qızı tərəfindən etibarnamə əsasında idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xl dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus avtomobilə zərərin dəyməsində məhz cavabdehin təqsiri ucbatından baş verməsi öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Lakin vurulmuş zərərin tutulması hissəsində isə zərərin məbləği düzgün müəyyən edilməmişdir. Hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli iki qiymətləndirmə aktı mövcuddur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3144/2024 saylı rəyindən görünür ki, "xxxx" automobile services tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8365 manat müəyyən edildiyi halda, “Avto Servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6160 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəydə istinad olunan hər iki qüsur aktları arasında qiymətləndirmədəki fərqə münasibətdə qeyd edir ki, “Auto Box” automobile services tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktı məhz hadisə törədilən vaxtı tərtib edildiyindən, həmin aktda göstərilən avtoehtiyat hissələrinə köhnəlmə faizi nəzərə alınmaqla əldə edilən qiymət, hadisədən 2 ay 21 gün sonra tərtib edilmiş qiymətləndirmə aktında göstərilən avtoehtiyat hissələrinə köhnəlmə faizi nəzərə alınmaqla qoyulmuş qiymətdən daha inandırıcı görünür. Belə olan halda məhkəmə kollegiyası “Auto Box” automobile services tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktında göstərilən məlumatları daha mötəbər sübut kimi qəbul etməsi qənaətinə gəlir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xl avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın məbləği 8365 manat müəyyən edilməlidir. Hesablanan zərərin 5000 manat miqdarında olan hissəsi sığorta tərəfindən qarşılandığından, (8365-5000=3365) 3365 (üç min üç yüz altmış beş) manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası iddiaçının avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin 10 %-i, yəni 2800 manat pulun tutulması barədə tələbinə gəldikdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə təmin olunan hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından məhkəmə aktından bu hissədə cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Lakin iddia tələbinin təmin olunmayan hissəsi 5000 manatdan yuxarı olduğundan iddiaçının kassasiya şikayəti vermək hüququ istisna deyil. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 3365 (üç min üç yüz altmış beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-416/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-416/2025
01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver