Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-418/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlunun və Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu və iş üzrə ödənilmiş 113,98 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(026)-459/2023 nömrəli qətnaməsindən cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu və iş üzrə ödənilmiş 113,98 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu arasında 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Bank Xidmətləri Müqaviləsi əsasında bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit açılmışdır. Borcun təminatı olaraq cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğluna kredit verilərkən Cavabdeh1 ilə 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsi əsasında KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********714 saylı 25 iyun 2023-cü il tarixli bildiriş məktubu göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlunun 17 iyul 2023-cü il tarixə kredit üzrə 2805, 33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu təşkil edir. Həmin borcun, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcunun və 113,98 manat dövlət rüsumunun cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürdüyündən iddia qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddia ərizəsinə görə onun borcu aralarında bağlanmış 24 avqust 2017-ci il tarixli müqavilə əsasında yaranmışdır. Bundan başqa iddiadan görünür ki, tərəfindən müqavilə üzrə müəyyən ödənişlər aparılmışdır. Müqavilə üzrə ödənişlər tərəfindən İddiaçı ASC-nin ləğv olunduğu tarixə qədər aparılmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət» Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib. Yəni o, artıq 2018-ci ildən İddiaçı ASC-yə hərhansı məbləğdə pul ödəməmişdir. Lakin İddiaçı ASC məhkəməyə 2023-cü ilin avqust ayında, yəni son ödəniş tarixində 5 (beş) il səkkiz ay keçdikdən sonra iddia ilə müraciət etmişdir ki, qanunvericiliklə müəyyən olunmuş iddia müddətinin buraxılması hesab olunur, ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu və ona qarşı irəli sürdüyü iddia tələbinin iddia müddəti buraxıldığına görə rədd edilməsini və Bakı şəhərində yaşadığına görə işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, ləğv prosesində olan "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğluna və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması" tələbinə dair e-2(026)-459/2023 nömrəli mülki iş vardır. İddia tələbini tam müdafiə edir. Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu tərəfindən verilmiş etiraz ərizəsini qəbul etmir. Belə ki, cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu ilə bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KMQ51T0817Q114 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin son tarixi xx.xx.2020-ci ildir Bu isə o deməkdir ki, iddiaçı MM-nin 373.2-ci maddəsinin tələbləri çərçivəsində ən geci 24 08.2023-cü il tarixədək hazırki tələblə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir, iddiaçı bank tərəfindən isə **********920 nömrəli xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə iddia müddəti ötürülmədən xx.xx.2023-cü il tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edilmişdir (“Elektron məhkəmə" informasiya sisteminə yüklənmiş iddia ərizəsini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilir). Göründüyü kimi, iddiaçının xx.xx.2023-cü il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün vaxtı mövcud olmuşdur. Qeyd edilənlərə əsasən hesab edirik ki, bank tərəfindən cavabdehlərə qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edilməsi üçün müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir. Ona görə də cavabdehin etiraz ərizəsi əsassızdır. Qobustan Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(026)-459/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu və 113,98 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulub ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə ödənilməsi qət edilmişdir (hakim Mirələm Quliyev). Qətnamədən narazı qalan cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(026)- 459/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instaniyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlunun Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq, sübutların qiymətləndirilməsinə qərəzli və birtərəfli yanaşaraq iddianı təmin etmişdir. Qənaətlərinə görə işə bu səpkidə yanaşma cavabdehin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. İddia tələbinin borcun olması hissəsində qəbul etsələr belə, məhkəməyə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi haqda cavabdeh tərəfindən ünvanlanmış ərizəni nəzərə alınaraq qənaətlərinə görə iddia tələbi təmin oluna bilməz. Belə ki, iddia ərizəsinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu arasında 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Bank Xidmətləri Müqaviləsi üzərindən bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit açılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubu göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçının iddiasından belə bəlli olur ki, 24 avqust 2017-ci il tarixdə cavabdeh 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit alaraq hər ay iddiaçıya qaytarmaq şərti ilə öhdəlik götürərək pulu qaytarmalı olduğu halda qaytarmamış, bununla da 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsinin və Bank Xidmətləri Müqaviləsi üzərindən bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavəyə əsasən iddiaçı və cavabdeh arasında bağlanmış razılaşmanın şərtlərini pozmuşdur. Yəni iddiaçı artıq 17 noyabr 2017-ci il tarixdən hüququnun pozulduğunu bilirdi (və ya bilməliydi). Hesab edirlər ki, tələbkar olan iddiaçı artıq 17 noyabr 2017-ci il tarixdən hazırkı iddia qaldırılana kimi məhkəməyə iddia ilə müraciət etməmişdir ki, qanunvericiliklə müəyyən olunmuş (Mülki Məcəllənin 372 və 373.2-ci maddəsləri) iddia müddətinin buraxılması hesab olunur. Nəzərə alınsa ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olmuşdur, həmin münasibətlərə Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə baxmayaraq və tərəflərindən iddia müddətinin tətbiq edilərək, iddia müddəti buraxıldığına görə rədd edilməsi barədə ərizə verilsə də, işə baxan birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq ərizəni təmin etməmişdir. Hesab edirlər ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmış, buna görə bu tələblə bağlı iddia qaldırmaq üçün hüquqi əsası itirilmişdir. İddia müddəti ilə bağlı məhkəmənin qənatinə gəldikdə işə baxan məhkəmənin birtərəfli mövqeyi və çəkişmə prinsipindən kənara çıxması özünü biruzə verir. Belə ki, məhkəmə öz qətnaməsində əsassız olaraq göstərmişdir ki, “iddiaçı ilə cavabdehlər arasında KM **********14 saylı 5 saylı əlavə və zaminlik müqavilələri 24 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə icra müddəti 24 avqust 2020-ci il bitmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə qarşı iddia tələbi 16 avqust 2023-cü il tarixdə verilmiş və iddia ərizəsi məhkəmədə 21 avqust 2023-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-in 373.2-ci maddəsində nəzərdə tutulan 3 il iddia müddəti buraxılmamışdır”. Halbuki, iddiaçının iddia ərizəsində iddiaçı göstərir ki, cavabdehin borcunun olmasına baxmayaraq, o (cavabdeh) uzun müddətdir borcu qaytarmaqdan imtina edir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışla müəyyən olunur ki, cavabdeh tərəfindən Kredit Müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə olunmuşdur. Yəni xx.xx.2017-ci il tarixdən sonra cavabdeh tərəfindən iddiaçı təşkilata heç bir ödəniş edilməmişdir. Yəni iddiaçı artıq 17 noyabr 2017-ci il tarixdən hüququnun pozulduğunu bilirdi (və ya bilməliydi). Qanunvericiliyin tələbinə görə iddia müddəti müqavilənin müddətinin bitməsi ilə deyil, hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, Mülki Məcəllənin 377.1-cimaddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Odur ki, hesab edirlər məhkəmənin qənaəti əsaslı və qanuni sayıla bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıl xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas və iş üzrə ödənilmiş 113,98 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu arasında 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsindən görünür ki, Bank Xidmətləri Müqaviləsi üzərindən bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit açılmışdır. Bank Xidmətləri Müqaviləsi əsasında bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavədən görünür ki, Cəbrayılov Tayib Cəbrayıl oğluna şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit açılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə görə hazırkı müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 5.1.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. **********714 saylı 25 iyun 2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu arasında 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Bank Xidmətləri Müqaviləsi üzərindən bağlanmış KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli əlavəyə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 29% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit açılmışdır. Borcun təminatı olaraq cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğluna kredit verilərkən Cavabdeh1 ilə 24 avqust 2017-ci il tarixdə 000097 saylı Bank Xidmətləri Müqaviləsi üzərindən KM051T08170114 saylı 24 avqust 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubu göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlunun 17 iyul 2023-cü il tarixə kredit üzrə banka 2805, 33 manat əsas, 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu vardır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehlər arasında KM **********14 saylı 5 saylı əlavə və zaminlik müqavilələri 24 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə icra müddəti 24 avqust 2020-ci il bitmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə qarşı iddia tələbi 16 avqust 2023-cü il tarixdə verilmiş və iddia ərizəsi məhkəmədə 21 avqust 2023-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-in 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti buraxılmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən qeyd olunan müqavilələrlə üzərinə götürdükləri icra etmədiklərindən, yəni kreditora olan borc tam ödənilmədiyindən, müqavilələrdə müqavilənin 10 il müddətində qüvvədə olması və zaminliyə öhdəliyə xitam verildiyi halda xitam verilməsi nəzərdə tutulduğu üçün məhkəmə belə qənaətə gəlir ki, Cəbrayılov Tayib Cəbrayıl oğlunun iddiaya qarşı etiraz ərizəsində, Cavabdeh1 məhkəməyə göndərdiyi teleqramda göstərdikləri xüsusatlar tamamilə əsassızdır, mülki məsuliyyətdən boyun qaçırmaq bank qarşısında götürdükləri öhdəlikləri icra etməmək məqsədi daşıyır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və restrukturizasiya olunması təklif olunan kredit məbləği müəyyən edilmiş, lakin cavabdehlərin banka müraciət etməməsi səbəbindən borcun restrukturizasiyası aparılmamışdır. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin və bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə, vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Həmin Fərmanın məzmunundan da göründüyü kimi, bu Fərmanın verilməsində məqsəd fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllində dövlət dəstəyini təmin etmək olmuşdur. Məhkəmə kollegiyası faiz və cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 5.2.1-ci bəndinə görə, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Məhkəmə kollegiyasının iclasında aparılan araşdırma zamanı həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən cavabdehin əsas kredit borcu cəmi 2805,33 (iki min səkkiz yüz beş manat otuz üç qəpik) manat qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermir. Çünki, Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehə 1891,63 (min səkkiz yüz doxsan bir manat altmız üç qəpik) manat kompensasiya hesablanmış, həmin məbləğ borcun azaldılmasına yönəldilmiş və qalıq qalan 2805,33 (iki min səkkiz yüz beş manat otuz üç qəpik) manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həmdə hesabladığı cərimə və faiz məbləğlərini cavabdehlərdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) tələblərinə ziddir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas və iş üzrə ödənilmiş 113,98 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cəbrayılov Tayib Cəbrayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(026)-459/2023 nömrəli qətnaməsi cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 4197,20 manat faiz, 1982,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412,23 manat faiz borcu hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Qətnamə digər hissədə, yəni cavabdehlər Cəbrayılov Tayib Cəbrayıl oğlu və Cavabdeh1 2805,33 manat əsas və iş üzrə ödənilmiş 113,98 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-in xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-418/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-418/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver