Məhkəmə qərarları › İş №2(105)-426/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-426/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-426/2022 14.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(029)-658/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(029)-658/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 1515,01 manat məbləğində əsas borc və 608,63 manat faiz borcu olmaqla, ümumilikdə 2123,64 manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 1515,01 manat məbləğində əsas borc və 608,63 manat faiz borcu olmaqla, ümumilikdə 2123,64 manat borcun və 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə bağlanmış xx.xx.2019-cu il tarixli, 301804-543204/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 19 faiz dərəcəsi ilə 12 ay müddətinə 5340 manat məbləğində kredit verilmişdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, cavabdeh banka olan borcunu ödəməmişdir. xx.xx.2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 1515,01 manat məbləğində əsas borcu və 608,63 manat faiz borcu olmaqla, ümumilikdə 2123,64 manat məbləğində kredit borcu yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 301804-543204/2 nömrəli kredit müqaviləsinə əsasən ona 19 faiz dərəcəsi ilə 12 ay müddətinə 5340 manat məbləğində kredit verilmişdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 2019-cu il tarixli, 301804-543204/2 nömrəli istehlak krediti müqaviləsinə 1 nömrəli əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq 2020-ci ilin yanvar ayından başlayaraq xx.xx.2020-ci il tarixdə 31931 nömrəli qəbzlə 500 manat, xx.xx.2020-ci il tarixdə 7528 nömrəli qəbzlə 500 manat, xx.xx.2020-ci il tarixdə 31194 nömrəli qəbzlə 500 manat, xx.xx.2020-ci il tarixdə 24487 nömrəli qəbzlə 500 manat, xx.xx.2020-ci il tarixdə 1426 nömrəli qəbzlə 500 manat, həmin günü yenə xx.xx.2020-ci il tarixində 16482 nömrəli qəbzlə 500 manat, xx.xx.2020-ci il tarixdə 12647 nömrəli qəbzlə 500 manat, xx.xx.2020-ci il tarixdə 14763 nömrəli qəbzlə 300 manat, xx.xx.2020-ci il tarixdə 19674 nömrəli qəbzlə 600 manat, xx.xx.2021-ci il tarixdə 24376 nömrəli qəbzlə 1561 manat, ümumilikdə 5961 manat kredit ödənişini terminal vasitəsi ilə İddiaçı açıq səhmdar cəmiyyətinin hesabına köçürmüş və bu köçürmələri təsdiq edən qəbzləri hər ayda banka təqdim etmişdir. Kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 19% dərəcəsi ilə 5340 manat məbləğində verilmiş, kreditin 12 ay üzrə hesablanmış faiz məbləği kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq 565,39 manat hesablanmışdır ki, bu da ümumi olaraq onun tərəfindən banka 5905,39 manat məbləğin odənilməli olduğunu təsdiq edir. Qeyd edilən kredit müqaviləsi üzrə iddia qaldırılanadək, yəni xx.xx.2021-ci il tarixə onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına yuxarıda qeyd edilən ödəniş çeklərinə əsasən 5961 manat odəniş etməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona qarşı 1515,01 manat əsas borc və 608,63 manat faiz borcu olmaqla, ümumilikdə 2123,64 manat məbləğində iddia qaldırmış, məhkəmə də qeyd olunan iddia tələbinin tam təmin edilməsinə dair xx.xx.2021-ci il tarixli, 2(029)-658/2021 saylı qətnamə qəbul etmişdir. O, banka faizi ilə birlikdə 5905,39 manat odəməli olduğu halda, 5961 manat odəniş etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən həm də 12 mart 2020-ci il tarixli, 301804-543204/3 nömrəli kredit müqaviləsinə əsasən 15,5 faiz dərəcəsi ilə 18 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh ödədiyi məbləğlər həm də bu kredit müqaviləsi üzrə olmuş və bu kredit tam bağlanmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 20 dekabr 2019-cu il tarixli, 301804-543204/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla, 5340,00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 09 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 dekabr 2019-cu il tarixli, 301804-543204/2 nömrəli kredit müqaviləsi üzrə 09 iyun 2021-ci il tarixə banka 1515,01 manat əsas borcu və 608,63 manat faiz borcu olmaqla, cəmi 2123,64 manat borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli xəbərdarlığının surətindən görünür ki, Cavabdeh borc məbləğinin 14 aprel 2021-ci il tarixədək ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh bankla bağlanmış (LD**********) 20 dekabr 2019-cu il tarixli, 301804-543204/2 nömrəli kredit müqaviləsinə əsasən 19 faiz dərəcəsi ilə 12 ay müddətinə 5340 manat məbləğində kredit götürmüşdür, qeyd olunan kredit müqaviləsi üzrə əsas borc üzrə 1748,81 manat, faiz borcu üzrə 343,34 manat, gecikmiş əsas borc üzrə 2076,87 manat, gecikmiş faiz borcu üzrə 176,51 manat, ümumi ödəniş 4345,53 manatdır, 09 iyun 2021-ci il tarixə borcalanın banka 1515,01 manat əsas borc və 608,63 manat faiz borcu olmaqla, cəmi 2123,64 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 261 gün təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh bankla bağlanmış (LD**********) 12 mart 2020-ci il tarixli, 301804-543204/3 nömrəli kredit müqaviləsinə əsasən 15,5 faiz dərəcəsi ilə 18 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür, qeyd olunan kredit müqaviləsi üzrə əsas borc üzrə 1130,13 manat, faiz borcu üzrə 240,02 manat, gecikmiş əsas borc üzrə 3869,87 manat, gecikmiş faiz borcu üzrə 568,84 manat, ümumi ödəniş 5808,86 manatdır, hal-hazırda kreditin qalıq məbləği 0,00 manat təşkil edir (kredit bağlıdır). İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 02 iyun 2022-ci il tarixli, 9/2944 saylı rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 301804-543204/2 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh müqavilə bitdiyi müddətə yəni xx.xx.2020-ci il tarixə banka əsas borcu 1572,79 manat, faiz borcu 53,96 manat müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 20 dekabr 2019-cu il tarixli, 301804-543204/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla, 5340,00 manat məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması mülki işin materialları ilə də inkar edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 1515,01 manat məbləğində əsas borcun və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun tutulması nəticəsinə gəlmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 02 iyun 2022-ci il tarixli, 9/2944 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 301804-543204/2 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh müqavilə bitdiyi müddətə, yəni xx.xx.2020-ci il tarixə banka faiz borcu 53,96 manat müəyyən olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 53,96 manat faiz borcu tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Belə ki, həmin dəlillər iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 02 iyun 2022-ci il tarixli, 9/2944 saylı rəyi ilə təkzib edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, faiz borcuna aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manatın 50 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 50 manatı Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(029)-658/2021 saylı qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 53,96 (əlli üç manat 96 qəpik ) manat faiz borcu tutulsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 50 (əlli) manatı Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar