Məhkəmə qərarları › İş №2(105)-423/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-423/2023

22.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-423/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(067)-11/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Hacılar kəndində mülkiyyətində olan 11.03 ha torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə aradan qaldırılması və mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Aqrar islahat Komssiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvülərinə Xaçmaz rayonu Hacılar kəndi ərazisindən 11,03 ha torpaq sahəsi verilmiş, hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-0092 saylı, 30210028 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh torpaq sahəsi onun torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdeh özbaşına olaraq onun torpaq sahənin 1 ha hissəsini öz torpaq sahəsinə birləşdirərək, istifadə etdiyinə görə 2014-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(067)-121/2014 nömrəli qətnaməsi ilə Cavabdeh qanunsuz sahibliyindən 1.0 ha torpaq sahəsinin alınaraq ona qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmiş və xx.xx.2014-cü il tarixdə icra edilmiş torpaq sahəsi onun istifadəsinə qaytarılmışdır. Torpağından təyinatına ğörə bir neçə il istifadə etsə də, hazırda cavabdeh torpaqdan istifadəsinə maneçilik törədir, əraziyə girib müəyyən işləri görməyə imkan vermir, nəticədə torpaq sahəsindən istifadə edə bilmir. Dəfələrlə bu barədə cavabdehlə söhbət olsa da cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. O, əraziyə gedən kimi ona hədə-qorxu gəlir, maneələr yaradır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh tərəfindən törədilən maneələrin nədən ibarət olmasını, mülkiyyətində olan torpaq sahəsindən hansı səbəbdən istifadə edə bilməməyinin səbəblərini araşdırmamış, ekspert və mütəxsəsis rəyinə istinad edərək qərar almışdır ki, cavabdeh torpaq sahəsindən istifadə etmir. Halbuki, tələbi cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, konkret olaraq torpaq sahəsinin hasara alınmasına cavabdehin imkan verməməsi barədədir. Qətnamədən belə anlaşılır ki, guya Cavabdeh qanunsuz sahibliyindən öz əmlakını, yəni torpaq sahəsini geri tələb etmiş və ekspert və mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh ona məxsus torpaq sahəsindən istifadə etmir. Halbuki onun belə bir tələbi yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi və o, həmçinin izahatında göstərdi ki, həqiqətən də iddiaçıya mübahisəli ərazidə hər hansı bir işlər aparılmasına mane olur. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddia tələbinə əsasən cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməsinə dair mötəbər sübut əldə edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.4. maddəsi təşkil edir. Xaçmaz rayonu, Hacılar kəndində yerləşən 11,03 ha torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinin, həmin kənd ərazisində yerləşən 11,97 ha torpaq sahəsinin cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olması, eləcə də iddiaçıya məxsus torpaq sahəsinin1,0 ha hissəsinin məhkəmə aktına əsasən Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4. maddəsi). Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçı mülkiyyətində olan 11.03 ha torpaq sahəsinə cavabdeh tərəfindən törədilən mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasından ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbinin cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmalı olmasına əhəmiyyət vermədən iş üzrə keçirilmiş müvafiq ekspert rəyinə istinadən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunduğunun mötəbər sübutlarla təsdiq olunmamasına əsaslanmışdır. Halbuki mübahisənin məhz torpaq sahəsindən istifadəyə görə deyil, iddiaçının özünə məxsus torpaqdan istifadəsinə cavabdeh tərəfindən yaradılan maneədən ibarət olduğu aşkardır. Məhkəmə kollegiyasının iclasında da cavabdeh iddiaçıya həmin torpaq sahəsində torpaqdan təyinatına görə istifadəyə maneəçilik törətməsini (əraziyə texnikanın girməsinə, ərazidə xəndək qazılması və dövlət aktında göstərilən cizgilər daxilində hasara alınmasına imkan verməmiş) qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında cavabdehin özünün vediyi izahatında da öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildiyindən, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus Xaçmaz rayonu, Hacılar kəndində mülkiyyətində olan 11.03 ha torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə aradan qaldırılsın və mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (X2, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar