Məhkəmə qərarları › İş №2(105)-427/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-427/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-427/2021 24.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(012)-2248/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(012)-2248/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə Cavabdeh 682,80 ABŞ dolları əsas borc, 26 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə 1088 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 1796,80 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus “Opel Astra” minik (tip-xetçbek, buraxılış ili- 1998, ban- WOL0TGF48X5060297, rəngi-tünd göy met., dövlət nömrə nişanı - ** BM ***) markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 1796,80 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin ümumi qaydada icra edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 18 yanvar 2013-cü il tarixli, 949 saylı kredit müqaviləsi üzrə yaranmış 682,80 ABŞ dolları məbləğində əsas borc, 26 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, 1088 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə yaranmış borc olmaqla, cəmi 1796,80 ABŞ dolları məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan “Opel Astra” minik (tip-xetçbek, buraxılış ili-1998, ban- WOL0TGF48X5060297, rəngi-tünd göy metal, dövlət nömrə nişanı - ** BM ***) markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə, çatışmayan məbləğin “İcra haqqında” qanunun tələblərinə əsasən cavabdehdən cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 18 yanvar 2013-cü il tarixdə cəmiyyətin Sumqayıt filialı ilə Cavabdeh arasında 949 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh avtomobil alınması məqsədi ilə illik 26%, ödəniş müddəti keçmiş kredit üçün illik 52%-lə ödəmək şərti ilə bank tərəfindən 4300 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit 24 ay müddətinə verilməklə bitmə tarixi qarşılıqlı razılaşmaya əsasən 18 iyun 2015-ci il tarixədək müəyyən olunmuşdur. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 18 yanvar 2013-cü il tarixdə 949 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Opel Astra" minik (tipxetçbek, buraxılış ili-1998, ban-WOL0TGF48X5060297, rəngi-tünd göy metal, dövlət nömrə nişanı-** BM ***) markalı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi tərəflər arasında imzalandıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının DİN BDYPİ-də ipotekanın qeydiyyatı aparılmış və 18 yanvar 2013-cü il tarixdə AA 073074 saylı şəhadətnamə verilmişdir. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra cəmiyyətin Sumqayıt filialı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq həmin kreditin əsas məbləği və ona hesablanmış faizlərdən ödəniş edilməmişdir. Cavabdehlə aparılan danışıqlar və rəsmi xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini icra etməmiş və bu günə kimi mövcud borclarını ödəməmişdir. Nəticədə kredit borcu ödənməmişdir. Bununla da banka zərər dəymişdir. Belə ki, cavabdehin 06 fevral 2019-cu il tarixinə 682,80 ABŞ dolları əsas borcu, 26 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, illlik 26 faiz hesablanmaqla 1088 ABŞ dolları əldən çıxmış fayda olaraq, cəmi 1796,80 ABŞ dolları kredit borcu vardır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə iddianın təmin edilməsini əsassız və qanunsuz hesab edir. Belə ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ona qarşı müraciət etdiyi iddia üzrə məhkəmə iclaslarının bildirişini almamışdır. O, qeydiyyatda olduğu ünvanda yaşamır. Həmin ünvana göndərilən bildirişlər ona çatmadığından məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan əlavə, İddiaçı açıq səhmdar cəmiyyəti ilə onun arasında 18 yanvar 2013-cü il tarixdə bağlanan kredit müqaviləsi üzrə kreditin məbləği ABŞ dolları ilə olmuş və onda 1 ABŞ dolları 0,78 AZN idi. Həmin kredit müqaviləsi üzrə aylıq ödənişləri 2015-ci il fevralında baş verən birinci devalivasiyaya kimi vaxtlı-vaxtında ödəmiş və əsas borc olaraq 685 ABŞ dolları borcu qalmışdır. 2015-ci ildə baş verən birinci və ikinci devalivasiyadan sonra ABŞ dolları manata nisbətdə iki dəfə bahalaşdığından, həmçinin heç bir yerdə işləmədiyindən ödəmə qabilliyyəti olmamış və ödənişləri etməmişdir. Hazırda əsas borcunu qəbul edir və onu ödəməyə hazırdır. Onun 2015-ci ilin 21 dekabrına olan kredit borcu 685 ABŞ dolları olaraq, 10000 ABŞ dollarınadək və ya 17000 manatadək təşkil etdiyi və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşdüyü halda, həmin Fərmanın tələbləri pozularaq ona bu günədək hər hansı kompensasiya məbləği ödənilməmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, faiz borcuna və əldən çıxmış faydaya görə borca dair olan hissələrdə dəyişiklik edilməli, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan 18 yanvar 2013-cü il tarixli, 949 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh illik 26 faiz olmaqla 18 yanvar 2015-ci il tarixədək 4300 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 18 yanvar 2013-cü il tarixli, 949 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2013-cü il tarixli, 949 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh məxsus olan “Opel Astra” minik (tip-xetçbek, buraxılış ili- 1998, ban- WOL0TGF48X5060297, rəngi-Tünd göy metal) markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AB seriyalı, 856863 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan 18 yanvar 2013-cü il tarixli, 073074 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestri”ndən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus “Opel Astra” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh 18.01.2013-cü il tarixli, 949 saylı kredit müqaviləsi üzrə 05.02.2019-cu il tarixə olan əsas borcu 682,80 ABŞ dolları, kredit müqaviləsi üzrə ödəniş müddətinə qədər faiz borcu 26 ABŞ dolları, 18 yanvar 2015-ci il tarixdən 05 fevral 2019-cu il tarixədək əldən çıxmış fayda 1088 ABŞ dolları təşkil edir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh ünvanlanmış 30 iyun 2015-ci il tarixli xəbərdarlıqdan görünür ki, kredit borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh ünvanlanmış 10 iyul 2017-ci il tarixli bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə ünvanlanmış 641/17 saylı, 17 avqust 2017-ci il tarixli ərizədən görünür ki, cəmiyyətin xeyrinə yüklü edilmiş Cavabdeh məxsus “Opel Astra” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildiriş 21 avqust 2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş Audit” məhdud məsuliyyətli cəmiyyətinin 26.02.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus “Opel Astra” minik (tip-xetçbek, buraxılış ili-1998, ban- WOL0TGF48X5060297, rəngi-Tünd göy metal, dövlət nömrə nişanı - ** BM ***) markalı avtomobilin 23.02.2021-ci il tarixə likvid dəyəri 7000-7500 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 12 oktyabr 2021-ci il tarixli, 9/6812 saylı rəyindən görünür ki, 18 yanvar 2013-cü il tarixli, 949 saylı kredit müqaviləsi üzrə 18.01.2015-ci il tarixinə Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə əsas borcu 1135,54 ABŞ dolları, faiz borcu 14,76 ABŞ dolları, 05.02.2019-cu il tarixə əsas borcu 675,49 ABŞ dolları, faiz borcu 602,52 ABŞ dollarıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Həmin Qərardan görünür ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.3-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. İddia ərizəsindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehdən 26 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, 1088 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə yaranmış borcu tələb etmiş, birinci instansiya məhkəməsi də iddia tələblərini həmin hissədə təmin etmişdir. İş üzrə keçirilmiş ekspertizanın 12 oktyabr 2021-ci il tarixli, 9/6812 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə müqavilə müddətinin sonuna faiz borcu 14,76 ABŞ dolları, 05.02.2019-cu il tarixə faiz borcu (əldən çıxmış faydaya görə) 602,52 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna və əldən çıxmış faydaya görə borca dair olan hissələrdə dəyişiklik edilməli, Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə faiz borcuna görə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 14,76 ABŞ dolları, əldən çıxmış faydaya görə 602,52 ABŞ dolları tutulmalıdır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. İş üzrə keçirilmiş ekspertizanın 26.02.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus “Opel Astra” minik (tip-xetçbek, buraxılış ili-1998, ban- WOL0TGF48X5060297, rəngi-Tünd göy metal, dövlət nömrə nişanı - ** BM ***) markalı avtomobilin 23.02.2021-ci il tarixə likvid dəyəri 7000-7500 manat məbləğində təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan “Opel Astra” minik (tip-xetçbek, buraxılış ili-1998, ban- WOL0TGF48X5060297, rəngi-Tünd göy metal, dövlət nömrə nişanı - ** BM ***) markalı avtomobilin açıq hərracda ilkin satış qiyməti 7500 manat müəyyən edilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 12.10.2021-ci il tarixli, 9/6812 saylı ekspert rəyi ilə təkzib edilir. Cavabdeh Cavabdeh borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşməsinə dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, faiz borcuna və əldən çıxmış faydaya görə borca dair olan hissələrdə dəyişiklik edilməli, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 145 manat Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(012)-2248/2019 saylı qətnaməsinə qismən, faiz borcuna və əldən çıxmış faydaya görə borca dair olan hissələrdə dəyişiklik edilsin, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilsin. Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə faiz borcuna görə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 14,76 (on dörd dollar 76 sent) ABŞ dolları, əldən çıxmış faydaya görə 602,52 (altı yüz iki dollar 52 sent) ABŞ dolları tutulsun. İpoteka predmeti olan Cavabdeh məxsus “Opel Astra” minik (tip-xetçbek, buraxılış ili- 1998, ban- WOL0TGF48X5060297, rəngi-Tünd göy metal, dövlət nömrə nişanı - ** BM ***) markalı avtomobilin açıq hərracda ilkin satış qiyməti 7500 manat (yeddi min beş yüz) manat müəyyən edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar