Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-433/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh Ziyadin oğluna qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi, pulun tələb edilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı ASC-nin (ləğv prosesindədir) nümayəndəsi Nümayəndə3, Cavabdeh Ziyadin oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2(060)-6174/2022 saylı qətnaməsindən İddiaçı ASC-nin (ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 1278,19 (bir min iki yüz yetmiş səkkiz dollar, 19 sent) ABŞ dolları-bundan 251,18 (iki yüz əlli bir dollar, 18 sent) ABŞ dolları əsas, 85,86 (səksən beş dollar, 86 sent) ABŞ dolları faiz, 910,10 (doqquz yüz on dollar, 10 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,05 (otuz bir dollar, 05 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 41,73 (qırx bir manat, 73 qəpik) manatın Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2601 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 31% dərəcəsi ilə 2174 (iki min yüz yetmiş dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 1649,12 (bir min altı yüz qırx doqquz dollar, 12 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2016-cı il tarixə kimi uzadılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 2 saylı Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilmiş, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1619,77 (bir min altı yüz on doqquz dollar, 77 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1,40 manat məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1278,19 (bir min iki yüz yetmiş səkkiz dollar, 19 sent) ABŞ dolları təşkil edir. Bundan 251,18 (iki yüz əlli bir dollar, 18 sent) ABŞ dolları əsas, 85,86 (səksən beş dollar, 86 sent) ABŞ dolları faiz, 910,10 (doqquz yüz on dollar, 10 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,05 (otuz bir dollar, 05 sent) ABŞ dolları faiz borcu təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2(060)-6174/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1 ABŞ dolları 1,40 manat hesablanmaqla 251,18 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 11,73 manatının iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 739.1,739.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı LPO "xxxx" ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2(060)-6174/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə qətnamə qət edərkən hər hansı sübuta deyil, ehtimala əsaslanmış, eyni zamanda iddiaçının təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, cavabdehin faiz, cərimə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunu təmin etməməklə kreditorun qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehin bundan sonra öhdəliyini həyata keçirməməsinə şərait yaratmışdır. Məhkəmə əsassız olaraq cavabdehin yalnız əsas borcunu təmin etməklə qalmamış, həmçinin 251.18 ABŞ dolları məbləğində olan bu borcun 1ABŞ dolları = 1.40 Azərbaycan manatı məzənnəsi ilə hesablanmasını qət etmişdir. Məhkəmə bu qərarında bankla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 64805929 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə Əlavə Sazişinin 1.1-ci bəndinə istinad etmişdir. Həqiqətən də tərəflər arasında əldə olunmuş razılıqla cavabdehin 1619.77 ABŞ dolları təşkil edən qalıq borcunu 1 ABŞ dolları = 1.40 Azərbaycan manatı məzənnəsi ilə ödəməsi nəzərdə tutulmuşdur. Lakin həmin müqavilənin 1.6-cı maddəsinə əsasən borcalanın öhdəliklərinin icrası zamanı 30 gündən çox olduqda, Kreditorun təşəbbüsü ilə X5 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X5 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə tərəflər arasında imzalanmış 64805929 saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir. Göründüyü ki, məhkəmənin əsaslandığı müqavilə müddəaları cavabdeh tərəfindən pozulduğuna görə elə həmin müqaviləyə əsasən qüvvədən düşmüşdür. Buna görə də məhkəmənin qətnamədə 1 ABŞ dolları = 1.40 Azərbaycan manatı məzənnəsi müəyyən etməsi əsassız olmuşdur. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi, məhkəmə adıçəkilən Fərmanın müddaəlarını əsas götürərək cavabdehin yalnız əsas borcunu təmin etmişdir. Lakin əgər bu düzgün olsaydı belə, o zaman dollar ilə olan mövcud əsas borc hal-hazırki məzənnə ilə tutulmalıdır. Çünki cavabdehə artıq ödədiyi məbləğ kompensasiya olaraq qaytarılmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi yalnız əsas borca dair hissədə iddianı təmin edib. Habelə qətnamədə məzənnə 1 ABŞ dollarıa münasibətdə 1.40 AZN müəyyən eilmişdir, ancaq bu, əsassızdır. Çünki cavabdehə artıq kompensasiya qaytarılıb. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, o, borc məbləğini ödəyib. Qeyd ediənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2601 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana 18 ay müddətinə, illik 31 (otuz bir) faiz dərəcəsi ilə 2174 ABŞ dolları kredit verilmişdir. -xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 1649,12 (bir min altı yüz qırx doqquz dollar, 12 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2016-cı il tarixə kimi uzadılmışdır. -xx.xx.2015-ci il tarixli 2 saylı əlavə sazişdən görünür ki, kredit restrukturizasiya edilmiş, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1619,77 (bir min altı yüz on doqquz dollar, 77 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1,40 manat məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. -22 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 19 iyul 2022-ci il tarixə hesablanmış banka cəmi borcu 1278,19 (bir min iki yüz yetmiş səkkiz dollar, 19 sent) ABŞ dolları təşkil edir. Bundan 251,18 (iki yüz əlli bir dollar, 18 sent) ABŞ dolları əsas, 85,86 (səksən beş dollar, 86 sent) ABŞ dolları faiz, 910,10 (doqquz yüz on dollar, 10 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,05 (otuz bir dollar, 05 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müəyyən eilmişir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2601 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 31% dərəcəsi ilə 2174 (iki min yüz yetmiş dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 1649,12 (bir min altı yüz qırx doqquz dollar, 12 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2016-cı il tarixə kimi uzadılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 2 saylı Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilmiş, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1619,77 (bir min altı yüz on doqquz dollar, 77 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1,40 manat məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 5.1. bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin edilməlidir. Həmin Fərmanın 6.1. bəndinə əsasən bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edilməlidir. Həmin Fərmanın 6.2. bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. Həmin Fərmanın 6.3. bəndinə əsasən borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməlidir. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Qeyd edilən Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Həmin Fərmanda faizlərin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Fərmanın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasəqn borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 251,18 ABŞ dolları əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. xx.xx.2015-ci il tarixli, 2 saylı əlavə sazişə əsasən 1 ABŞ dolları 1,4 manat hesablanmalıdır. Ona görə də iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 251,18 ABŞ dolları (1 USD =1,40 manat, 251,18x1,4=351,65 manat) olduğundan iddiaçı tərəfindən ödənilmiş 41,73 manat dövlət rüsumunun 30 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 11,73 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2(060)-6174/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı LPO "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-433/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-433/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver