Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-434/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçıASC-nin nümayəndəsi X1, cavabdeh Cavabdeh2 Bahadur oğlunun iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 7405,12 manat əsas, 1352,84 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 8777,96 manat borcun tutulması, tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, satışdan əldə edimiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi, Cavabdeh2 200 manat məbləğində ekspertiza xərcinin alınıb Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156(20A) 1933-cü məhəllə, VÖEN **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov filialı, kod 200093, VÖEN **********, S.W.İ.F.T. AİİBAZ2X m/h Az37NABZ******************** hesaba köçürülməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir ( hakim Etibar Hümbətov). Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsinin qismən, tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində ev boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissəsində ləğv olunması, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutumanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə 7405,12 manat əsas, 1352,84 manat faiz, 1344,75 manat artırılmış faiz (cərimə) olmaqla, cəmi 10102,71 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus, Şamaxı şəhəri, M.Əliyev küçəsində olan, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,5 kv.rn. yaşayış, 55,5 kv.m. köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatında apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnaməni qismən, tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində ev boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissəsində mübahisələndirir. Belə ki, 8777,96 manat borca görə evin satılması düzgün deyildir. Həmin borcu 1 il müddətində ödəmək imkanı var. Qeyd edilən borca görə 50000 manat dəyərindəki evin satılması ağlabatan deyildir. Keçirilmiş ekspertizanın rəyi ilə də razı deyildir. Belə ki, ekspert evin likvid dəyərini 45000 manat müəyyən etməklə evin dəyərini məhkəmə qətnaməsində qeyd edilən məbləğdən də aşağı müəyyən etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsinə əsasən illik 20 faizlə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, 03.07.2013-cü il tarixli 108.CL.030713.00001/a saylı ipoteka müqaviləsinə 02.09.2014-cü il tarixli 1 saylı əlavəyə əsasən, Cavabdeh1 məxsus, Şamaxı şəhəri, M.Əliyev küçəsində mülkiyyətində olan, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,5 kv.m. yaşayış, 55,5 kv.m. köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predrnetinə tutmanın yönəldilməsinə dair ipoteka qoyana bildiriş göndərilmiş, bildiriş reyestr orqanında ərizə ilə qeydə alınmışdır. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Eyni zamanda evin qiymətinin 45000 manat müəyyən edilməsi ilə razıdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində və izahatında birinci instansiya məhkəməsinin qətnaməsini qismən, tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissələrdə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsi ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri 45000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materilallarında olan 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən illik 20 faizlə 30000 manat məbləğində kredit almışdır. İş materilallarında olan 03.07.2013-cü il tarixli 108.CL.03.07.13.00001/a saylı ipoteka müqaviləsi və həmin müqaviləyə 02.09.2014-cü il tarixli 1 saylı əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 02.09.2014-cü il tarixli 108.CL.020914.00001/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 02.09.2014-cü il tarixli, 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 30000 manat məbləğində alınmış krediti və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə öhdəlik götürmüş və zamin olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestir kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 02.09.2014-cü il tarixli, 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 16.10.2019-cu il tarixli, 19/3592 saylı ərizədən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinə tutmanın ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ərizə ilə müraciət etmişdir. İş materiallarında olan 02.08.2019-cu il tarixli 19/0581 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 02.09.2014-cü il tarixli, 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01.10.2019-cu il tarixli, 19/3358 saylı bildirişin surətindən görünür ki, ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi barədə ipotekaqoyan Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12.08.2014-cü il tarixli, 9485 saylı arayışının surətindən görünür ki, Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. İş materiallarında olan 04.12.2019-cu il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 01.08.2019-cu il tarixli, 05/213 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə 01.08.2019-cu il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 7405,12 manat əsas, 1352,84 manat faiz və 1344,75 manat cərimə olmaqla, cəmi 10102,71 manat borcu vardır. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 03.06.2020-ci il tarixli ,17 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 50000 manatdır. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 442, 448, 465.2, 317, 472.2, 467-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qətnamənin mübahisələndirilən tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində ev boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissəsinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan 03.07.2013-cü il tarixli 108.CL.03.07.13.00001/a saylı ipoteka müqaviləsi və həmin müqaviləyə 02.09.2014-cü il tarixli 1 saylı əlavə ilə ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.09.2014-cü il tarixli, 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Qeyd edilənlərə əsaəsn məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tələbin ipoteka premdetinə yönəldilməsi, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan borcun ödənilməsi hissəsindədə əsaslıdır və məhkəmə haqlı olaraq iddianı qeyd edilən hissələrdə də təmin etmişdir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində ev boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissəsində də iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hissədə də iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kolelgiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan hissələrdə əsaslı olduğundan qeyd edilən hissələrdə dəyişdirilmədən saxlanılamlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin likvid dəyəri də müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətini 50000 manat müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(105)434/2021 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş Audit” Konsaltinq MMC-nin 22.04.2021-ci il tarixli, A-01/13 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin hazırki vəziyyətdə likvid dəyəri 45000 manat tışkil edir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsini qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın likvid dəyəri ekspert rəyinə uyğun 45000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)- 131/2020 saylı qətnaməsi ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri 45000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsi ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetinin likvid dəyəri 45000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-434/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-434/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver