Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-44/2020 01.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X15 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 16377/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16377/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 56/1-də yerləşən 16 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir (hakim İ.M.Mahmudov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16377/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 56/1-də yerləşən 16 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-l6377/2017 saylı qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən maddi hüquq və prosessual hüquq normaları kobud şəkildə pozulduğundan, düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, habelə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi qanunsuzdur və apelyasiya qaydasında ləğv olunmalıdır. Belə ki, mübahisəli mənzilin dövlət fondunda aid olduğunu hesab edən məhkəmə bu barədə heç bir araşdırma aparmamış, daha doğrusu öz məqsədinə nail olmaq üçün yalanları öz qətnaməsində qeyd etmişdir. Apelyasiya şikayətinə əlavə etdiyi DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, **********08 saylı məktubu ilə də müəyyən edildiyi kimi X8 adına verilmiş Sumqayıt şəhəri XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1976-cı il tarixli, 08/46 saylı orderinə və sair sənədlərə əsasən ictimai mənzil fonduna aid olan Sumqayıt şəhəri, 3-cü mik., ev 56/1, 16 saylı mənzil xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə X1 adına tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, X6 həmin mənzili X17 bağışlayaraq sonuncunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2017- ci il tarixli RX seriyalı ******* saylıi çıxarışlar rəsmiləşdirilmişdir. Hazırda mübahisəli mənzil dövlət fonduna aid olmamaqla xüsusi mülkiyyətdədir. Həmin mənzilin ilkin mülkiyyətçisi olan X6 hazırki iş üzrə cavabdehə qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2013-cü il tarixli, 2(060)-4228/2013 saylı qətnaməsinə əsasən iddiaçı X2 Cavabdeh qarşı Sumqayıt şəhəri, 3-cü mikrorayon ev 56/1, 16 nömrəli mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin məhkəmə qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-335/2014 saylı qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. Sonrakı mülkiyyətçi X21 isə Cavabdeh istifadə hüququ ilə yüklü vəziyyətdə mənzili öz mülkiyyətinə keçirmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxxxxx 2011-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. «Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir. MPM-nin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Həmin Plenum qərarında o da müəyyən edilmişdir ki, MPM-nin 357-ci maddəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququ olan subyektlərin dairəsi göstərilmişdir. Burada apellyasiya şikayətinin işdə iştirak edən şəxslər (iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər), həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər tərəfindən verilməsi nəzərdə tutulmuşdur. AR MPM-nin 357.2-ci maddəsinin birinci cümləsinə əsasən apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, AR MPM-nin 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasmı araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında da bu məsələyə toxunan məhkəmə qeyd etmişdir ki, ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırda mübahisəli mənzil başqa şəxsin mülkiyyətində olduğu halda, İddiaçı həmin mənzillə bağlı tələb irəli sürmək hüququna malik deyildir. Onun cavabdehin əvəzindən də kommunal xərcləri ödəmək məcburiyyətində qalması mümkün olmamaqla, cavabdehin həmin mənzildən qeydiyyatdan çıxmaması İddiaçı qanunla qorunan hər hansı hüququnun pozulmasına səbəb ola bilməz. Çünki İddiaçı həmin mənzilə hər hansı hüququ mövcud deyildir. Subyektiv hüquqa malik olmayan şəxsin iddiası üzrə tələbi təmin edən məhkəmə prosessual hüquq normalarını kobud şəkildə pozaraq yetərincə araşdırma aparmamamış, nəticədə onun Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi hüququnu pozmuşdur. Bundan əlavə məhkəmə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-3124/2014 saylı qiyabi qətnaməsinə istinad edilməsi kobud pozuntu olmuşdur. Çünki istinad edilən qətnamə hakim tərəfindən düşünülməmiş şəkildə qəbul edilmiş qətnamə olmaqla, həmin qətnamə onun özü tərəfindən ləğv edilmiş, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan qiyabi qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 04 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin qərarın 3.1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Mübahisələndirdiyimiz məhkəmə qətnaməsindən görünür ki, məhkəmənin gəldiyi nəticə onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16377/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı nümayəndəsi X16 izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçı X2 cavabdeh İddiaçı qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair və iddiaçı Cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə, X3 və X17 qarşı “qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların ləğvi” tələbinə dair mülki iş vardır. Hesab edir ki, ilkin mərhələdə həmin mülki işlərə baxılmadan hazırki işə baxılması qeyri-mümkündür. Qeyd olunanları nəzərə alıb İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16377/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında dəvət edilmiş İddiaçı və Cavabdeh, 3-cü şəxs X25 Hakimiyyəti məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mahiyyətcə düzgün nəticəyə gəlsə də, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarında olan 21,07.1976-cı il tarixli orderdən görünür ki, Sumqayıt şəhəri, 3-cü mkr, ev 56/1, mənzil 16 3 nəfər ailə üzvü ilə birlikdə (özü, iddiaçı və digər oğlu) X9 verilmişdir. İş materiallarına əlavə edilmiş olüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X7 arasında xx xxxxxx 1984-cü ildə 1157 №-li nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1983-cü ildə anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)- 4228/2013 saylı qətnaməsindən görünür iddiaçı X2 Cavabdeh şqarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-335/2014 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-1408/2014 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 X25 Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı övladlığa götürülmənin ləğvi tələbinə dair iddiası təmin edilmiş, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh övladlığa götürülməsi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, qonşular bildirmişdir ki, Rəsulov X14 şəhəri, 3-cü mikrorayon, ev 56/1-də yerləşən 16 saylı mənzildə heç vaxt yaşamamışdır. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8004/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 56/1, 16 say1ı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1526/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardalı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8004/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1238/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə, X3 və X17 qarşı qeydiyyatın, bağışlama müqaviləsinin və çıxarışların ləğvi tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(102)- 7628/2019 saylı,xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7628/2019 saylı Qərarı ilə apelyasiya instansiyasının qətnaməsi dəyişdirtilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-500/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3 və X17 qarşı mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 1/56, mənzil 16-ya dair cavabdeh X4qn adına aparılmış özəlləşmə etibarsız hesab edilmiş, X18 adına verilmiş Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 1/56, mənzil 16-ya dair onun mülkiyyət hüququnu təsdiq edən qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli qeydiyyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli hüququn dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, mübahisəli mənzil hazırki gündə dövlət fonduna aiddir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)- 1408/2014 saylı qətnaməsindən görünür ki, X6 və İddiaçı Əli oğlu xx.xx.1988-ci ildə xx.xx.1983cü il təvəllüdlü X10 övladlığa götürmuş, bundan sonra uşağın soyadı Rəsulov, ata adı Rahib kimi qeyd olunmuşdur. 1989-cu ildə tərəflərin özünün uşağı doğulmuş, bundan sonra övladlığa götürülmüş uşağın atası gəlib onu Balakən rayonuna aparmışdır, həmin vaxtdan o, mübahisəli evdə yaşamamışdır. Bundan başqa iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-335/2014 saylı qətnamədən görünür ki, iş materiallarında olan Balakən rayon Təhsil şöbəsinin A.Səhhət adına kənd tam orta məktəbinin xx xxxxxx 2014-cü il tarixli, 07 saylı arayışından görünür ki, Cavabdeh 1997-1998-ci dərs ilində doqquzuncu sinifi bitirmişdir. Cavabdehin məhkəməyə göndərdiyi teleqramdan da görünür ki, onun ünvanı ünvan 1 kimi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, cavabdeh mübahisəli mənzildə yaşamır, eləcə də onun mübahisəli mənzildə yaşayanlarla hər hansı bir qohumluq əlaqəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qeyd olunan Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 №-li qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsinin və həmin yaşayış sahəsində hansı hüquqla-mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyini əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilən iddiaçının tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 56/1-də yerləşən 16 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16377/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 56/1-də yerləşən 16 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-44/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-44/2020
01.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver