Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-431/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh: Cavabdeh2, Cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 15540,88 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 10438,36 ABŞ dolları faiz, 1500 ABŞ dolları cərimə borcu, cəmi 27479,24 ABŞ dolları borc (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15540,88 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 10438,36 ABŞ dolları faiz, 7038,43 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 33017,67 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli ********* saylı ssuda hesablı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz olmaqla 36 ay müddətinə 18900 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə bank arasında 22 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. ********* saylı ssuda hesablı kredit müqaviləsinin vaxtı 22 oktyabr 2017-ci il tarixdir. Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 15540,88 ABŞ dolları əsas, 10438,36 ABŞ dolları faiz, 7038,43 ABŞ dolları cərimə, ümumilikdə 33017,67 ABŞ dolları borcu vardır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən qərəzli olaraq yayınmışlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Kreditorla və onun arasında bağlanan 22 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin «zaminliyə xitam verilməsi» bölməsində qeyd edilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda, iddia isə məhkəmə tərəfindən 14 may 2020-ci ildə baxılmışdır, yəni 22 oktyabr 2017-ci il tarixində vaxtı qurtarmış kredit müqaviləsinin mübahisələndirilməsi barədə məhkəməyə ən azı 2 il 5 aydan sonra müraciət edilmişdir. İddiaçı uzun müddət saxlayıb, sonradan şişirdilmiş məbləğin tələbi qəsdən edilmiş haqsızlıqdır, əsassız tələbdir. Məhkəmə iddia tələbindən kənara çıxaraq, əsassız hesablanmış faiz və cərimə ilə birlikdə əsas borcun tək ondan tutulmasını qət etmişdir. Hansı ki, borcalan vəfat edənə kimi 01 sentyabr 2016-cı il tarixədək özü ödəmələri keçirirdi. Bank tərəfindən borcun ödənilməsi üçün ona heç bir xəbərdarlıq edilməmişdir. Qətnamənin mövcudluğu barədə icra şöbəsində bilmişdir. Qobustan Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli 2(026)- 99/2020 saylı qətnaməsinin icraata xitam verməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 və nümayəndəsi H.Q.Əzizova apellyasiya şikayətini müdafiə etdilər, ona oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zaminlik müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli ********* saylı ssuda hesablı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz olmaqla 36 ay müddətinə 18900 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə bank arasında 22 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. ********* saylı ssuda hesablı kredit müqaviləsinin vaxtı 22 oktyabr 2017-ci il tarixdir. Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 15540,88 ABŞ dolları əsas, 10438,36 ABŞ dolları faiz, 7038,43 ABŞ dolları cərimə, ümumilikdə 33017,67 ABŞ dolları borcu vardır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən qərəzli olaraq yayınmışlar. İşdə olan Qobustan rayonunun qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 sentyabr 2016-cı il tarixli AZ-İ seriyalı 813952 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 01 sentyabr 2016-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 01 sentyabr 2016-ci il tarixdə vəfat etmiş Cavabdeh1 hüquqi varisi barədə qanunla müəyyən olunmuş qaydada sənəd məhkəməyə təqdim olunmamışdır. İş materiallarına əlavə edilmiş 22 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin surətində göstərilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik faiz dərəcəsi 20 % olmaqla 36 ay müddətinə 18900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 22 oktyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 15540,88 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 10438,36 ABŞ dolları faiz, 7038,43 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 33017,67 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə qətnamənin zamin hissəsində ləğv edilməsi barədə tələbini əsaslı hesab edir və birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın təmin olunması barədə gəldiyi nəticəni düzgün hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası nərəzə alır ki, 22 oktyabr 2014-cü il tarixli 370004644/ZM saylı zaminlik müqaviləsindən 5.1.4-cü maddəsindən görünür ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdıgı gündən 1 (bir) il ərzində kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürülmadiyi halda zaminliyə xitam verilir. İşdə olan 22 oktyabr 2014-cü il tarixli 370004644/ZM saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. İş materialları müəyyən edilir ki, zaminlik müqaviləsi Cavabdeh2la 22 oktyabr 2014cü il tarixdə 36 ay müddətinə bağlanmış, həmin müqavilənin müddəti 22 oktyabr 2017-ci il tarixdə bitdiyi halda, iddiaçı məhkəməyə iddia ərizəsi ilə 20 fevral 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin bu iş üzrə 14 may 2020-ci il tarixli 2(026)-99/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-431/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-431/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver