Məhkəmə qərarları › İş №2(105)-437/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-437/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-437/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(027)-1929/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 1830 manat pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi istifadəsi üçün ondan 2000 manat borc pul istəmişdir. xx.xx.2018-ci il tarixində Xaçmaz rayon 1 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlamaqla cavabdehə 2000 manat pul vermişdir. Hər ikisi kredit müqaviləsini imzalamışlar. Cavabdeh aldığı pulu 2 aya yəni, xx.xx.2018-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. İcra qeydinə əsasən onun ödədiyi 10 manat dövlət rüsumu da həmin borcun üstünə gələrək cavabdeh ona 2030 manat borclu idi. Həmin borcdan bu günə qədər cavabdeh ona 200 manat pulu hissə-hissə ödəmişdir. Cavabdeh pulu vaxtında qaytaracağına söz versə də o, buna əməl etməmişdir. Bu səbəbdən də uzunmüddət gözləməli olmuşdur. Hazırda cavabdeh ona 1830 manat pul borcludur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)570\2022 saylı qərarı ilə Cavabdeh AR İXM-nin 528.1-ci maddəsisə əsasən təqsirli bilinərək 500 manat məbləğində cərimə inzibati təbeh tətbiq edilmişdir. Hazırda, icra qeydinin icrası ilə bağlı iş Xaçmaz rayon icra probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icraatındadır. Borc pul ilə əlaqədar mübahisəni öz aralarında həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xaçmaz Rayon Məhkəməsinin 2(027)-1929/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-1929/2022 saylı qətnaməsini ləgv edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə subutlar təqdim edib, lakin məhkəmə həmin subutları “ mötəbər” hesab etməmişdir. Məhkəmənin mötəbər subut dedikdə nəyi nəzərdə tutması ona aydın deyildir. Cavabdeh ona 1810 ( min səkkiz yüz) manat borcludur. Xaçmaz Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 3(067-570/2022) saylı qərarı ilə cavabdeh Tural Yəhyəyev AR İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində cərimə inzibati tabeh tətbiq edilmişdir. Hazırda icra qeydinin icrası mümkün olmadığından Xaçmaz rayon icra probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşov icra qeydini geri qaytarmışdır. Borc pul ilə əlaqədar mübahisəni öz aralarında həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə prosesi zamanı cavabdeh onun xeyrinə qərar çıxarılacagından ehtiyat edərək məhkəməyə gəlməmiş , lakin son nəticədə hakim cavabdehin xeyrinə qərar qəbul etmişdir. Məhkəmə qətnaməsində göstərilən cavabdehin ona 1830 manat borcunun olması barədə sənədin əldə edilməsi üçün İcra və Probasiya şöbəsinə sorğu göndərməmiş, tez tələsik qərar qəbul etmişdir. Halbuki icra məmuru Vidadi Dadaşovun icraatında olan icra qeydi və onun arayışı onun haqlı oldugunu tam təsdiq edərdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh ona borcludur. Cavabdehə 2000 manat borc verib. Borc məbləğindən cəmi 200 manat məbləğində poçt vasitəsilə ödəniş edib. Qalan hissəni ödəməyib. Müqavilə üzrə icra qeydi var, icra qeydinin icrasını tələb etməyib, icra qeydi ləğv edilməyib. Bu səbəbdən apellyasiya şikayətimin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1929/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(027)-1929/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ilə cavabdeh Əbülfəz Yəhyəyev arasında xx.xx.2018-ci il tarixində Xaçmaz rayon 1 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlamaqla cavabdehə 2000 min manat pul verilmişdir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildə Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən icra qeydi verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan pul mübahisəsinə dair icra qeydi verildiyindən, iddiaçı cavabdehin ona 1830 manat borcu olmasını təsdiq edən müvafiq icra şöbəsindən alınmış arayışı təqdim etməməsi əsasə ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmarayarq qeyd edir ki, iş materiallarından və iddiaçının izahatından müəyyən edilir ki, hazırki mübahisə ilə bağlı notariat orqanı tərəfindən icra qeydi verilmişdir. “İcra haqqında” AR Qanununun 6.1, 6.1.4-cü maddələrinə əsasən notariat orqanlarının icra qeydləri məhkəmə qərarları ilə yanaşı icra sənədləri sayılır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında arasında bağlanmış müqavilə əsasında notariat orqanı tərəfindən işin icraata yönəldilməsi üçün icra qeydi verilmiş və bununla da mübahisə məhkəmədən kənar həll edildiyindən, İddiaçı hazırki iddiasına məhkəmə qaydasında baxılmalı deyildir. Başqa sözlə, hazırki mübahisə üzrə artıq məcburi qüvvəyə malik icra sənədi olduğundan ona yenidən məhkəmədə baxıla bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, müqaviləsi üzrə icra qeydi hazırki gündə ləğv edilməmişdir və qanuni qüvvəsindədir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra məmurları qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 28.2-28.4-cü maddələrinə əsasən icraatda tərəflər tələbkar və borcludur. Xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Azərbaycan Respublikası MPM-nin 261.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilmləklə ləğv edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddia ərizəsinin qəbulundan imtina etmək əvəzinə, iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmış, məhkəmə araşdırması zamanı da həmin hallara diqqət yetirməmiş, bununla da yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2 -ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 391-ci maddəsinə görə isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı icra qeydinin icrası ilə əlaqədar Xaçmaz rayon İcra və probasiya şöbəsinə müraciət etməlidir. Qeyd ediləblərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(027)-1929/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 372.1, 372.6, 372.7, 391, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(027)-1929/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar