Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-434/2024 10.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 2(012)-459/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5200 manat məbləğində əsas borc, 14235 manat məbləğində faiz borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19585 manat məbləğində pulun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2(012)-459/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-459/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-459/2023 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-459/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Məlahət Abbasova). İddiaçı Əhmədov X2 Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2(012)- 459/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(012)- 459/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, həmin qətnaməni poçt vasitəsilə almamış, qətnaməni xx.xx.2023-cü il tarixdə məhkəmədən qəbzi imzalamaqla şəxsən almışdır. Məhz həmin gündən etibarən qanunla nəzərdə tutulmuş müddət ötürülmədən apellyasiya şikayəti vermiş, buna baxmayaraq məhkəmə qeyd olunanları nəzərə almamışdır. Ona görə də məhkəmə qərardadı əsassız olduğuna görə ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-459/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-459/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-459/2023 nömrəli qətnaməsi iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. İş materiallarından görünür ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Göründüyü kimi, qətnamə iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə alınsa da, qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq şikayət vermə müddəti ötürülmüş, xx.xx.2023-cü il tarixədək apellyasiya şikayəti verilməli olduğu halda təqribən 42 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət edilməmişdir. Bu səbəbdən də,birinci instansiya məhkəməsi MPM-nin 363.1.3-cü maddəsinə istinad etməklə apellyasiya şikayətinin geri qaytarılması barədə əsaslı nəticəyə gəlmişdir. İddiaçının prosessual müddətin onun qətnaməni aldığı tarixdən hesablanması barədə dəlili əsassızdır. Belə ki, işdə olan AR-İİ 741928 saylı, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı bir sıra səlahiyyətləri, o cümlədən onun adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi səlahiyyətlərini 5 il müddətinə Nümayəndə1 etibar etmişdir. Göründüyü kimi, İddiaçı bu etibarnamə ilə öz adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini və məhkəmə aktlarından şikayətlərin verilməsini etibar etsə də, vəkili və nümayəndəsi bu səlahiyyətlərdən istifadə edərək qanunla nəzərdə tutulmuş müddət daxilində məhkəmə aktından şikayət verməmiş, buna görə də məhkəmə haqlı olaraq iddiaçının apellyasiya şikayətinin geri qaytarılması barədə qanuni nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-459/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-434/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-434/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver