Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-435/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə olan 17.000 manat məbləğində borc pul, həmin borcun xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə gecikdirilməsinə görə illik beş faiz olmaqla hesablanmış 1770,83 məbləğində pul, məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 141 manat məbləğində pul, etibarnamə verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 18 manat məbləğində pul olmaqla, cəmi 18.929,83 manat məbləğində pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(077)-427/2022 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbinin məhkəmə qaydasında baxılmalı olmaması ilə bağlı göstərilənlər tamamilə əsassızdır və iddianın yolverilməz hesab edilməsi iddiaçının məhkəməyə müraciət etmək hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin yolverilməz hesab edilməsinin əsası kimi göstərilən hal iddiaçının cavabdehdən pulun alınması barədə iddia tələbi irəli sürmək hüququnu istisna etmir və qanunvericilikdə belə bir məhdudiyyət nəzərdə tutulmamışdır. Çünki qeyd olunan iddia tələbi məhkəmə qaydasında baxılmalı olan iddia tələbi olmaqla, iddiaçının məhkəməyə müraciət etmədən də notarius vasitəsilə icra qeydinin verilməsi ilə bağlı hüququ vardır. Yəni iddiaçı icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etmədən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.Göründüyü kimi məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla formal mülahizələrə əsaslanmışdır. Şuşa Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli e-2(077)-427/2022 nömrəli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-427/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Şuşa Rayon Məhkəməsinin 2(077)-427/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən - “gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində ləğv edilmiş və icraata götürülməsi məsələsinə baxılması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması və şikayətin işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Cəmilə Səfiyeva) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərtilə 17000 manat məbləğində borc pul vermişdir. Cavabdeh qeyd edilən borcu qaytarmadığından iddiaçı cavabdehdən 17000 manat məbləğində borcun, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə gecikdirilməsinə görə illik beş faiz olmaqla hesablanmış 1770,83 məbləğində pulun, məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 141 manat məbləğində pul, etibarnamə verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 18 manat məbləğində pul olmaqla, cəmi 18.929,83 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli e-2(077)-427/2022 nömrəli qərardadından görünür ki, həmin qərardadla şikayətin dəlilləri nəzərə alınaraq məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı qismən- “gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində ləğv edilmiş və həmin hissədə iddia ərizəsinin icraata götürülməsi məsələsinə baxılması qərara alınmışdır. Qərardad Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə olan 17.000 manat məbləğində borc pulun tutulması hissəsində dəyişdirilmədən saxlanmışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi borcun mübahisəsiz qaydada notariusun icra qeydi vasitəsilə alınmasını nəzərdə tutur. Lakin iddiaçı iddia tələbində əsas borc məbləği ilə yanaşı gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulmasını xahiş etdiyindən, Şuşa Rayon Məhkəməsinin 2(077)-427/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən - “gecikdirilmiş borca hesablanmış faiz borcu məbləğinin tutulması” hissəsində ləğv edilməli və icraata götürülməsi məsələsinə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə qərardadı ləğv etməklə düzgün nəticəyə gəlmişdir, bu səbəbdən qərardadın tam ləğv olunması barədə şikayətin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin 8-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. “İcra haqqında” AR Qanununun 6.1.4-cü maddələrinə əsasən notariat orqanlarının icra qeydləri məhkəmə qərarları ilə yanaşı icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Şuşa Rayon Məhkəməsinin e-2(077)-427/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı qismən - “gecikdirilmiş borca hesablanmış faiz borcu məbləğinin tutulması” hissəsində ləğv edildiyindən, qərardad qalan hissədə- Cavabdeh “xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 manat məbləğində borc tələbi ilə bağlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: “xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 manat məbləğində borc tələbi ilə bağlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi hissəsində Şuşa Rayon Məhkəməsinin e-2(077)-427/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Həmin hissədə şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-435/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-435/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver