Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-419/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)-3913/2021 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)-3913/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 11783,82 manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 cəmiyyətlə bağladığı 23.06.2014-cü il tarixli, 31L000000128 saylı kredit xətti müqaviləsinə əsasən 180 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 cəmiyyətlə bağladığı 27.06.2014-cü il tarixli, 31R000000147 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.11.2015-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 cəmiyyətlə bağladığı 04.07.2014-cü il tarixli, 31R000000165 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.11.2015-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 cəmiyyətlə bağladığı 10.07.2014-cü il tarixli, 31R000000180 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.11.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən bank tərəfindən kredit borcunun tutulması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-61/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10.07.2014-cü il tarixli, 31R000000180 saylı kredit razılaşmasına əsasən əsas borcu 7268,82 manat, faiz borcu 3731,33 manat, cərimə borcu 630 manat olmaqla, cəmi 11.630,15 manat, 10.07.2014-cü il tarixli, 31 R000000147 saylı kredit razılaşmasına əsasən əsas borcu 12762,11 manat, faiz borcu 6594.41 manat, cərimə borcu 1146 manat olmaqla, cəmi 20.502,52 manat, 10.07.2014-cü il tarixli 31 R000000165 saylı kredit razılaşmasına əsasən 7234,56 manat əsas borcu, faiz borcu 3585,25 manat, cərimə borcu 80 manat olmaqla, cəmi 43.032,48 manat, habelə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqın görə pulun, cəmi 61 manat məbləğində məhkəmə xərcinə görə pulun tutulması, Cavabdeh1, Cavabdeh5, X3. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 120 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərinda yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Abşeron qəsəbəsi, X8 küçəsində xüsusi mülkiyyətdə və üzərində yerləşən 213.8 kv.m ümumi. 133.4 kv.m yaşayış sahəsindən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 220000 manat müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən cəmiyyət apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3127/2019 saylı, 26.08.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-61/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin və ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərinda yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi evinin satış qiymətinin 219.500 manat müəyyən edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərinda yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin evdən çıxarılması, boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya məhkəməsinin 2(105)-3127/2019 saylı, 26.08.2019-cu il tarixli qətnaməsindən narazı qalan cəmiyyət kassasiya vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(102)-834/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3127/2019 saylı, 26.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin Cavabdeh1 və digər şəxslər keçən müddət ərzində borcun geri ödənilməsini gecikdirmiş, bu da cəmiyyətin qanuni mənafelərinin pozulması ilə nəticələnmiş və banka böyük həcmdə maddi ziyan dəymişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora ziyan dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən edilmişdir. İpoteka predmeti olan ev iddiaçının balansında deyildir, ev cavabdehin mülkiyyətindədir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənlməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Cavabdeh1 və digər şəxslər cəmiyyət qarşısında olan öhdəliklərini 15 noyabr 2015-ci il tarixdən etibarən icra etməmişlər. Ona görə də cəmiyyət 43.032,48 manat məbləğində əsas borcun illik faiz dərəcəsi 5% olmaqla, 11783,82 manat tələb edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və digər şəxslər keçən müddət ərzində borcun geri ödənilməsini gecikdirmiş, bu da cəmiyyətin qanuni mənafelərinin pozulması ilə nəticələnmiş və banka böyük həcmdə maddi ziyan dəymişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora ziyan dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən edilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki göstərilən normanın tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh1 və digər şəxslər iddiaçı qarşısında olan öhdəliklərini 15 noyabr 2015-ci il tarixdən etibarən icra etməmişlər. Borclunun 6 ildir vəsait ödəməməsi banka külli miqdarda ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən cəmiyyət 43032,48 manat məbləğində pulun, yəni kredit müqaviləsi üzrə əsas borcun illik faiz dərəcəsi 5% olmaqla, 11783,82 manat tələb edir. Belə ki, 43032,48 manatın bir illik 5 faizi 2151,63 manat edir, 43032,48 manat məbləğinə hesablanmış bir günlük faiz məbləği isə 5,90 manat edir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-61/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10.07.2014-cü il tarixli, 31R000000180 saylı kredit razılaşmasına əsasən əsas borc 7268,82 manat, faiz borcu 3731,33 manat, cərimə borcu 630 manat olmaqla, cəmi 11.630,15 manat, 10.07.2014-cü il tarixli, 31 R000000147 saylı kredit razılaşmasına əsasən əsas borc 12762,11 manat, faiz borcu 6594.41 manat, cərimə borcu 1146 manat olmaqla, cəmi 20.502,52 manat, 10.07.2014-cü il tarixli 31 R000000165 saylı kredit razılaşmasına əsasən əsas borc 7234,56 manat, 3585,25 manat faiz borcu, 80 manat cərimə borcu olmaqla, cəmi 43.032,48 manat, habelə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqın görə pulun, cəmi 61 manat məbləğində məhkəmə xərcinə görə pulun tutulması, Cavabdeh1, Cavabdeh5, X3, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 120 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərinda yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Abşeron qəsəbəsi, X8 küçəsində xüsusi mülkiyyətdə və üzərində yerləşən 213.8 kv.m ümumi 133.4 kv.m yaşayış sahəsindən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 220000 manat müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3127/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-61/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin və ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərinda yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi evinin satış qiymətinin 219.500 manat müəyyən edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, X8 küçəsində mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərinda yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin evdən çıxarılması, boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.02.2020-ci il tarixli, 2(102)-834/2020 saylı qərarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-3127/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3127/2019 saylı, 26.08.2019-cu il tarixli qətnaməsi əsasında 24.04.2020-ci il tarixdə icra vərəqəsi verilmiş, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 32/16 saylı, 21.07.2020-ci il tarixli sifariş məktubu əsasında ipoteka predmetinin açıq hərracda satışı təşkil olunmuşdur. İş materiallarına əlavə olunmuş hərracın yekunları barədə 44/08 saylı, 03 noyabr 2020-cı il tarixli protokolun surətindən görünür ki, Cavabdeh4 məxsus Abşeron rayon, Saray qəsəbəsi, X8 küçəsində olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 7 nömrəli fərdi yaşayış evi 139931,25 manata İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 3387 saylı, 16.03.2022-ci il tarixli məktubundan görünür ki, İxtisaslaşdırılmış Təşkilat "Külək” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında Cavabdeh4 məxsus Abşeron rayon, Saray qəsəbəsi, X8 küçəsində olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 213,8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evini əldə edilməsi üçün açıq hərracın yekunlarına dair 03.11.2020-cı il tarixli, 44/08 saylı protokol və 03.11.2020-cı il tarixli alqı-satqı müqaviləsi imzalanmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün DƏDRX-ə müraciət edilmişdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 17.05.2021-ci il tarixli, 11635 saylı arayışından görünür ki, Cavabdeh1 15.11.2015-ci ildən 08.05.2021-ci ilə kimi 43032,48 manat borcun illik 5 faizi 11783,82 manat təşkil edir. İddiaçı qapalı səhmdar cəmiyyətinin iddia tələbini Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımi qaydada icra edilməməsi faktı özü-özlüyündə Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçı təşkilat onun pulundan cavabdehlərin gəlir əldə etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Bununla da cavabdehin iddiaçının pul vəsaitindən faydalanması (gəlir əldə etməsi) halı hazırki işdə yoxdur. Belə olan halda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından, iddiaçının əldən çıxmış fayda formasında vurduğu maddi zərərin əvəzinin ödənilməsi tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka predmetini əldə etdikdən sonrakı dövr üçün də əldən çıxmış faydanı tələb edir ki, bu da qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 3387 saylı, 16.03.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, İxtisaslaşdırılmış Təşkilat "Külək” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında Cavabdeh4 məxsus Abşeron rayon, Saray qəsəbəsi, X8 küçəsində olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 213,8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evini əldə edilməsi üçün açıq hərracın yekunlarına dair 03.11.2020-cı il tarixli, 44/08 saylı protokol və 03.11.2020-cı il tarixli alqı-satqı müqaviləsi imzalanmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün DƏDRX-ə müraciət edilmişdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)- 3913/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-419/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-419/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver